XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 11:46

VAŞİNQTONDA GİZLİ TOPLANTI:Süleymaninin öldürülməsindən əvvəl sui-qəsdin nəticələri düşünülüb

Maykl Nayts

Washington Institute for Near East Policy”, 03.01.2020

 

Keçən ilin aprel ayında Vaşinqton İnstitutu Qasim Süleymaninın İslam İnqilabı Keşikçiləri Korpusu “Qüds” Qüvvələrinə əmr verməyəcəyi təqdirdə, potensial təsiri müzakirə etmək üçün qapalı dəyirmi masa keçirib. “Chatham House” qaydalarına əsasən, iştirakçılar, “Qüds” Qüvvələrində xələflərin necə olacağını və Süleymanisiz İranın nəyi itirəcəyini müzakirə edib və bir çox əsas məsələlərdə konsensus əldə edilib.

İndi komandan, həqiqətən, yoxdur və dəyirmi masa iştirakçılarının qənaətləri siyasətçilərə fırtınalı dənizlərdə irəliləməyə kömək edə bilər, hərgah Süleymaninin ilə bağlı bəzi məsələlər hələ də qızğın müzakirə mövzusu olaraq qalır.

 

ŞƏXSİ KLİŞE

Seminar iştirakçıları Süleymaninin 4 xüsusiyyətdən ibarət unikal səciyyəsinə görə İİKK-nin idarə etdiyi İran hökuməti üçün çox dəyərli strateji varlıq olduğu qənaətinə gəliblər:

Xamnəiyə yaxınlığı. Süleymaninin 1997-1998-ci illərdə “Qüds” Qüvvələrinə rəhbər təyin edilməzdən əvvəl Ali Rəhbər Əli Xamnəi ilə yaxın əlaqəsi olduğuna dair heç bir dəlil yoxdur. Bu vəzifəyə gəldikdən sonra Xamnəi qısa zamanda onu İslam Respublikası ideallarının paraqrafı kimi qəbul etməyə başlayıb.

Tabeliyindəki digər şəxslərdən fərqli olaraq, Süleymani həm Ali Liderə itaətkar, həm də onun yanında yüksək nüfuz sahibi idi. Xamnəi Süleymaninin Amerika, İsrail və Səudiyyə Ərəbistanı ilə müharibədə transmilli, silahlı şiə hərəkatına dair baxışını qəbul edib.

Riskli. Süleymani ölümdən yayına bilərdi, ancaq o, Bağdad Beynəlxalq Hava Limanı ətrafında cəmləşmiş ABŞ hava və kəşfiyyat aktivlərinə yaxınlaşma riskini qəbul edib, həm də ABŞ səlahiyyətlilərinin onu öldürə biləcəkləri barədə arxa kanal vasitəsilə xəbərdarlıq edildiyi anda. Bununla belə, onun risk meylləri əksər hallarda rejimin regional maraqlarını təmin edib. Məsələn, o, yenilikçi hərəkətlərin aparıcı qüvvəsi idi: Suriyada Əsəd rejimini xilas etmək üçün sağlam hərbi qüvvələr yerləşdirmək; bölgədən kənarda (Əfqanıstan, Pakistan) gələn şiə legionlarını eyni məqsəd üçün istifadə etmək; Rusiyadan Suriya müharibəsinə müdaxilə etməsini istəmək; Yəməndəki husi üsyançılarına modern silahlar göndərmək, Livanda tunel və dəqiq zərbə layihələrində “Hizbullah”a kömək etmək.

Harizmatik və fotogenik. Onun menecer və güc oyunçusu kimi maqnetizmindən əlavə, Süleymani onlayn sosial şəbəkələrin media ulduzu idi. Xüsusilə, dəstəklədiyi əfqan döyüşçüləri tərəfindən sevilirdi; ərəblər və pakistanlılar arasında da güclü bir iz qoymuşdu.

Qətiyyətli və ardıcıl. “Qüds” Qüvvələri komandiri kimi 20 illik karyerasının bir hissəsi üçün Süleymani Əfqanıstan, İraq, Livan, Suriya və digər münaqişə teatrlarında baş tərəfdaşlarla münasibətlərini əzmlə inkişaf etdirib. O, həm müttəfiqlərdən hörmət görüb, həm də bəzən onları qorxudub.

 

“QÜDS”DƏ BAŞ ROL

Süleymani məyusluq içində olan “Qüds” Qüvvələrinə komandan gəlib və onu Əfqanıstanda, sonra İraqda və nəhayət Suriya, Bəhreyn və Yəməndə güc proyeksiya mənbəyinə çevirib. Komanda tərzi və diqqəti baxımından Süleymani 4 əsas rolda ixtisaslaşıb:

Koordinasiya mərkəzi. Süleymani Xamnəi ilə yaxınlığa istinadla, şəxsi dinamizmi və digər İİKK komandirləri arasındakı nüfuzu ilə regional müdaxiləyə qarşı dövlət yanaşması səlahiyyətinə sahib idi. Nəticədə, görünməmiş dərəcədə səmərəli ortaq əməliyyatlara İİKK və ordu qüvvələrini cəlb etmək bacarığına yiyələnib. O, həmçinin İranın İraq, Livan, Rusiya və Suriya tərəfdaşları ilə baş əlaqələndiricisi idi.

Operativ yanğınsöndürən. Süleymani problemli nöqtələr arasında təsirli bir şəkildə hərəkət edib və lazım olduqda, ortaqlarla əsas müsahib olub. Həm hərbi, həm də siyasi sahələrdə fəaliyyət göstərərək, döyüş bölgələrinə baş çəkib, İraq baş nazirlərinin təyin olunmasında vasitəçilik edib. Vaşinqton İnstitutunda keçirilən seminarda qeyd olunduğu kimi, neçə-neçə iraqlı onu “kömək istədik, dada çatan ilk insan” kimi səciyyələndirib.

İİKK gücünün görünən totemi. Seminar iştirakçıları bu rəyə gəlib ki, İİKK-nin bölgədə illərdir davam edən güc proyeksiyası iki dirəyə: ballistik raketlər və “Qüds” Qüvvələrinin ekspedisiya imkanlarının siması olan Süleymaniyə dayaqlanıb.

İİKK-nin daxili siması. Süleymani əksər İİKK liderlərinin uzaqlaşdırıldığı İranın etiraz yerlərində inamla görünə biləcək yeganə hərbi məmur idi. Onun ağlabatan müsbət profili zahirən onu “açılmaz” hala gətirib, buna görə də, İİKK ilə incidilmiş əhali arasında qiymətli bir körpü olub.

 

LİDERLİK ZİRVƏSİ

Vaşinqton İnstitutunun müzakirələri ilə bağlı Martin Kramer yazmışdı ki, Yaxın Şərqdə keçidin əhəmiyyətini qiymətləndirən əsas amil “liderin həyatının zirvəsində olması”dir: ömrün ortası, ya sonu, fərq etmir. Sonuncu halda, məhv etmə açıq şəkildə azalır.

Burada Süleymaninin hekayəti daha da mürəkkəbləşir, çünki ölümündən əvvəl qızıl dövrünün bitməsinə dair əlamətlər var idi. Son nəticədə, bəlkə də öz uğurunun qurbanı olub, özünün “əlçatmazlığına” möhkəm inamla və keçmiş effektivliyinə aldanaraq. 2019-cu ilə qədər bu gözə çarpmırdı və xaricdə ona həvalə edilmiş bir çox əsas vəzifələrin öhdəsindən artıq gələ bilmirdi, bu da ABŞ-ın İraq, Livan və Suriya ətrafında işlədiyi zaman hədəfə çevruilməsi fürsəti üçün tez-tez üzə çıxma demək idi.

Əvvəlki illərdə də bir çox səhvlərə yol vermişdi. Məsələn, 2011-ci ildə Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirini öldürmək üçün hazırlanmış uğursuz plan. Yaxud Hələbdə böyük itki verərək Rusiyanı müharibəyə dəvət etdikdən sonra Əsəd rejimi üzərindəki bəzi təsirlərini itirməsi.

Süleymaninin İraqdakı siyasi əməlləri də qarışıq idi. O, tez ipə-sapa yatan namizədin 2018-ci ildə İraqın baş naziri olmasını təmin edib, ancaq Faleh əl-Fəyyazı prezident vəzifəsinə gətirə bilməyib. Ən əhəmiyyətlisi, İraq liderlərini keçən ilin oktyabr ayında İraqda etirazçıları yatırmağa yönəltməklə ölümcül səhv edib. Bu qarmaqarışıqlıqla bərabər, ölümünə səbəb olan daha bir səhv 27 dekabrda bir Amerika podratçısının öldürülməsi və ABŞ səfirliyinə 31 dekabr hücumu idi.

 

NƏTİCƏ

Xamnəi Süleymani ilə “Qüds”ə çox dayaqlanıb. Qüvvənin yeni, nisbətən az harizmatik lideri – keçmiş komandir müavini İsmayıl Qaani Süleymaninin baxışına bələddir və ehtimal ki, bunu davam etməyə çalışacaq.

Süleymaninin ölümü ilə unikal bir şey itmiş ola bilər. Vahid komandanlıq. İİKK, ordu və Kəşfiyyat Nazirliyi tərəfindən aparılan əməliyyatlarda əlaqələndirmədə; və rəqabət yenidən baş qaldıra bilər.

Bəlkə də daha əhəmiyyətli olan budur ki, İİKK Süleymanidən sonra nüfuzunun bir hissəsini itirəcək. İlk növbədə, Yaxın Şərqdə İİKK-nin genişlənməsi. İraqda, Livanda və İranın özündə baş verən son kütləvi etiraz aksiyaları ilə birlikdə, Süleymaninin ölümü İİKK-nin ekspansionist siyasətinə təsir göstərə bilər.

Buna görə də, ABŞ siyasətçiləri digər hərəkətlər etməzdən əvvəl onun sui-qəsd həqiqətinin bölgədən silinməsinə icazə verməlidirlər. İstər sanksiyalardan, istərsə də kinetik zərbələrdən asılı olmayaraq, zərərli elit şəxslərin hədəfə alınması İranın gələcək etibarlı şəxslərinə qarşı nümunə olmalıdır.

Vaşinqton İranın günahsız əhalisinə heç vaxt kollektiv cəza və ya qorxu tətbiq etməməlidir. İnformasiya əməliyyatları baxımından, Süleymaninin öldürülməsi epoxal bir müvəffəqiyyət ola bilər, ancaq yalnız ölçülü siyasət olduqda; Vaşinqtonun fasilə vermək, xarici tərəfdaşlarla ortaq maraqları düşünmək və tozun çökməsini gözləmək şərti ilə.

Tərcümə: Strateq.az