XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 15:30

Təhlükəsizlik Şurasında veto hazırlığı:RUSİYA VƏ ÇİNİN İRANA SİLAH İXRACI MƏXFİLİK PƏRDƏSİ İLƏ ÖRTÜLÜB

Anton Mordaşov

“Əl-Monitor”, 09.03.2020

 

2015-ci ilin nüvə sazişinin şərtlərinə əsasən, BMT-nin İrana silah embarqosu oktyabrda başa çatdıqda, Rusiya və Çinin İran ordusunu gücləndirmək üçün nə dərəcədə çalışa biləcəyi müəmmalıdır.

ABŞ dövlət katibi Mayk Pompeo Konqresə verdiyi açıqlamada Birləşmiş Ştatların silah embarqosunun “uzadılması üçün beynəlxalq birliyə müraciət edəcəyini” söyləyib. Bununla yanaşı, Moskva BMT Təhlükəsizlik Şurasının embarqonu uzatmaq barədə düşünmək planlarının olmadığını iddia edir.

Rusiya Xarici İşlər Nazirliyinin martın 3-dən verdiyi açıqlamada bildirilib: “Konqresdə deyilib ki, ABŞ Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının İrana silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsinə veto qoymamağa çalışacaq. Təhlükəsizlik Şurasında bu məsələni qaldırmağın heç bir lüzumu yoxdur. 2015-ci ildə razılaşdırılmış müddət və şərtlərə yenidən baxıla bilməz”.

Sənədə əlavə edilib: “Həmişə olduğu kimi, ABŞ Yaxın Şərqə çoxmilyonluq silah tədarükünü sıradan bir biznes və sabitləşdirmə hərəkətləri adlandıraraq regionu barıt çəlləyinə çevirib”.

Rusiyanın bu məsələdəki mövqeyi tutarlıdır. Xarici işlər nazirinin müavini Sergey Ryabkov və XİN-in Yaymama və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov dəfələrlə bildiriblər ki, Moskva ABŞ-ın bəhanələrinə boyun əyməyəcək və BMT-nin İrana silah embarqosunu yeniləməyəcək. Bundan əlavə, Ryabkov vurğulayıb ki, ABŞ administrasiyasının bütün ritorikasına baxmayaraq, sazişə imza atan Avropa üçlüyü, o cümlədən Böyük Britaniya, Almaniya və Fransa “İran dosyesi”ni Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq niyyətində deyil.

Moskvanın inadı, qeyri-rəsmi olsa da, sərt yanaşması regional tələbatı və Tehranın düşdüyü vəziyyəti nəzərə alır. Bir tərəfdən, İran ABŞ-a qarşı strategiyasını davam, digər tərəfdən isə sanksiyalardan azad olmanı təmin etdirməlidir. Şübhəsiz, Rusiya İranın anti-ABŞ koalisiyasında olmasını vacib sayır, lakin açıq şəkildə bu ölkənin nüvə ambisiyalarında dəstəkləmək və körfəzdəki investisiya mühitini pozmasındə maraqlı deyil.

Eyni zamanda, Rusiya status-kvo qaydasında Aİ və ABŞ-ın İrana qarşı tutarlı olmayan siyasətini əsaslandırır, vasitəçilik xidmətləri təklifi irəli sürür və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsraillə əlaqələri inkişaf etdirir.

Hazırkı vəziyyət İrana silah tədarükü ilə bağlı qərarların qəbul edilməsi prosesinə təsir göstərir. İsrail baş nazirinin müşaviri Ariel Bulştaynın 2019-cu ilin noyabrında söylədiyi kimi, Moskva ən azı iki dəfə İsrailin İrana qabaqcıl silah satmama istəyinə razılıq alıb, öz növbəsində, əvvəlcədən müəyyən edilmiş qırmızı xətləri keçməyib. Həqiqətən də, rəsmi şəxsin iddia etdiyi kimi, İsrail Rusiyanın tələbi ilə Gürcüstana bir neçə növ silah verməkdən imtina edib.

ABŞ Hərbi Kəşfiyyat İdarəsinin son illik hesabatında bildirilir ki, BMT-nin məhdudiyyətləri qaldırıldıqdan sonra İranın potensial alışlarına Rusiyanın “Su-30” qırıcıları, “Yak-130” təlim təyyarəsi, “T-90 MBT” tankları və hava hücumundan müdafiə sistemləri daxildir. Bu arada, Rusiya mənbələri, ölkənin xarici tərəfdaşlarla hərbi və texniki əməkdaşlığını əhatə edən bəzi sənədlərə “tam məxfi” etiketi yapışdırmış 2016-cı il fərmanına uyğun olaraq, danışıqları geniş şərh etməkdən çəkinirlər.

Bununla belə, “əl-Monitor”a danışan hərbi sənaye kompleksinə yaxın 2 nəfər 2019-cu ilin aprelində beynəlxalq təhlükəsizlik mövzusunda 8-ci Moskva konfransında Tehranla Moskva arasında əlaqələrin güclənməsinin bu günə qədər ilkin məsləhətləşmələr formasında olduğunu söyləyib. Bu, iki tərəfin sövdələşmə üçün potensial silahların siyahısını tərtib etməyə cəhd etdiyini göstərir.

Hər şeydən əvvəl, Tehran hava hücumundan müdafiəni gücləndirmək üçün köhnə aviasiyasını təkmilləşdirməlidir. Rusiya və Çin KİV-ləri Vaşinqtonla artan gərginlik bitənə qədər İranın ağır çoxməqsədli “Su-35” və “Su-30SM” və ya Moskvadan ən azı “Su-27 SM3” təyyarələrini və Pekindən “J-10C” qırıcı təyyarələrini satma ehtimalının yoxluğu barədə xəbərlər yayıblar.

İran hökuməti yerli istehsalı olan “Kövsər”ə də üstünlük verə bilər. Bu təyyarə Amerikanın “Northrop F-5”-na oxşasa da, İran aydın şəkildə silahlı qüvvələrini ev texnologiyaları ilə təchiz etmək və bununla da hərbi sənaye kompleksini inkişaf etdirmək istəyir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sektordakı əksər müəssisələri nəzarətdə saxlaması və Ali Rəhbər Əli Xamnəinin dəstəyi ilə öz mövqeyini lobbiləşdirmək üçün idxalın əvəz edilməsinin tərəfdarı olduğu barədə şayiələr yayılır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri 2019-cu ilin sonlarında İranın müdafiə sahəsində özünü tam təmin etdiyini və qərar qəbul etmə mərhələsində düşmənlərini təəccübləndirməyi bacardığını söyləyib. O, Müdafiə Nazirliyinin xaricdən hərbi texnika gətirməyə çox da maraqlı olmadığını, piyada, dəniz və hava qüvvələri üçün bütün silahların yerli istehsalının olduğunu qeyd edib.

Tankqayırma sənayesində, yəni Rusiya “T-90S”-nin əkizi olan əsas döyüş tankı “Kərrar”la əlaqəli planlardan asılı olmayaraq, onun müstəqil inkişaf etmiş bir platformaya sahib olduğuna dair ciddi şübhələr var. Bundan başqa, İran istehsalçılarının istehsal tempini ildə 50-60 “Kərrar” tankı səviyyəsində saxlamaq planları qeyri-mümkündür. Məsələn, İranın bir müddət əvvəl Rusiyanın köməyi ilə bir neçə yüz “V-84MS” tank mühərrikləri aldığı iddia edilib.

1990-cı illərin sonlarında o, sovet “T-72S” və Amerikan”M48” və “M60” tankları əsasında hazırlanmış və kiçik partiyalarla istehsal olunan “Zülfiqar” tanklarını təchiz etməyə çalışıb.

İran kəşfiyyatı, xüsusən də çox yaxşı inkişaf etmiş sektorlarda sənaye casusluğu ilə fəal məşğul olmağa çalışır. 2019-cu ilin dekabr ayının sonlarında Ukrayna Təhlükəsizlik Xidməti bir qrup iranlı mühacirin fəaliyyətini faş edib. Onlar tank əleyhinə idarə olunan raket sistemləri üçün komponentlərin tədarükünü təmin etməkdə ittiham olunublar.

Hələ 2016-cı ildə Rusiyanın yeganə tank istehsalçısı olan “UralVaqonZavod”un nümayəndələri hərbi-texniki əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra İranda “T-90S” tanklarının lisenziyalı istehsalını təşkil etməyə hazır olduqlarını qeyd ediblər, lakin təklifin hələ də aktual olub-olmadığı məlum deyil.

Üstəlik, uzaq mənzilli hava hücumundan müdafiə (raket) sistemləri üçün müqavilənin taleyi iqtisadi səbəblərə görə, habelə İran hərbi qüvvələrinin “Boeing 737”-ni səhvən vurması qalmaqalından sonra aydın deyil. Müqavilə yalnız Kremlin “S-400”-ü yeni regional müharibənin qarşısını almaq üçün strateji bir addım olaraq görəcəyi təqdirdə bağlanıla bilər. Raket sistemi geniş əhatə dairəsinə malik radarlar, həmçinin cavab qabiliyyətinin artması səbəbindən kəşfiyyatı yaxşılaşdırır.

Bununla yanaşı, Çin-İran hərbi və texniki əməkdaşlığı kölgədə saxlanılır. Bu qarşılıqlı əlaqə tez-tez Çin şirkətlərini Amerikanın sanksiyaları üçün hədəf halına gətirir, bu da onları daha sirri qayət məxfi saxlamağa məcbur edir.

Çinin “FD-2000” və “LY-80” hava hücumundan müdafiə raket sistemlərinin tədarükü üçün İranla məsləhətləşmələr apardığı bilinir. İran Hərbi Hava Qüvvələri “China Electronics Technology Group” tərəfindən hazırlanmış hava hücumundan müdafiə qüvvələrinin və qurğularının idarə edilməsinin avtomatik sistemi olan “JY-10E”-i artıq qəbul edib.

Hazırda Rusiya və hətta Çin İranın regional “qoçuluğu”na və hava qüvvələrinə və donanmaya raketlərin tədarükünün etiraz doğuracağına bələddir. Məsələn, Yəmən husiləri, görünür, Çin gəmi əleyhinə kruiz raketi C-802 (YJ-83 ixrac variantı) ilə Bab əl-Məndəb boğazındakı gəmiləri, o cümlədən Birləşmiş Əmirliyin “Swift” katamaranını hədəfə alıblar.

Tərcümə: Strateq.az