XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2016 - 16:46

Türkiyənin Bakıda və Londondakı keçmiş səfiri:“Kar sultan da bilir ki, problemlərimiz qar qalağı kimi böyüyür” –Təhlil

cevikgoz

Ünal Çeviköz

Türkiyənin Böyük Britaniya və Azərbaycandakı keçmiş səfiri

Türkiyənin son yeddi ildə xarici siyasətdə yürütdüyü xətt İsrail, İraq, Misir, Suriya, İran, Rusiya və ABŞ-la münasibətlərimizdə ciddi problemlər yaratdı. Necə deyərlər, bunu hətta kar sultan da eşidib. 

Eşitmə qabiliyyəti daha çox pozulmuş adamlar oldğunu nəzər alıb bunu bir daha təkrarlamağın artıq olmayacağını güman edirəm. Bunun Türkiyənin dünya ilə münasibətlərndə necə əks olunacağı haqda yazılan və deyilənləri anlamamaq qabiliyyətsizliyinin arxasında, ola bilsin, eşitmə qüsuru ilə əlaqəsi olmayan başqaları durur. Bununla belə, daha bir cəhd edirik.

Məlum olduğu kimi, 2015-ci il noyabrın 24-də Rusiya təyyarəsinin məhv edilməsi Türkiyə-Rusiya münasibətlərinə o qədər mənfi təsir etdi ki, onu bərpa etmək, demək olar, mümkünsüzdür. 2004-cü ildən səliqə ilə atılmış, bizdə deyildiy kimi, iynə ilə gor qazmağa oxşar addımlar nəticəsində çatdığımız mərhələ iki ölkənin münasibətləri tarixində, ola bilsin, görünməmiş atmosfer yaratmışdı. İkitərəfli mal dövriyyəsi 30 milyard dollara, Rusiyadan Türkiyəyə gələn turistlərin sayı isə dörd milyona çatmışdı. Rusiya Türkiyənin önəmli iqtisadi tərəfdaşı oldu. Energetikada asılılığımız bu münasibətlərdə bir qədər asimmetriya yaratsa da, Türkiyənin ən yaxın dövrdə bu disbalansı bərabərləşdirmək, enerji resurslrı tədürükünü şaxələndirmək və bunu ölkələr arasında hansısa gərginlik yaratmadan etmək imkanl var idi.

Bu gün bu hesablamalar 180 dərəcəlik dönüş edib və müsbət qütbdən mənfiyə keçib. İynəylə eşilmiş gor buldozerlə dolduruldu. Yəqin ki, Türkiyə- Rusiya münasibətlərini əvvəlki səviyyəyə qaldırmaq üçün hər iki tərəf cəhd göstərməlidir, lakin Türkiyənin məruz qaldığı itkilər xeyli çoxdur. Hətta bu durum Türkiyənin bir çox ölkələrlə – Avrsiya bölgəsində keçmiş Sovet İttifaqının ərazisindəki müstəqil dövlətlərlə münasibətlərinə mənfi təsir edir və daha çox təsir edəcək. Zahirən ikitərəfli böhran kimi görünən Rusiya ilə münasibətlərin inkşafının başlanması ölkəni Suriya müstəvisində daha böyük gərginliyə sürüdü. Rusiya indi Türkiyəni BMT  TŞ-da əleyhinə qətnamə layihəsi təklif etməli düşmən sayır. Rusiya Suriyadakı hərc-mərcliyə görə əsas günahı Türkiyənin boynuna qoyur, bir sıra qanunsuz əməllərdə ittiham edir, dünya ictimayyətinin gözündə Türkiyəninn imicini gözdən salmağa çalışır.

Hadisələrin bu cür inkişafı Türkiyənin ənənəvi müttəfiqlərilə soyumuş münasibətlərinin yenidən istiləşəcəyinə və NATO, AB ilə münasibətlərdə yenidən harmoniya qazana biləcəyinə ümid bəsləyənlərin hamısını sevindirdi. Döyüşlər səngiyəndən sonra Şərqi Aralıq dənizi bölgəsində biçimlənmiş durum yeni bölgəsəl balansla əvəzlənə və özünəməxsus bölgəsəl soyuq savaşa təkamül edə bilərdi. Ola bilsin, bu, Türkiyəni gərginliyin lap mərkəzinə sala bilərdi, lakin Türkiyənin NATO üzvlüyü bu durumda da növbəti dəfə göstərərdi ki, nə qədər əvəzedilməz və mühüm strateji vəziyyətə sahibdir.

Bundan başqa, suriyalı qaçqınlar mövzusu Türkiyənin AB ilə münasibətlərinin canlanmasına səbəb oldu və saki işlər rəvan gedirdi…

LakinLüksemburq xaric işlər nazirinin sözləri göylərdən yerə enməyə məcbur edir: “Rusya-Türkiyə münasibətlərinin gərginləşəcəyi halda NATO Rusiya ilə münaqişəyə girmək arzusu ilə alışıb yanmır”. 

Heç şübhəsiz, bu, 1964-cü ildəki “Conson məktubu” insidentinin müasir versiyasıdır. ABŞ prezidenti məktubda narahatlıq ifadə etmişdi ki, Türkiyənin Kiprə müdaxiləsi Türkiyə-Yunanıstan müharibəsinə səbəb ola bilər. Həmçinin demək istəyirdi ki, bu cür müharibə SSRİ-nin müdaxiləsinə səbəb olar, bu halda isə Türkiyəni müdafiə məsələsində NATO tərəddüd edə bilər.

Yəqin ki, Türkiyənin son illərdə güddüyü tərs xarici siyasət müttəfiqlərində şübhələr doğurdu. Hər şeydən əvvəl, ABŞ-da.

Türkiyə ilə ABŞ arasında ikitərəfli danışıqların nəticəsi, praktik olaraq,  sıradakına aparır: tərəflər razılığa gəldilər ki, önəmli beynəlxalq məsələlərə baxışlarda fikir ayrılıqları var. Müttəfiqlərin baxışlarında fikir ayrılıqları olur? Əlbəttə. Lakin bir ittifaq çərçivəsində münasibətlərin etibarlılığı baxımından müttəfiqlərin üzərinə bu fikir ayrılıqlarını dəf etmək məsuliyyəti düşür. “Onlar yoxdur görüntüsü yaratmaq isə qarşılıqlı inamı sarsıtmaq və münasibətlərdəki etibara və gözləntiyə ziyan vurmaq deməkdir. Bütün bunlar tərəflərin eyni danışıqları müxtəlif cür şərh etdiyi açıqlamalarla başa çatır.

Güman ki, son 50 ildə prezident Consondan prezident Obamaya qədər baş vermiş başlıca dəyişiklik eyni şübhənin müxtəlif cür ifadə üsulundadır. Və deməli, Rusiya ilə pisləşmiş münasibətlər üzündən NATO ilə münasibətlərdə ən yaxşısına qayıdış gözlənildiyi qədər asan olmayacaq. Həm də bunun yeganə bir səbəbi var: etibarlılıq və gözlənti baxımından Türkiyənin balı əvvəlk qədər yüksək deyil. Moody’s, Fitch, Standard and Poor’s kredit reytinqlərilə yanaşı xarici siyasətdə etibarlılıq və gözlənti reytinqini də hesablasaydı, bunu dərk edərdik… 

Bəs bir tərəfdən Rusiya ilə, digər tərəfdən isə ABŞ və qərbli müttəfiqlərimizlə gərginlik dövründə bölgədəki qonşularımızla ikitərəfli münasibətlərdə durum necə biçimlənir? İsrail və Misir hesaba alınmır, çünki onlarla münasibətlərimizin nizamlanmasında xarici siyasət kodları və fəaliyyətindən kənardakı amillər xeyli önəmlidir.

Lakin Suriya probleminin yeni mərhələyə keçəcəyi gün yetişəcək. Türkiyənin yeni Suriyanın yeni hökuməti ilə münasibətləri etibarlılıq və gözlənti baxımından 2010-cu ilin standatlarına qayıda bilərmi? Xüsusən də bütün dünyanın Suriya xalqının seçəcəyi hökumətlə iş görməyə hazır olduğunu bildirdiyi bir şəraitdə bizim “bu olmaz, o da, bu isə ümumiyyətlə olmamalıdır” ruhunda yenilməz yanaşmağımız nəyə gətirib çıxardacaq?

Daha nəsə var. İranın xırda, lakin inamlı addımlarla beynəlxalq cəmiyyətə dönüşü, kürd məsələsi və xaricdə yaşayan kürd icmaları ilə münasibətlərimiz mövzusu Trükiyənin xarici siyasətindəki bir yığın dilemmaya yuxarıda haqqında danışdığımız yeni problemlər əlavə edir. Xarici siyasət sahəsində Türkiyənin qarşısında duran problemlər qar qalağı kimi böyüyür.  Və bu haqda danışmağı özümüzə borc bilirik…

Radikal (Türkiyə), 03.03.2016