Onlar 1-ci Avropa Oyunlarının keçirilməsinə kömək edəcəklər
Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarında 1500 rusiyalı könüllü işləyəcək. “Rusiyadan olan könüllülərın sayı yalnız Azərbaycandan geri qalır. Biz bu könüllüləri “1500 məşəl daşıyıcısı” adlandırırıq”, – deyə Təşkilat Komitəsinin təmsilçisi Gülnaz Quliyeva Rusiyanın TASS agentliyinə bildirib.
ümumilikdə, 1-ci Avropa Oyunlarında 12 500 könüllü işləyəcək. Azərbaycanlılar və rusiyalılarla yanaşı Britaniya, İtaliya, Gürcüstan vənəndaşları da könüllülər sırasına qoşulublar.
“Məşəl daşıyıcıları ilk Avropa oyunlarının təşkilində əsas rol oynayacaqlar. Biz Bakıda keçirilən 1-ci Avropa Oyunlarına verdikləri dəstəyə və öz vaxtlarını sərf etdiklərinə görə, onlara minnətdarıq”, – deyə G.Quliyeva bildirib.
Xatırladaq ki, 1-ci Avropa Oyunlarının təşkilinə könüllü cəlb olunmaq üçün ərizələr 2014-cü ilin oktyabrından 2015-ci ilin may ayınadək qəbul olunacaq.
Strateq.az