XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 09:44

SÜLEYMANİ SUİ-QƏSDİNDƏ PENTAQON-ROTŞİLDLƏR SAVAŞININ SİLİNMƏZ İZLƏRİ… –İran prezidentinə qarşı təzyiqlər niyə artacaq? - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 16 yanvar 2020-ci il

 

General Həftərin Moskvadan qaçmasını anlatdıq. Detallarını verdik, yenə də verəcəyik. Ancaq Həftəri təyyarənin qapısında qarşılayan şəxsin MKİ direktoru Cina Haspelin köməkçisi olduğunu da bilək.

Davam edək və son dövrdə həm daxildə, həm də bölgədə baş verənlərə baxaq. Görün, nələr oldu. Bütün bunları pul və silah çərçivəsində dəyərləndirmək lazımdır. Əks təqdirdə, gedən mübarizəni və onun tərəflərini anlatmaqda çətinlik çəkərik. Yeni güc balansı yerinə oturmadan ağrı və sancı bitməz. Bu, bir sirr deyil.

Həmən oyunçularla davam edək. Sözü uzatmağın mənası yoxdur. Rotşild ailəsinin əlində silahlı qüvvə yoxdur. Bəzi ordular daxilində önəmli gücə sahib olsa da, heç bir ölkənin hərbçiləri üzərində yeganə səlahiyyət sahibi deyildir. Bu səbəblə, ailə pulu lap əvvəldən silah olaraq istifadə etdi. Pulun ağılla birləşdiyi anda nə qədər güclü olduğunu ən yaxşı bilən ailə Rotşild ailəsi oldu. Doğrusu, bəziləri inanmasa da, dünyanı idarə etməsi bu ağıldan irəli gəlir.

İndi Aralıq dənizi ilə əlaqədar ailənin ən güclü planı yenə pulla bağlıdır. Çox özəl bir plan hazırlandı. Cənubi Kipr, Livan, Çernoqoriya, Xorvatiya, Misir, Mərakeş, Yunanıstan və Əlcəzair ailənin izlədiyi siyasət sayəsində Helicopter Money, yəni “Helikopter Pul” ilə tanış oldu.

“Helikopter Pul”, hökumət xərcləmələrinin birbaşa mərkəzi banklar tərəfindən ödənməsinə deyilir. Mərkəzi banklar bu sistemə keçdiyi anda, Rotşild ailəsinin pulları istifadə edilməyə başlayır. Əsas ayrıntı da, əslində, budur.

Türkiyə, Tunis, İspaniya və İtaliya da Rotşild ailəsinin “Helikopter Pul”u üçün hədəfdə, mənzil daxilindədir. Ailə, yəni Rotşildlər bunu ortaqlıq olaraq görür. Belə təqdim edirlər. Belə ortaqlığa girən ölkələr iqtisadi dalğalanma ilə birlikdə bu sistemə keçməyə məcbur edilirlər.

Siyahıdakı ölkələri araşdırdıqda, hədəfin Aralıq dənizi olduğunu görürük. Bu, son dərəcə təbiidir. Ceykob Rotşild Aralıq dənizi məsələsini “Rede Partners”ə tapşırdı.

Şirkətləri fondla təmin edən, strateji layihə məsləhətçiliyi kimi, özəl işlərə imza atan özəl sərmayə fondu olan “Rede Partners”də bir vəzifə dəyişikliyi oldu. Ceykob Rotşildin özəl sərmayə yatırımlarına görə məsuliyyət daşıyan Maqnus Qudlad “Rede Partners”in komandanı oldu. Ceykob Rotşildin çox etibar etdiyi Yaron Zafirin yerinə keçən Maqnus Qudladın başlıca məsuliyyət sahəsi Türkiyə və Şimali Kipr olacaq. Ardınca da Tunis, İspaniya və İtaliyaya girişəcək. Bu yolla mərkəzi banklar arasında çox böyük bir şəbəkə qurulacaq. Ailə Aralıq dənizində quracağı bu yeni maliyyə şəbəkəsilə ABŞ-a qarşı önləmə tədbiri alacaq.

Beləliklə, Aralıq dənizi ölkələrindəki firmalarla çox yaxın təmas halında olan ailənin sərmayə yatırımı şirkətlərinin qərar vermə məsələsində daha çox aktiv olacağını anlamaq olar. Çünki bu metod bunu tələb edir. Məsələn, bir ölkə Vaşinqtonla yaxın işləmək istəyərsə, ailənin həmin ölkədəki ortaqları bunu əngəlləyəcək. Mərkəzi banklar üzərindəki təsirləri də “Helikopter Pul” ilə ailənin yolunu açacaq.

BMT üzvü olan 198 ölkənin, məlum olduğu kimi, 139-unun mərkəzi bankı Rotşild ailəsilə birgə hərəkət edir. Bu səbəblə, “Helikopter Pul” sisteminin ölkələrdə təsirli olmağa başlaması son dərəcə təbiidir.

Vaşinqton da bu durumun fərqindədir. Pentaqonun dəstəyi ilə Aralıq dənizi ölkələrində yaradılan xaos pulun kassada qalmasını təmin edəcək. Məqsəd şiddətlə pulun axınını əngəlləməkdir. Silahla helikopterin pulla görüşməsinin önünə keçməkdir. Vaşinqton pulun kassada qaldığı zamanı yaxşı dəyərləndirib, “Yeni İpək Yolu” ilə Aralıq dənizinin sahibi olacaq. Olmaq istəyəcək… Ən azı, plan belədir.

Bunun nə qədər uğurlu olacağı, əlbəttə, zaman içində məlum olacaq. İki tərəf də şahmat ustası kimi həmlələr edir. İrana yönəlik həmlə Vaşinqtondan gəldi. Gizli deyil. Bu, Rotşild ailəsi üçün gözlənilən, lakin forması etibarı ilə anlaşılmayan bir sui-qəsd idi.

Qasım Süleymani əməliyyatı Ruhaniyə qarşı edilən həmlə idi. Çünki Ruhani ilə Rotşild ailəsi arasındakı əlaqənin bağları hələ çox güclü idi. Qlazqo Kaledon Universitetində təhsil alan Ruhani 1992-1995-ci illərdə də həmin universitetdə olmuşdu. Britaniya torpaqlarında 8 il yaşayan Ruhaninin Rotşild ailəsilə yaxın əlaqələr içinə girməməsi də mümkün deyildi.

Vaşinqton Süleymanini ortadan qaldıraraq, Ruhanini küncə sıxışdırdı. Ruhani üzərindəki təzyiq daha da artacaq.

Mülki təyyarənin vurulması və bahalıq küçələri doldurdu. Təzyiq sıçrayışla artdı. Hədəfdəki şəxs də Ruhani idi. Eyni reaksiya İran mediasında da vardı.

Rotşild ailəsinin güclü olduğu hər bir ölkədə siyasi əməliyyatlar üçün planlı hücumlar olacaq. Pentaqon bunun üçün aydın və qərarlı bir mövqe tutmuş durumdadır. Artıq özəl heyətlər, birliklər və ağıllar sahəyə enmişdir.

Etibar sui-qəsdləri ən önəmli alternativ kimi görünür. Siyasi xaosların yaradılması da Vaşinqtonun asan uğur əldə etdiyi bir yoldur. Vaşinqtonun iqtisadi əməliyyatları təsirli olsa da, bu, əsasən ailənin istifadə etdiyi bir üsuldur. Pentaqon və “dərin ABŞ” hədəfdəki bir çox şəxsə təzyiq edəcək. Həm burada, həm də bölgədə

İran enerji mənbələrinə və əlbəttə, strateji mövqeyinə görə çox önəmlidir. Vaşinqton da əməliyyata ən güclü olan nöqtədən başladı. İranda rejim dəyişikliyi sürətlə baş tutarsa, bu, Vaşinqtona böyük üstünlük qazandırar. Ancaq İranda Ruhaninin gedişi yavaşlarsa, o zaman ailə yeni əks addımlar ata bilər.

Öncəki gün də yazdığım kimi, Livan eynilə Liviya kimi çox önəmlidir. Qeyd etmişdim ki, tezliklə ora da qarışacaq. Dünən nə oldu? Ara qarışdı və küçələrə çıxan xalq qəribə şəkildə banklara hücum etdi, qırıb tökdü, yandırdı.

Aralıq dənizi (ölkələri – tərc.) od tutub yandığı müddətcə, nəzarət Pentaqonda olacaq. Sülh və hüzur isə pula nəfəs aldırar, Rotşildlərin önü açılar. Məsələnin önəmli bir tərəfi də budur.

ABŞ-ın Çinlə apardığı amansız mübarizə gəlib burnumuzun dibinə dayandı. Son raund olduğu üçün də silah və şiddətdən anlamsızcasına istifadə edəcəklər. Hədəf helikopterlərdir. Çünki ABŞ dolları öz ana vətəninə doğru geri çəkincə, Rotşildlər də helikopterləri dövrəyə soxdu. Bu savaş sadəcə havada olmaz, dəniz və quru da qarışar.

Ancaq indiyədək pulu durduran da çıxmadı. Bu, əsrin matçıdır.

Camal Qaşıqçı, Le Mezurye, Süleymani kimi şəxslərin ortadan qaldırılması ilə artan gərginlik indi Liviya, Livan və Suriya kimi yerlərə yayıldı. Gərginlik daha da artacaq. Deyəsən, 3-cü mərhələ daha çox sancılı olacaq.

Tərcümə Strateq.az-ındır