XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 17:16

35 saylı DAİRƏNİN NƏTİCƏLƏRİ DƏ LƏĞV OLUNDU: MSK İqbal Ağazadənin Rauf Arifoğluna qarşı şikayətini təmin etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə də baxılıb.

Strateq.az xəbər verir ki, MSK üzvü Ramiz İbrahimov şikayətin məzmunu haqda üzvləri məlumatlandırıb.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin , 30 seçki məntqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nətciələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, bu dairədən qalib Rauf Arifoğlu idi.




Yuxarı Əvvələ Ana Səhifə