XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 22:40

AVROPA LİDERLƏRİ TRAMPI TƏQLİD EDİRLƏR –İrana münasibətdə saxta şərqsevərlik və irqçi ideologiyaya söykənən üstünlük kompleksi

Nadir Entessar, Kavə Əfrasiyabi

“Middle East Eye”, 24.01.2020

 

Fransa, Almaniya və İngiltərənin İranın nüvə sazişinə dair mübahisələrin həlli mexanizmini işə salması ilə bağlı son qərarı müqavilənin ləğvinə səbəb olacaq pis addımdır.

İran üç Avropa ölkəsi tərəfindən verilən bu qərarı kobud səhv kimi qəbul edib və xarici işlər naziri Məhəmməd Cavad Zərif, BMT sanksiyalarının bərpasına səbəb olacağı təqdirdə, İranın nüvə silahının yayılmaması müqaviləsindən (NPT) çıxacağı xəbərdarlığını səsləndirib.

Öz hərəkətlərini nüvə sazişini xilas etmə üçün “xoş məram” cəhdi kimi səciyyələndirən 3 ölkə isə ikiüzlülüklə İranı nüvə öhdəliklərini doğru-düzgün “yerinə yetirməməkdə” günahlandırıb.

 

Təhlükəli yol

Həqiqətən, Fransa, Almaniya və İngiltərənin 14 yanvar açıqlaması – Corc Oruellin qəbrində çevrilməsidir. Bu, dövrümüzün neokolonial kontekstini xatırladır: sivil Qərb dövlətləri İranı günahlandırmaq və cəzalandırmaq üçün BMT-dən alət kimi istifadə edir.

ABŞ-ın nüvə razılaşmasından qeyri-qanuni çıxmasına qarşı hərəkətə keçə bilməmə fərasətsizliyini daha da pisləşdirərək, Avropa hökumətləri artıq Avropa diplomatiyası və təhlükəsizlik maraqlarına zidd olan təhlükəli yolun ağına düşüblər.

ABŞ-ın sanksiyaları ilə təhdid edilən Avropa Vaşinqtondan müstəqilliyini satın alır.

Avropa ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmaq üçün INSTEX (Ticarət Birjalarına Dəstək Aləti) kimi tanınan mexanizmi qurmaqdan başqa heç bir iş görməyib. İranla əlaqəli Avropa firmalarının ABŞ sanksiyalarından qorunması üçün nəzərdə tutulan Bloklama Əsasnaməsinin icra mexanizminin yoxluğuna görə bu, tamamilə faydasız olub. Trampizm əleyhinə mövqeyi yoğrulmayan Avropanın milyardlarla kredit xətti ilə bağlı vədləri də reallaşmayıb.

Təəssüf ki, 14 yanvar Bəyanatında Fransa, Almaniya və İngiltərə bildirib ki, BMT sanksiyalarının ləngiməsi ilə nəticələnəcək mübahisənin həlli mexanizmini işə salmaqdan başqa “seçimləri yoxdur”. Əslində, onlar İranın “eskalasiya” reaksiyasını ABŞ-ın İrana qarşı nüvə sazişinin şərtlərini pozan hərəkətlərini birbaşa qınaya bilərdi.

 

Ədalətin parodiyası

İndi, potensial olaraq nüvə sazişində iştirak edən digər tərəflərin öhdəliklərindən yayındığı vaxt BMT Təhlükəsizlik Şurası ədalətə parodiyanın göstərildiyi faciəli səhnəsinə çevriləcək və bundan daha da pis – İrana qarşı ikili standartlarıla cəzalar müəyyənləşdirəcək.

Unutmayaq ki, İran nüvə sazişinə əməl etməni Avropanın öhdəliklərini icra etməməsinə birbaşa cavab olaraq dayandırıb. Tehran bildirib ki, yalnız digər imza atan ölkələrin, o cümlədən Avropanın İranın xarici ticarətin normallaşmasına kömək etməsi və Avropanın maliyyə sisteminə çıxış təmin etmək öhdəliyinə hörmətlə yanaşması halında, bu tədbir ləğv olunacaq.

Avropanın əks-ritorikasına baxmayaraq o, ABŞ-ın prezidenti Donald Trampın İrana qarşı qeyri-qanuni “maksimum təzyiq” strategiyasında iştirak edir.

İranın nüvə sənədlərini BMT Təhlükəsizlik Şurasının masasına qoymaq vəziyyəti daha da ağırlaşdıra bilər. Niyə İran “mədəni” Qərbin icra etmədiyi beynəlxalq müqaviləyə hörmətlə yanaşmalıdır?

Qərbin İrana münasibəti saxta şərqsevərliliyə və irqçi ideologiyaya söykənən üstünlük kompleksidir.

Avropanın “nüvə şərqşünaslığı” bizi bu mərhələyə gətirib çıxarıb, o, köhnəlmiş dünyagörüşlə iranlıların Qərbin iqtisadi müharibəsinə müqavimət göstərməyəcəyini vurğulayır.

Avropalıların guya nüvə anlaşmasını qorumaq üçün əllərindən gələni etməsi Avropa diplomatiyasının köhnə yalanıdır.

 

Qərb neokolonializmi

Nüvə sazişinə tam riayət etmənin İranın öz öhdəliklərinin yerinə yetirilməsindən asılı olması iddiası. İranın 2019-cu ilin may ayında başlayan cavab tədbirlərindən əvvəl Tehran sazişə tam əməl etdiyindən Avropanın iddiası saxtadır.

Sazişin 26 və 36-cı maddələrini nəzərə alaraq, İran, Qərbin icrasızlığı qarşılığında güclü ələ sahibdir. Bu, şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə nümayiş etdiriləcək. Fransa, Almaniya və İngiltərənin razılaşmaya əməl etdiklərini sübut etmək isə çətin olacaq.

İranın BMT-dəki diplomatiyası beynəlxalq ictimaiyyəti inandırmalıdır ki, Avropa ölkələrinin İranı cəzalandırma fikri Qərb neokolonializminin ləkəli iddiasıdır. O, imperialist hiyləylə BMT-dən sui-istifadə edirlər.

BMT son nəticədə İrana yenidən sanksiya tətbiq edərsə, bu, beynəlxalq təşkilata qarşı etiraz doğuracaq.

 

Aydın mesaj

Bir sözlə, BMT-nin etibarlılığına vurulan ziyan ciddi və uzunmüddətli olacaq. İranın NPT-dən çıxmaq təhdidini nəzərə alsaq, qlobal yayılmama rejiminə vurduğu zərər barədə hələ danışmırıq. Bu gün ehtiyac duyulan şey Avropanın “ağıllı diplomatiyası”, fəlakət üçün resept olacaq BMT-nin yeni sanksiyaları ilə ABŞ tipli məcburetmə siyasətini təqlid etmə deyil, İranla ədalətli oyuna girməyin vacibliyidir.

Bundan başqa, razılaşmanın icrası ilə bağlı mübahisələrin həlli üçün yaradılmış nüvə sazişinin Birgə Komissiyasından düzgün istifadə etmək; üstəlik, gecikmədən INSTEX-i aktivləşdirmək; ABŞ-a qitənin Trampın İrana qarşı müharibə həddinə çatdıran yararsız siyasətini izləməyəcəyi barədə aydın və birmənalı siqnallar göndərmək.

Tərcümə: Strateq.az