XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 22:20

ƏRDOĞANLA PUTİN 6 SAATLIQ GÖRÜŞDƏN SONRA 3 MADDƏ ÜZRƏ ANLAŞDI –Prezidentlərdən açıqlamalar + Sazişin detalları/VİDEO

“Türkiyə ilə Soçi anlaşmasına dayanan razılaşma əldə etdik”.

Strateq.az xəbər verir ki, bunu Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşün yekununa dair mətbuat konfransında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, Rusiya və Türkiyə Suriya probleminin nizamlanması üçün birgə sənəd üzərində razılaşıb: “Bilirsiniz ki, martın 1-də Rusiyanın hərbi bazasına İdlib və ətrafından hücum olub. Son 2 ayda 15 belə  hücum cəhdi edilb. Və bu, cavabsız qala bilməzdi. 

Orada türk hərbçiləri də həlak olublar. Buna görə başsağlığı verirəm. Türkiyə ilə bəzən aramızda fikir ayrılıqları olur. Amma kritik durumlarda ortaq nöqtələr tapmağı bacarırıq. Bu gün də elə oldu. Suriyanın suverenliyindən yanayıq. Beynəlxalq terror qruplaşmaları ilə mübarizədə qərarlıyıq. Bu gün 6 saatlıq müzakirələrdən sonra bir sənəd hazırladıq. Bunun atəşin dayanmasına, mülki insanların əzablarına son verəcəyinə inanıram. 

Bu arada Ərdoğana Moskvaya gəldiyi üçün təşəkkür edirəm”.

Ərdoğan isə deyib ki, Putinlə əldə olunan anlaşmaya görə, bu gecə saat 00.00-dan İdlibdə atəşkəs olacaq:

“Bənzər və fərqli fikirdə olduğöumuz məsələləri müzakirə etdik. Türkiyə təhdidlər qarşısında əl-qolu bağlı qala bilməz. İdlib razılaşmasının pozulmasına səbəb olan birinci dərəcəli cavabdeh Suriya rejimidir. Rejimin hər bir hücumuna qarşılıq veriləcək”.

Razılaşmanın şərtləri belədir:

1. İdlibdə təmas xətti boyunca bütün hərbi fəaliyyətlər 6 mart 2020-cı il tarixindən saat 00.01-dən etibarən dayandırılacaq.

2. M4 quru yolunun qərbində 6 km və cənubunda 6 km dərinliyində  güvənlik dəhlizi yaradılacaq. Bunun ayrıntıları Rusiya və Türkiyə Müdafiə nazirlikləri arasında 7 gün içində hazırlanacaq.

3. Türk-Rus ortaq dövriyələri 15 mart 2020-cu ildən M4 quru yolunun Trumbadan (Serakibin 2 km qərbi) Ain-Al-Havra qədər olan xətt boyunca başladılacaq.

Bu razılaşma 3 dildə – türk, rus və ingilis dilində tərəflər arasında imzalanıb.




Yuxarı Əvvələ Ana Səhifə