Sergey Markedonov
“Kommersant”, 11.02. 2020
Ekspert dairələrində Azərbaycanla bağlı ortaq rəy var: seçki kampaniyaları orada proqnozlaşdırıla bilər, respublika elitası liderin ətrafında birləşib, dünyəvi müxalifət parçalanıb və liderləri təkcə hakimiyyətə qarşı deyil, bir-birlərinə qarşı da mübarizə aparırlar. Bununla belə, fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri artan marağa səbəb olub.
İstənilən postsovet dövlətində xarici siyasət amili daxili proseslərdə mühüm rol oynayır. Lakin Azərbaycan ümumi cərgədə istisnadır. Həm Rusiya, həm ABŞ, həm Avropa İttifaqı, həm də İran və Türkiyə ilə birlikdə, ümumən hamısı və hər biri ayrı-ayrılıqda, Bakıdakı siyasi sabit dünyəvi hakimiyyətlə əməkdaşlıq etməyə maraq göstərir. Moskva üçün buradan “rəngli inqilablar” küləklərinin gözləməmə vacibdir, radikal cihadçıların simasında ümumi düşmən isə Rusiya və Azərbaycanı birləşdirir. Qərb Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul edir.
Müəyyən şərtlər daxilində Bakının Avropaya karbohidrogen tədarükündə Rusiyanın dominantlığına alternativ ola bilməsi mümkündür. Türkiyə, İran, eləcə də Bakının Yaxın Şərqdəki digər tərəfdaşları Azərbaycanı lazımsız əxlaqlaşdırmaya meyl etməyən və öhdəlikləri yerinə yetirməyə hazır olan praqmatik oyunçu kimi görürlər.
Seçki bu mənada nə deməkdir? Başa çatmış seçki kampaniyası siyasi vəziyyəti kökündən dəyişibmi? İlk baxışdan, xeyr. Milli Məclisi (birpalatalı parlamenti) buraxmaq və növbədənkənar seçkilər keçirmək ideyası hakim Yeni Azərbaycan Partiyasına məxsus idi. Səsvermə nəticəsində səslərin əksərini də məhz o qazanıb. Nəticə etibarilə, “iqtidar zirvəsi” hakimiyyətdə qalır. Ancaq daha yaxın təhlildə diqqət yetirilməli olan bir neçə vacib məqam ortaya çıxır.
Seçki yarışı, əslində, iqtidar komandasını yeniləmək üçün ümumi strategiyanın tərkib hissəsinə çevrilib. Bu hələ 2018-ci ildə başlayıb – hazırkı Azərbaycan lideri İlham Əliyevin atası Heydər Əliyevin ətrafında toplaşmış siyasi ağır atletlərdən biri olan baş nazir Artur Rasizadə erkən prezident seçkilərindən sonra istefa verəndən. 2019-cu ildə Ramiz Mehdiyev, Əli Həsənov, Novruz Məmmədov Bakıdakı siyasi Olimpi tərk ediblər. Yəni hakimiyyətin “boz kardinalları” və “ideoloqları” adlandırılan məmurlar.
Onları gənc texnokratlar əvəzləyib. Azərbaycan SSR ilə birlikdə “geniş addımlar atmayıblar”. Bu, müstəqil ölkədə böyüyən, dünya səhnəsində və Bakısayağı “suveren demokratiya” normalarına uyğun olaraq, komplementarizm qaydaları ilə oynamağı öyrənmiş siyasətçilərdir. 2020-ci ilin fevral ayında parlamentdə onların dəstəyi Yeni Azərbaycan fraksiyasının yenilənmiş tərkibi olacaq. Bütün digər partiyalar cəmi on yer qazansa da, aparıcı müxalifət qüvvəsi olan “Respublikaçı Alternativ” yalnız bir yerə sahibdir, heç olmasa rəsmi şəkildə Milli Məclisdə 10 il davam edən hakimiyyət əleyhdarlarının yoxluğuna son qoyulub!
Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda baş verən bütün bu məsələlərdən alınan əsas dərs nədir? Bu, mövcud hakimiyyətin hələ də siyasi təşəbbüsə sahib olmasıdır.
O, oyunu özünə maraqlı olan ssenari üzrə idarə edir, xarici müdaxilələr və aşağıda kütləvi təlatümlərlə müqayisədə, yuxarıda kadr inqilabına üstünlük verir.
Tərcümə: Strateq.az