XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

11 Yanvar 2020 - 13:40

CON KERRİ TRAMPIN İRAN SİYASƏTİNİN ƏLEYHİNƏ MƏQALƏ YAZDI:“Amerikalılar ölmək məcburiyyətində qaldıqları üçün narahatdırlar”

Con Kerri

“The New York Times”, 10.01.2020

 

Prezident Tramp deyir ki, İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək. Amma bu vədi yerinə yetirmək istəsəydi, İranla 2015-ci ilin nüvə sazişinə toxunmamalı idi. Bunun əvəzinə, o, ABŞ-ı anlaşmadan çıxarıb və İranla silahlı qarşıdurmaya aparan düşüncəsiz xarici siyasət yürüdüb.

Cənab Tramp keçən həftə general General Qasim Süleymaninin öldürülməsinə icazə verdikdən sonra İran onu nüvə ambisiyalarından çəkindirən müqaviləyə əməl etmək məcburiyyətində qalmadığını elan edib və Amerika əsgərlərinin yerləşdiyi 2 İraq bazasına kiçik effektlə ballistik raketlərlə zərbə endirib. Qarışıqlıqlara əlavə olaraq, İraq parlamenti İŞİD-lə döyüşən Amerika qoşunlarını qovmaq üçün rəmzi qətnamə qəbul edib.

Cənab Tramp müharibənin astanasından geri qayıtsa da, prezidentliyinin doğurduğu xaosu izah edə bilmərəm, çünki böhrandan böhrana doğru addım atır – həm real, həm də süni yaradılan. Prezident “çıxış strategiyaları etmədiyini” söyləyib. Aydındır ki, strategiyası yoxdur, vəssalam.

Cənab Tramp 2015-ci ilin işlək müqaviləsindən imtina etdiyi andan bizi müttəfiqlərimizdən təcrid etməklə, bölgədə seçimlərimizi daraltmaqla İranla əlavə məsələlərin konstruktiv diplomatiya yolu ilə həll edilməsinə qapını bağlayıb.

İndi general Süleymanini aradan qaldıran pilotsuz təyyarə zərbəsi, demək olar ki, bu qapını kip bağlayıb. Prezident Tramp bəyənmədiyi bir razılaşmanı pozmaq haqqına sahib idi. Ancaq bu gün bu idarəedilməz hərəkətin, 2017-ci ildə onun rəhbərliyinin başladığı dövrdən daha çox dəyişkən bir bölgədə yaranmış nəticələrin şahidi oluruq. Strategiyaların da nəticələri var, strategiyasızlığın da.

Müqəvvanı yoldan kənarlaşdırmalıyıq. General Süleymani – bölgədəki məzhəbçi vəkilləri vasitəsi ilə ölkənin nüfuzunu genişləndirmək üçün İranın uzunmüdətli strategiyasına rəhbərlik edən, ABŞ-ın barışmaz düşməni idi. Qərbdə heç kim onun ölümünə ağlamaz və ya kədərlənməz. Bəzən, Amerika və İran maraqları İŞİD-lə mübarizədə etdikləri kimi uyğunlaşdıqda, onun iraqlılar kimi, münasibətlərindən və alətlərindən çox yaxşı faydalanan insanlar idik. Ancaq bu, nadir bir istisna idi.

Bu, cənab Trampın nüvə sazişini ləğv etmək qərarının faciəli istehzasını vurğulayır: qərar Tehran rejimi daxilində diplomatiya üçün səsləri zəiflətməklə, general Süleymaninin sərt siyasət strategiyasında rol oynayıb. Hansı İran diplomatı bədbin rəydə olan Ali Rəhbər tərəfindən de-eskalasiya səlahiyyətli olacaq? Həm də əks tərəf tarixi anlaşma vədini yerinə yetirmədikdə və sonra həmin tərəfin sözünə görə, anlaşma, ola bilsin ki, İranın ikinci ən güclü fiquru olan şəxs tərəfindən “öldürüldükdə”…

Prezidentlər maraqlarımızı qorumaq üçün güc tətbiq edilməsi ilə bağlı yeganə, çətin qərarlar qəbul edirlər, heç olmasa diplomatiyanın uğursuz olduğunu bilərək. Mövcud vəziyyətimizin faciəsi budur ki, diplomatiya güc tətbiqi qərarından əvvəl uğur qazanmışdı.

2013-cü ildə 1979-cu il inqilabından və girov böhranından bəri ölkələrimizin ən yaxşı diplomatları arasında ilk görüş üçün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə eyni masa arxasında oturdum. O vaxt İran 8-dən 10-a qədər nüvə bombası üçün kifayət qədər zənginləşdirilmiş materiala sahib idi və birini yaratmaq üçün 2-3 ay vaxtı qalırdı.

Gərgin danışıqlardan 2 il sonra 7 ölkənin imzaladığı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən razılaşma əldə etdik. Diplomatiya sanksiyaların yetişə bilmədiyi nəticəyə nail oldu: razılaşma müddətində İranın nüvə silahı ola bilməz; aldadarsa, dünya onu dayandırmağa qərar verəcək.

2017-ci ildə prezident seçilmiş Trampa nə verdik? İran nüvə sazişinə əməl edirdi. Müttəfiqlərimiz ABŞ-la birləşmişdi. Birləşmiş Ştatların obyektlərinə raket hücumları yox idi. Fars körfəzində heç bir gəmi tutulmurdu və ya sabotaj edilmirdi. Bağdaddakı səfirliyimizə basqın edən etirazçılar yoxudu. İraq öz ərazisində İŞİD-lə mübarizəmizi dəstəkləyirdi. İran razılaşma ilə təsdiq edilmiş yoxlamalar vasitəsilə nüvə silahına doğru irəliləyə bilməzdi.

Müttəfiqlərimizdən heç biri müqavilə bağlandıqdan sonra işin bitdiyini düşünmürdü. Ancaq biz başqa məsələlərin həll edə biləcəyi diplomatiyanın təməlini qoymuşduq. 2016-cı ildə Amerika dənizçiləri təsadüfən İran sularına girdikdə və İran qüvvələri tərəfindən tutulduqları zaman İranla dərin fikir ayrılıqlarını və qarşıdurmanın qarşısını aldıq. Müttəfiqlərlə birlikdə İrana Yəmənə qarışması, “Hizbullah”a silah ötürməsi və Suriyadakı hərəkətləri, insan haqlarının pozulması, İsrailə qarşı təhdidlər və ballistik raket proqramına görə sanksiyaların dərinləşdirilməsi üçün çalışırdıq.

Nüvə sazişi İranın bomba əldə etməsinə mane olmaqdan başqa bir şey etməsəydi belə, düzgün idi. Lakin bu, ABŞ-ın digər məsələlər üzrə İrana təzyiq göstərməsi üçün də imkanlar yaradıb. Prezident Tramp nüvə təhdidi cininin şüşəyə qapadıldığını bilərək bundan faydalana bilərdi.

Amma onun bunun yerinə nə etdiyini bilirik. Ölkənin təhlükəsizliyini qorumaq vəzifəsindən qabaq, son administrasiyanın etdiyi hər şeyə nifrətini ortaya qoyub. Müttəfiqlərimizi bizdən uzaqlaşdırıb. Heç bir strategiya olmadan ağılsızca yola çıxıb. Bölgəni daha da təhlükəli hala gətirən və amerikalıları daha böyük riskə atan səriştəsiz İran və İraq siyasəti yürüdüb.

Prezident müqavilə daxilində qalmağımızı iddia edən ilk dövlət katibi Reks Tillerson və ilk müdafiə naziri Ceyms Mattisin rəylərini görməməzliyə vurduqdan sonra general Süleymaninin öldürülməsini qeyd edən iraqlıların videolarını tvit edən yeni dövlət katibi Mayk Pompeonun fikrini qəbul edib. Pompeo 2003-cü ildə iraqlıların Səddam Hüseynin devrilməsi əks olunan videonu Tvitterdə paylaşıb. O, fantaziyaya uyub, guya, bu, İraqla münasibətlərimiz üçün yaxşı nəticələr verəcək, amma İraq parlamentinin Amerika qüvvələrinin çıxarılması barədə qərarı əsla fantaziya deyil.

Başqa bir paradoks barədə də düşünməliyik: qərarının tələsik olmadığına əmin etmək üçün cənab Tramp müttəfiqlərimizi 3 ildir şifahi hücuma məruz qoyduğu kəşfiyyat qurumlarının məlumatlarının doğruluğuna inandırmalıdır.

Cənab Trampın xarici siyasətini cənab Trampın özündən xilas etmək Tehrandakı etibarsız rejimdən zəkalı davranış tələb edir. Bu, onun diplomatiyadan imtina etməsinin faciəvi uğursuzluğudur.

Biz tez-tez unuduruq ki, ABŞ yalana və ya səhvə görə heç vaxt torağaylara qarşı müharibə etməməlidir. Vyetnam və İraqdakı müharibələrə görə fikir ayrılıqları ucbatından ölkəmizdəki həyatın parçalandığını da gördük. Bununla belə, indi gənc amerikalılar siyasi liderlərinin tükənməməsi və hətta araşdırma aparmadığına görə, yaxud əksinə, diplomatiya imkanlarından imtina etdiklərindən ölmək məcburiyyətində qaldıqları üçün yenidən narahatdırlar.

Diplomatiyamız dəlisovluq, təhdid, tvitlər və ya qəzəb partlayışları ilə deyil, bölgənin çoxsaylı maraqlarına cavab verən sülh və təhlükəsizlik baxışı ilə təyin edilməlidir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə