XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 10:34

ABŞ-ın “Sülh planı”na əsasən, İsrail Qərb sahilinin 40 faizini ilhaq edəcək –YƏHUDİLƏR FƏLƏSTİNLİLƏRLƏ VAHİD DÖVLƏTİ NİYƏ İSTƏMİR?

Dennis Ross, David Makovski

“Washington Post”, 30.01.2020

 

Tramp administrasiyası Yaxın Şərq planını açıqlayıb. ABŞ-ın keçmiş sülhməramlı səylərindən kəskin şəkildə ayrılma barədə çoxsaylı müzakirələr gözləməli olduğumuz halda, başqa bir hadisə bunu əhəmiyyətli dərəcədə arxa plana keçirib: İsrail rəsmiləri gələn həftə Qərb sahilindəki bütün yaşayış məntəqələrini ilhaq etməyi planlaşdırdıqlarını açıqlayıblar. Əgər onlar bunu etsələr, prosesin yeni mərhələsi, həqiqətən, başlamazdan əvvəl ölmüş olacaq.

Sülh planında hər iki tərəfin maraqları nəzərə alınmalı idi. Lakin ilhaq hərəkəti istənilən anlaşmanı heçə endirir, çünki İsrail plan üzrə gələcək danışıqlardan əldə edəcəyi mükafatları artıq indidən qazanıb. Fələstinlilər üçün hər hansı bir fayda, hər iki tərəfin planı nəzərdən keçirəcəyi zaman, Tramp administrasiyası tərəfindən təyin olunan dörd illik müddətə qalır.

Keçmişdə İsrail qeyri-maddi sülh vədinə görə maddi ərazi aktivləri verdiyindən şikayət edib. İndi Fələstin torpaqları digər meyarlardan asılı olarkən, İsrail dərhal ərazi qazanacaq. İlhaq planlarının qəfil aktuallığı, həm də İsraildəki seçki ərəfəsində fələstinlilərə ərazi ayırma perspektivlərini poza bilər.

Həmçinin, ilhaq planları, əvvəllər Fələstinin mövqeyini dəstəkləyən, yeni sülh planına rəsmi müsbət təpki verən ərəb dövlətlərini də ondan uzaqlaşdıra bilər. Bu, ərəblərin İsrailə münasibətində baş verən son seysmik dəyişikliyi əks etdirir. Bölgə rəhbərlərinin çoxu indi hesab edirlər ki, ABŞ Yaxın Şərqdən geri çəkilsə, İsrail təkcə ərəb dövlətlərinin üzləşdikləri təhdidlərə qarşı lazımlı bir vasitə deyil, eyni zamanda, potensial faydalı müttəfiqdir. Təəssüf ki, İsrailin baş naziri Benyamin Netanyahunun siyasi mənfəət üçün ilhaqı istəməsi İsraillə ərəb dövlətləri arasında yaranan uyğunluğu poza bilər. Ərəb liderləri, əlbəttə, hətta dolayı yolla İsrailə Fələstin ərazisini ilhaq etmədə köməkçi kimi görünmək istəməzlər.

İstehzaya baxın, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas bu günə qədər onu dəstəkləyən ərəbləri səfərbər edə bilmir. Əksinə, onların ilkin cavabları plana münasibət bildirməyərək fələstinlilər və israillilər arasında birbaşa danışıqlar aparmağa çağırışdır. Bəziləri hətta müsbət töhfə verdiyinə görə administrasiyanı tərifləyib. Lakin təcili olaraq ilhaqa başlamış Netanyahu bəlkə də gələn həftə Abbası xilas edəcək, bəlkə də ən qısa müddətdə ərəb liderlərini İsrailin birtərəfli hərəkətlərinə təpki verməyə və Abbasın yadlaşdırılması kampaniyasını gerçəkləşdirməyə məcbur edəcək.

Onlar Tramp planını rədd etdikdən sonra yəqin ki, Abbas BMT Təhlükəsizlik Şurasına müraciət edəcək, ABŞ-ın və İsrailin nə qədər təcrid olunduğunu göstərmək üçün veto qərarı gözləyəcək.

Tramp planına dair hər hansı bir ümid varsa – hətta tərəflər arasında birbaşa danışıqların nəticəsi olacaq dəyişdirilmiş formada olsa belə – prezident Netanyahu ilə yaxşı münasibətlərindən istifadə edərək, hazırda əraziləri ilhaq etmək üçün istənilən hərəkətin əleyhinə olduğunu söyləməlidir. Tramp vuğulamalıdır ki, onun məqsədi danışıqlar ehtimalını yaratmaqdır. O artıq bildirib ki, fələstinlilərdən əvvəlcə rədd cavabı olacağını gözləyir, lakin fələstinlilərin danışıqlar yolu ilə nəyin əldə olunacağını düşünməli və danışıqlarla nəyi əldə edəcəklərini bilməlidir. İndi israillilər ilhaq hərəkəti etsələr, buna vaxt qalırmı?

Üstəlik, İordan Vadisinin ilhaqının İordaniyaya təsirini düşünün. Prezidentin İsraillə ən uzun sərhədi olan ölkə ilə sülh müqaviləsini təhlükə altına qoymaq niyyəti varmı?

Tramp planının hələ doğmamış ölməsini istəmirsə və israillilər sazişi ən vacib hissələrini (xüsusən təhlükəsizlik baxımından) xilas etməyə ümid edirlərsə, israillilər üçün planda nəzərdə tutulmuş ərazilərin ilhaqı təxirə salınmalıdır. Həm administrasiyanın, həm də israillilərin istəməsi lazım olan son şey – ərəb liderlərini Abbasın barışmaz duruşunu mənimsəməyə məcbur etməkdir.

Yaşayış məntəqələrinin ayrılmadan ilhaqı istər-istəməz İsrailin fələstinlilərdən ayrı düşmə qabiliyyətini sarsıdır, bu da vahid dövlət nəticəsini daha da artırır. Hazırda İsrailin təhlükəsizlik baryerinin şərqinə 62 yaşayış məntəqəsi əlavə etməklə, plan iki subyektə ayrılmanı daha da çətinləşdirir, xüsusən bu yaşayış məntəqələri bloklardan və təhlükəsizlik səddindən kənarda olduğundan və sonrakı Fələstin dövlətinin həcmini təsirli dərəcədə azaldacağından (İsrail sakinlərinin 77 faizi bu bloklarda yaşayır.).

Ümumən, sülh planına əsasən, Qərb sahilinin 40 faizini ilhaq edəcək.

İsrailin fələstinlilərin dövlətçilik xəyallarından imtina etmələrinə və İsrailin səs hüquqlu vətəndaşı olmağa çalışmalarına maraq göstərmir. Bu, İsrailin sionistlərin yəhudi və demokratik dövlət təməlinə xələl gətirəcək.

Tramp ilhaqın perspektivləri poza biləcəyini bilir və planın şansa sahib olması üçün İsraili təmkin nümayiş etdirməyə çağırmalıdır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə