XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

11 Yanvar 2020 - 12:23

İRAN UKRAYNA TƏYYARƏSİNİ VURDUĞUNU ETİRAF ETDİ- Prezident və rəsmilər hadisəni bağışlanmaz səhv adlandırdılar, üzr istədilər

İran İraq ərazisində ABŞ hərbçilərinin yerləşdiyi bazaya ballistik raket atdığından bir neçə saat sonra Ukrayna sərnişin təyyarəsini bilmədən vurulduğunu açıqlayıb.

Ölkənin hərbi rəhbərliyi tərəfindən dövlət televiziyası ilə yayımlanan açıqlamaya görə, sərnişin təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus “həssas hərbi mərkəz”ə doğru döndükdən sonra səhvən düşmən hədəfi olaraq qəbul olunub. Həmçinin ABŞ-la aralarındakı gərginlik üzündən yüksək hərbi hazırlıq vəziyyətdə olduqları da qeyd olunub.

Xatırladaq ki, çərşənbə günü Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Benyəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi bir az sonra vurulmuş, nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olmuşdu(report).

                                                                                                 *****

“İran Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında vurulması ilə bağlı dərin təəssüf hissi keçirir”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani özünün “Twitter” səhifəsində bildirib.

“İran İslam Respublikası bu faciəvi səhvə görə dərin təəssüf hissi keçirir” – deyə Prezident yazıb.

Ruhani faciə qurbanlarının yaxınlarına başsağlığı verib.

O qeyd edib ki, hadisənin araşdırılması bu “böyük faciə” və “bağışlanılmaz səhv”in baş vermə şəraiti aydınlaşdırılana qədər davam edəcək.

Ruhani Ukrayna təyyarəsinin məhv edilməsinə səbəb olan günahkarların məsuliyyətə cəlb edəcəyinə söz verib.

                                                                                                *****

Yanvarın 8-də İran ərazisində Ukrayna təyyarəsinin qəzasının səbəbi insan amilidir.

Trend-in xüsusi müxbiri bildirib ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının daxili araşdırmasına əsasən, ABŞ avantürizminin səbəb olduğu insan səhvi qəzaya gətirib çıxarıb:

“Biz dərindən təəssüf edirik, xalqımızdan, qurbanların ailələrindən və digər zərər çəkmiş ölkələrdən üzr istəyirik, onlara başsağlığı veririk”.

Xatırladaq ki, yanvarın 8-də Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.