XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 17:02

Dünyadan gizli qalmış İsrail-İran danışıqları:NETANYAHU SULTANIN TƏKLİFİNİ NİYƏ RƏDD EDİB?

Barak Ravid

Axios” (ABŞ), 02.02.2020

 

2013-cü ilin ortalarında baş nazir Benyamin Netanyahu Oman Sultanlığının İsrail və İran arasındakı arxa kanal vasitəçiliyi ilə bağlı təklifini rədd edib. Bu, 2015-ci il nüvə anlaşmasına səbəb olan gizli ABŞ-İran danışıqları ilə nəticələnib. Danışıqlarda 4 İsrail səlahiyyətlisi də iştirak edə bilərdi.

Vurğulanmalı məqam: dramatik Oman təşəbbüsü haqqında bu günə qədər az sayda İsrail məmurunun bilgisi vardı.

2009-cu ildə vəzifəyə gələndə, Netanyahu “Mossad”a onun təsdiqi alınmadan iranlılarla birbaşa və ya dolayı danışıqlar aparmağı qadağan edib.

Dünyanın heç bir ölkəsində belə bir nizam-qayda yoxdur.

Arxa plan: 2013-cü ilin əvvəlində İsrail ABŞ və İranın Omanın Məsqət şəhərində ondan bixəbər gizli danışıqlar apardığını aşkarlayıb.

O zaman Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri olan Yaakov Amidror amerikalı vəzifədaşı Syuzan Raysa etiraz edib.

Amidror bildirib ki, İsrailin Omanda gizli ABŞ-İran arxa kanalını tapmayacağı barədə düşüncə belə təhqiramizdir. “Amerikalıların bizi çox və ya daha çox aldatdığından məyus oldum və bunu onlara açıq dedim”.

2013-cü ilin may ayında, İranda keçirilən prezident seçkilərində çoxları tərəfindən mötədil kimi qəbul edilən Həsən Ruhaninin qalib gəlməsindən sonra Oman sultanı Qabus bin Səid təşəbbüsünün ikinci hissəsində irəliləməyə və öz rəhbərliyi altında İran-İsrail danışıqlarını təşviq etməyə çalışıb.

Bunu mənə İsrailin sabiq səlahiyyətliləri bildirib.

Ruhaninin qələbəsindən bir neçə həftə sonra, “Mossad”ın o vaxtkı direktoru Tamir Pardo, Netanyahu ilə həftəlik görüşə gəlib və keçmiş səlahiyyətlilərin sözlərinə görə, baş nazirə Oman Sultanlığından alınmış həssas məlumatları təqdim edib.

İsrail və Oman arasında 50 il əvvəl başlayan gizli münasibətlər vardı, omanlılar təmkinli və təsirli vasitəçi olmada çox yaxşı nüfuza sahib idi.

Pərdə arxasında: Keçmiş İsrail rəsmilərinin sözlərinə görə, “Mossad”ın direktoru Netanyahuya verdiyi açıqlamada Oman sultanı adından İsrail və İran arasında tərəflərin bir-biri ilə danışmasına və gərginliyi azaltmasına imkan verən gizli arxa kanal yaratmağı təklif edib.

Səlahiyyətlilər bildirib ki, omanlıların fikrincə, Ruhaninin qələbəsi fürsət pəncərəsi açıb və İsrail-İran danışıqlarının eyni anda reallaşacağı təqdirdə, ABŞ-İran danışıqlarının daha yaxşı nəticələr verəcəyini düşünürlər.

Keçmiş İsrail rəsmilərinin fikrincə, Omanın İsrailə göndərdiyi mesaj bu idi: “Hətta heç bir məsələdə razılaşmasanız belə, qarşılıqlı əlaqə eskalasiyanı azaldacaq, danışıqlarda iştirak etməməyiniz isə müharibəyə səbəb ola bilər”.

Netanyahu Pardonun söylədiklərinə qulaq kəsilib və milli təhlükəsizlik müşaviri Amidroru məlumatlandırıb.

Amidror mənə dedi ki, omanlıların marağı budur ki, hər işə baş vursunlar və təsirli vasitəçi ola biləcəklərini isbatlasınlar, amma İsrail təklifin onun maraqlarına uyğun olub-olmadığını düşünməliydi.

Pardo və bir qrup yüksək səviyyəli “Mossad” rəsmisi Omanın təşəbbüsünün ciddi və İsrailin heç olmazsa İranla danışıqlar ehtimalını araşdırmalı olduğunu düşünüb.

Amidror bu fikrə qarşı sərt fikir söyləyib. O mənə dedi: “Oman təşəbbüsünün yeganə məqsədi bizi aldadan amerikalıları və iranlıları ört-basdır etmək idi”.

Netanyahu Pardo və Amidror ilə daha çox görüşlər keçirib, nəticədə, Omanın təşəbbüsünü rədd etmək qərarı verilib.

Amidror hələ də “Mossad”ın mövqeyinin səhv olduğunu və Netanyahunun təklifə “yox” deməklə doğru qərar verdiyini düşünür.

Amidror mənə dedi: “İsrailin omanlılara cavabı düşünülmüş idi. İran rəhbərliyi bizi məhv etmək istədiyi müddətcə onlarla danışacaq heç bir mövzumuz yoxdur”.

Digər tərəf: Məsələdən agah olan digər keçmiş İsrail rəsmiləri bu gün də Omanın təklifinin səmimi olduğuna, iranlıların oyuna qoşulacağına və bunun de-eskalasiya üçün qaçırılmış bir fürsət olduğuna inanırlar.

Tərcümə: Strateq.az