XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 00:45

ƏRDOĞAN ƏSƏDƏ GERİ ÇƏKİLMƏKDƏN BAŞQA YOL QOYMADI:"Quruda və havada nə lazımdırsa, çəkinmədən edəcəyik!"

Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 17 fevral 2020-ci il

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir həftəlik çıxışlarında və təmaslarında İdlib problemini həll etmək birinci sırada yer alır, ancaq bununla bərabər, Türkiyə-Rusiya, Türkiyə-ABŞ, Türkiyə-Avropa münasibətləri də yenidən şəkillənir.

İdlibdəki son duruma baxaraq, hadisələrin mümkün inkişaf variantlarına işıq tutaq.

Prezident Rəcəb Tayyib Ərdoğan, türk dövlət ağlı İdlib tənliyini həll edəcək “5+5” strategiyası ilə həm meydana, həm də danışıqlar masasına özünün bütün ağırlığını qoymuş durumdadır.

Prezident Rəcəb Tayyib Ərdoğan İdlibdə Türkiyə və Suriya ordularını qarşı-qarşıya gətirən proseslə əlaqədar Ankaranın atacağı addımları açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından həmən sonra çıxış edən Ərdoğan, ilk dəfə Dəməşq administrasiyası ilə birlikdə Moskva administrasiyasına da “təhlükəsiz şəraitdə olmazsınız” mesajını verib.

“5+5” strategiyasına görə, Prezident Ərdoğanın mesajlarının önəmli bir hissəsini Suriya ilə münasibətlərdə yaşanan gərginliyin hərbi sahədə əks olunmaları təşkil edib.

“Fevral ayının sonuna qədər rejimi Soçi Memorandumunun sərhədləri xaricinə, yəni müşahidə məntəqələrimizin gerisinə çıxarmaqda qərarlıyıq” deyərək, çıxış edən Ərdoğan Türkiyənin İdlibdəki mövcud hərbi gücünün əlavə qüvvələrlə möhkəmləndirildiyini də xatırladıb.

Ankara Suriya ordusu və müttəfiqlərinin M4 və M5 avtomobil yollarını tamamilə ələ keçirməsinin qarşısını almaq üçün bu xətt üzərində müvəqqəti yerləşmə bazaları qurmuşdu.

Prezident Ərdoğan, Türkiyənin nöqteyi-nəzərincə düşmən mövqeyində görülən rejim ordusu və müttəfiqlərinin Suriyanın harasında olursa-olsun hədəf alına biləcəyini bəyan etmiş olub.

Yekun olaraq, demək olar ki, Prezident Ərdoğanın ən açıq cümləsi “Fevral ayının sonuna qədər rejimi Soçi Memorandumunun sərhədləri xaricinə, yəni müşahidə məntəqələrimizin gerisinə çıxarmaqda qərarlıyıq. Bunun üçün quruda və havada nə lazımdırsa çəkinmədən, tərəddüd etmədən, heç bir yayındırmaya yol vermədən edəcəyik” olub.

Tərcümə Strateq.az-ındır