XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 21:04

“SÜLEYMANİNİN ÖLDÜRÜLMƏSİ QƏRB TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİDİR”- "Der Spiegel": "Avropanın ABŞ-a münasibəti kökündən dəyişəcək"

“Der Spiegel”,

07.01.2020

 

Donald Trampın İranın mədəni abidələrini məhv etmək təhdidi sivilizasiyanın parçalanmasıdır. Əgər Tramp bunu etsə, “Taliban”la bir sırada dayanacaq. Avropa Qərbdə tək qalacaq.

İranlı general Qasım Süleymaninin öldürülməsi Qərb tarixinə dönüş nöqtəsi kimi düşəcək, özü də təkcə Yaxın Şərqdə hərbi eskalasiyanın artıq qaçılmaz hala gəldiyinə görə yox.

Vaşinqtonun Avropadakı müttəfiqləri ilə razılaşmadan həyata keçirdiyi məqsədyönlü sui-qəsd onsuz da kövrək transatlantik tərəfdaşlığı və Qərb ittifaqını daha da parçalaya bilər.

Bu konfliktin Avropanın ABŞ-a münasibətini kökündən dəyişdirəcəyinə işarə edən bir çox şey var.

Almaniya və Avropa hələ İran-ABŞ münaqişəsində özləri üçün bir rol tapmayıblar. Bu elə də asan deyil. Bir tərəfdən İran və onun  müttəfiqləri vasitəsilə bölgədə stabilliyi poza biləcək rəhbərliyi. Digər tərəfdən, Avropa müttəfiqlərinin iradəsinə zidd olaraq nüvə sazişinə xitam verən və bununla da eskalasiyaya təşəbbüs göstərən ABŞ. Onlar Avropanın maraqlarına məhəl qoymadı.

Son iki günün təhdidlərinə əsasən, ABŞ prezidenti Donald Tramp oxşar dəyərlərə əsaslanaraq Qərb ictimaiyyəti ilə vidalaşmaq niyyətindədir. O, açıq şəkildə Qərbin təməl prinsiplərini sual altına aldı.

İranın mədəni irsini məhv etmək təhdidi ilə Amerikanın yüz ildən artıqdır müharibə prinsiplərini sivilizasiyalı tənzimləyən Quruda Müharibə Qanunları və Ənənələri haqqında Haaqa Konvensiyasını tanımasını şübhə altına aldı.

Təhdidini həyata keçirsə, bu bir sivilizasiya parçalaması olacaq, Taliban tərəfindən Bamiyan Vadisində Əfqan heykəllərinin dağıdılmasını xatırladan vəhşilik olacaq.

Avropa Qərb prinsiplərinə bu qədər açıq şəkildə qarşı olan Amerikadan daha aydın şəkildə uzaqlaşmalıdır.

Bazar günü kansler Angela Merkelin Fransa prezidenti Emmanuel Makron və İngiltərə Baş naziri Boris Consonla birlikdə yaydığı bəyanat ilk növbədə İrana ünvanlanıb.

ABŞ-ın hərəkətləri orada heç xatırlanmayıb. Beləliklə, Avropa öz nüfuzuna zərbə vurur.

Avropalıların həddindən artıq ehtiyatlılığı Trampı sakitləşdirməyəcək. Əksinə, ABŞ-ın növbəti eskalasiya üçün həvəslənmək təhlükəsi artır.

O zaman Avropa müttəfiqləri tezliklə xoşagəlməz qərarlar qəbul etməli olacaqlar: Amerikalılar İranın qisas almasını NATO-nun kollektiv özünümüdafiə halı elan etsələr, nə olacaq?

Avropalılar Amerikanın İranla qarşıdurmasına cəlb edilə bilməyəcəklərini açıq şəkildə bildirməlidirlər. NATO üçün bu sınaq ola bilər. Rusiyanın deyil, məhz İranın transatlantik ittifaqı imkanlarının son həddinə çatdıracağı istisna edilmir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə