XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

28 Yanvar 2020 - 22:50

“RUSİYA BAŞ NAZİRİNİN ÖVLADLARI 360 MİLYONLUQ ƏMLAKA SAHİBDİR”- Navalnıdan növbəti ifşaedici araşdırma (VİDEO)

Putin yanvarın 23-də Rusiya Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustini Baş nazir vəzifəsinə təyin edən kimi mətbuat yeni hökumət başçısının varidatını araşdırmağa başladı. Yeni təyinatdan bir neçə saat sonra tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı və onun təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu Baş naziri həyat yoldaşı Vladelna Mişustinanın varidatını hansı yolla əldə etdiyini açıqlamağa çağırdı.

Həmin vaxt fond bəyan etmişdi ki, vergi bəyannamələrindən Vladlena Mişustinanın son 9 ildə təxminən 800 milyon rubl qazandığı göstərilir. Baxmayaraq ki, xanım Mişustinin adına heç bir hüquqi şəxs qeydiyyata alınmayıb. Navalnı V.Mişustinanın bəyannamələrdə göstərilən pulları qanuni yolla əldə edə biləcəyinə şübhə ilə yanaşdığını bildirmişdi.

Bunun ardınca jurnalistlər Mişustinin özünün və bacısı Nataliya Steninanın sahib olduğu bahalı əmlakları gündəmə gətirdi. Araşdırma müəllifləri üzə çıxardılar ki, xanım Stenina ən azı 1 milyard rubl dəyərində elit əmlaka sahibdir. Onun eyni zamanda Moskvanın İstrinski rayonunda mülkü, Xamovniki rayonunda bahalı mənzili var.

Aleksey Navalnı

Növbəti araşdırma yenə Aleksey Navalnının rəhbəri olduğu Korrupsiyaya Qarşı Mübarizə Fondundan gəlib.

Navalnı bildirir ki, Rusiya Baş naziri Mixail Mishustinin iki oğlu bahalı mənzilə sahibdir. Bu mənzillərin hər birinin sahəsi 180 kvadratmetr, qiyməti isə 180 milyondur.

Araşdırmada deyilir ki, Baş nazirin övladları Moskvanın mərkəzindəki – Frunze sahilindəki yaşayış kompleksində bütün mərtəbəyə sahibdirlər. Kompleksdə bir kvadratmetrin dəyəri 1 milyon rubl qiymətləndirilir.

Navalnının sözlərinə görə, hər iki mənzil moskvalı iş adamı Aleksandr Udodova məxsus olub. Sonradan Udodovun bu mənzilləri Mişustinin övladlarına hədiyyə etdiyi iddia olunur.

A.Udodov Mişustinin həm də hokkey ortağıdır. Hokkey yeni Baş nazirin əsas hobbisidir. O, həm buzüstü hokkey oynayır, həm də MOİK (ÇSKA) klubunun Müşahidə Şurasında yer alır.

2011-ci ildə “Kommersant” qəzeti yazmışdı ki, istintaq Udodovu Federal Vergi Xidmətindən təxminən 2 milyard rubl mənimsəmək cəhdində şübhəli bilib. Həmin vaxt da Federal Vergi Xidmətinə Mixail Mişustin rəhbərlik edirdi.

Udodovdan sonra mənzillər Mişustin ailəsi ilə əlaqəli olan Arkadi Novikova satılıb. Novikov da öz növbəsində, mənzilləri yenidən Baş nazirin uşaqlarına (uşaqlar yetkinlik yaşına çatdıqdan sonra) satıb və bu yolla da əmlakları vəzifəli şəxsin bəyannaməsində göstərməmək mümkün olub.

Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu Baş nazir ailəsinin əmlakını 3 milyard rubl dəyərində qiymətləndirir.

Tərcümə Strateq.az