Yohan Ceremi Bob
“Jerusalem Post”, 09.01.2020
ABŞ prezidenti Donald Trampın Çərşənbə günü etdiyi nitqi bir çox analitikin başını qaşımasına səbəb olub. NATO barədə və İŞİD-ə qarşı İranla ortaq mübarizə fikirlərinə görə.
Fərqli şərhlər çoxdur, onlardan biri – ABŞ İraqdan və Yaxın Şərqdən çəkilməsini sürətləndirmək niyyətindədir; İŞİD dirçələrsə, onunla İran məşğul olacaq.
Bu İsrailə necə təsir edəcək?
Geniş mənada, İran və İŞİD (və ondan əvvəlkilər) ABŞ-ın 2003-cü ildə İraqa hücumundan bəri İraq və Suriyaya təsir və nəzarət uğrunda mübarizə aparır.
Mütəxəssislər İŞİD dövrünü növlərə ayırıblar, lakin ilk uğurlu dövr sünni cihadçı üsyanlara əl-Zərqavinin rəhbərlik etdiyidir.
Əbubəkr əl-Bağdadi xeyli sonra tanınıb, 2006-cı ildə əl-Zərqavi öldürüldükdən sonra.
2007-ci ildə İraqda ABŞ hərbi qüvvələrinin artmasından sonra İŞİD bir neçə il geri çəkilib.
2011-2014-cü illəri arasında, Suriyanın parçalanması və İranın dəstəi ilə İraq şiələri sünni əhalini incidəndə, İŞİD ikinci irəliləyiş addımını atıb və tam miqyasla geri dönüb. 2014-cü ildən başlayaraq, İraq və Suriyanın geniş ərazisini tutub.
İŞİD-in İraqdakı boşluğu doldurmasına imkan verən başqa bir məqam Amerikanın geri çəkilməsidir.
ABŞ-ın Rusiya, İran, İraq və Suriyadakı müxtəlif koalisiya ilə birgə İŞİD “xilafət”ini ikinci dəfə ləğv etməsi üçün illər lazım gəlib. Bəziləri bu işin 2019-cu ilin fevral ayına qədər tamamlandığını söyləyib.
ABŞ ötən ilin oktyabr ayında Suriyadan çəkildiyini elan edib. Ola bilsin ki, Trampın Çərşənbə günü bəyanatı ABŞ-ın İraqdan çıxacağını və NATO iştirakı ilə əvəzlənəcəyinə ümid etdiyi ilk rəsmi etirafı idi.
Çıxışında Tramp İŞİD-in aradan qaldırıldığını söyləyib, eyni zamanda, İran və ABŞ-ın yenidən cihadçı təşkilatla mübarizə aparmaq üçün qüvvələri birləşdirməyə ümumi səbəb tapacağını söyləyib.
Tramp tez-tez qeyd edir ki, 2015-ci ilin iyul ayında imzalanan nüvə sazişindəki dəliklər İranın Yaxın Şərq üçün hegemon ambisiyalarını dayandıra bilməyib. Bu ambisiyalar sövdələşmədən əvvəl mövcud olsa da, o tamamilə əmindir ki, müqavilədən sonrakı illərdə İranın bölgədəki aqressivliyi artıb. Lakin böyük eskalasiya sövdələşmədən sonra ortaya çıxmayıb. Əksinə, bu, ABŞ-İran-Rusiya başda olmaqla koalisiyanın İŞİD-ə davamlı zərbələr endirdiyi zaman başlayıb.
İŞİD-in məğlubiyyəti dərhal Suriya və İraqda, İsrail sərhədlərinə yaxınlıqda daha böyük İran hərbi qüvvələrinin cəmləşməsi, habelə həmin bölgələrə və “Hizbullah”a modern raketlərin qaçaqmalçılıq yolu ilə gətirilməsi səyləri ilə əvəz edilib. İŞİD-in sona çatması İranın İsrailə hücumu üçün çoxsaylı yeni ovlaqlar bağışlayıb.
Tramp öz çıxışında İranın İŞİD-in yenidən dirçəlməsi əleyhinə işi davam etdirə biləcəyini söyləyərkən, bunun daha pis şey doğuracağını güman ki, bilmir.
Ancaq İraq üçün bu fəlakət resepti olardı.
Bunun ABŞ üçün uzunmüddətli bir strategiya və ya yeni, daha böyük bir qarışıqlığı təmizləmə üçün geriqayıdış dövrünün başlanğıcı olub-olmayacağı məlum deyil.
İsrailin yüksək səviyyəli rəsmiləri mülki insanların itkisi üçün kədərləndiklərini açıq bildirsə də, İran, “Hizbullah” və Əsəd rejiminin İŞİD-ə qarşı vuruşduqları müddətdə rahat olduqlarını ifadə ediblər.
Əgər İran yenidən İraqda İŞİD-lə mübarizə aparmaqla məşğul olsa və cihadçı qrupun üçüncü dirçəlişi yenidən “xilafət”in yaranmasına səbəb olarsa, İsrail, şübhəsiz, radikal şiələr və radikal sünnilər arasında gedən döyüşlər üçün göz yaşı tökməyəcək. İsrail sədəcə, yenidən rahat nəfəs ala bilər.
Tərcümə: Strateq.az