XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

15 Yanvar 2020 - 15:40

PUTİN PREZİDENT SƏLAHİYYƏTLƏRİNİN BİR QİSMİNİ PARLAMENTƏ VERİR- Rusiya prezidenti Federal Məclisə müraciət etdi (YENİLƏNİR)

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində yeni Konstitusiyaya ehtiyaс görmədiyini, lakin  hazırkına bəzi dəyişikliklər edilə biləcəyini deyib.

Strateq.az xəbər verir ki, Putin dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin Dövlət Dumasına verilməsini təklif edib.

NƏ DƏYİŞƏCƏK?

Təklifə əsasən, parlamentin Baş nazirin və onun bütün müavinlərinin, həmçinin federal nazirlərin namizədliyini təsdiqləmək hüququ olacaq.

Prezident təklif olunan namizədləri təsdiqləməli olacaq və onları rədd etmək hüququna malik olmayacaq. Lakin dövlət başçısı Baş naziri və digər vəzifəli şəxsləri vəzifəsindən uzaqlaşdıra biləcək. “Rusiya, liderin Baş nazir və nazirləri kənarlaşdırmaq hüququnun olduğu güclü prezident respublikası statusunu qorumalıdır”, – deyə Putin bildirib.

Prezident silahlı qüvvələrə rəhbərlik etmək hüququnu da özündə saxlayacaq.

Putin eyni zamanda, iki dəfədən çox müddətə prezident seçilməsinin mümkünlüyü barədə müddəada “ardıcıl” sözünün çıxarılmasının müzakirə olunmasını təklif edib. Dövlət başçısının sözlərinə görə, o bunu əsaslı bir dəyişiklik hesab etmir.

Rusiya prezidenti ölkə başçısı vəzifəsinə namizədlərin seçimini sərtləşdirməyi də təklif edib. Onun fikrincə, bu posta Rusiyada ən azı 25 il yaşayanlar və başqa vətəndaşlığı olmayanlar namizəd ola bilər.

UŞAQPULU VERİLƏCƏK

Ailələrə dövlət dəstəyindən danışan prezident 3-7 yaşlı (üç yaşdan yeddi yaşa qədər) uşaqlar üçün aylıq pul ödənilməsini təklif edib.

Dövlət başçısının sözlərinə görə, ilk vaxtlar bu məbləğ 5,5 min rubl olacaq. 2021-ci ildə isə iki dəfə artaraq 11 min rubla çata bilər.

Putin demoqrafiya mövzusuna da toxunub. O, hökumətin analıq kapitalı proqramını 2026-cı ilə qədər uzadacağını bildirib.

2020-ci ildən ilk dəfə olaraq ailələr ilk uşağının doğulmasına görə müavinət alacaqlar. Bu müavinət 466 616 rubl olacaq. İkinci uşaq üçün isə 616 617 rubl.

Strateq.az