XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 16:55

ÇİNGİZ QƏNİZDƏNİN QƏLƏBƏSİ LƏĞV EDİLDİ –MSK iki namizədin şikayəti əsasında qərar verdi

MSK bugünkü iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

Strateq.az xəbər verir ki, qərar həmin dairədən deputatlığa namizədlər – Hikmət Şirinov və Razim Əmiraslanovun müraciəti əsasında qəbul olunub.

Bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir.

Beləliklə, məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Xatırladaq ki, MSK-ın ilkin açıqladığı nəticələrə görə, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.