XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 12:25

AZƏRBAYCANDA UNİVERSİTETLƏRDƏ DƏRS İLİ UZADILDI –Detallar

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərar verib.

Strateq.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.

Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək

Məlumata görə, imtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq.

Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün – 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.




Yuxarı Əvvələ Ana Səhifə