XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 06:47

Türk ordusu Suriyaya girir? –Təhlil

Suriyaya havadan müdaxilə gerçək nəticə vermir

Əsəd ordusu son günlərdə strateji məntəqələri qorumaqda aciz görünür. Həm İŞİD, həm də müxalif Fəth ordusu ölkənin quzeyindəki Hələb və İdlib kimi şəhərlərdə olduqca güclüdür. ürdün sərhədindəki Nəsib gömrükxanasının da müxalifətin əlinə keçdiyi bildirilir. Beləliklə, Əsəd rejiminin həm güneydən, həm də quzeydən sıxşdırıldığı göz qabağındadır. Sözügedən ordunun içində əsas ağırlıq Azad Suriya ordusunun üzərinə düşsə də, “Əl-Qaidə”yə bağlı olan “ən-Nusra” və “Əhrar əl-Şam”ın da işin içində olduğu şəksizdir. Müxalif cəbhədə yer alan Suriya milli koalisiyasının rəhbəri Xalidin sözlərinə görə, Əsədin qüvvələri Hələbdə Mərkəzi Bank kimi əhəmiyyətli qurumları tərk ediblər. Hələ dünənə kimi beynəlxalq rəydə Əsədi həllin tərkib hissəsi sayan açıqlamalar verilərkən İdlibdən sonra Suriyanın ürdün sərhədinin müxalifətin əlinə keçməsinin şahidi oluruq. Suriyada artan yoxsulluq və strateji məğlubiyyətlərin müqabilində ciddi mənada yorğunluq özünü göstərməkdədir. Bu mənada Əsədin cəbhəyə göndərməyə əsgər tapmaqda çətinlik çəkdiyi xəbəri yayılır. Bundan başqa, İranın artan nüfuzu il bərabər Əsəd rejiminin daxilində fikir ayrılıqlarının meydana çıxdığı da bildirilir.

Suriyanın qərbindəki Fəth ordusu İdlibdə qələbə çaldıqdan sonra indi Bəşər Əsədin vətəni olan Latakiyaya hücum planlaşdırır. 50-60 min civarında fəal canlı qüvvəsi olan müxalifət indi daha iddialı görünür. Bu mənada Suriyada şəraitin yenidən müxalifətin xeyrinə dəyişdiyini söyləmək mümkündür.

Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Türkiyə bu fikirdədir ki, Suriyadakı duruma sadəcə havadan müdaxilə etməklə gerçək iş görmək mümkün deyil.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Kalın bildirib ki, sözügedən ölkələr Türkiyənin güvənli bölgə təklifinə də isti münasibət bəsləməyə başlayıb.

Rəsminin dediyinə görə, ABŞ və Türkiyə bölgəsəl koalisiya məsələsində eyni mövqedən çıxış edir.

Kalın hesab edir ki, Əsəd rejimi ilə mübarizə ABŞ üçün prioritet təşkil etmir. Bu arada Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi bölgədə strateji bir canlanma da yaratdı.

Kalının sözlərinə görə, əvvəlcədən də düşünüldüyü kimi, Körfəz ölkələri ilə Türkiyə dil tapa bilsə, Əsəd rejiminə qarşı mübarizə aparmaq mümkündür.

Sön günlərin təxmini qənaətinə görə, türk rəsmiləri etiraf etməslər də, Səudiyyə və Qətər Türkiyənin dəstəyi ilə Suriyada müxaliflərə logistik (maddi-texniki-red.) yardım edir.

Suriyadakı durum xeyli müddətdir ki, Qərb dövlətləri tərəfindən açıqca dəstəklənmir. Bəzi dairələr bölgə güclərinin fəal mövqeyinin həssas məqamlara ziyan vuracağını düşünür. Bundan başqa, “Əl-Qaidə”yə bağlı olan “Ən-Nusra” Cəbhəsinin aşkarcasına güclənməsi durumu mürəkkəbləşdirir.

Əsəd rejimi də bu yöndə Türkiyənin İdlib və Cisr əş-Şuqura hücum edən islamçı qruplara atəşlə və logistik dəstəklə yardım etdiyi iddiası ilə BMT-nin Təhlükəsizlik Şurasına şikayət göndərib. Şikayət məktubunda deyilir: “Terrorçu qrupların İdlib və Cisr əş-Şuqura hücumu türk ordusu tərəfindən açılan atəş dəstəyi və logistik dəstək sayəsində mümkün olub”.

Son günlərin məlumatları Suriyadakı dəyişikliklərlə bağlı türk rəsmisinin dediklərini təsdiqləyir. ABŞ-ın xarici siyasətlə ilgilənən məşhur Karnegi Fondu aprelin 24-də “Səudiyyə Ərəbistanı və Türkiyə Suriyaya müdaxiləyəmi hazırlaşır? ” adlı bir məruzə yayınlayıb. Ameriakının “Huffington Post” qəzeti apreldə Türkiyə və Səudiyyə arasında Suriyaya müdaxilə və Əsəd rejimi ilə mübarizə yönündə müxaliflərə dəstək barədə hərbi tədbirlər görüldüyünü iddia etdi Qəzetin yazdığına görə, türk rəsmiləri Obama administrasiyasının bütün diqqətinin İranda cəmləşdiyi və buna görə də bölgəsəl bir koalisiyanın gərək olduğunu vurğulayırlar. İranın bölgədə artan təsiri də Səudiyyənin Yəməndə olduğu kimi ümumən bölgədə də fəallaşmasını şərtləndirmiş oldu.

Beləliklə, “Huffington Post” yazır ki, bir sıra bögəsəl problemlərə münasibətdə indiyədək zidd mövqelər tutmuş Türkiyə və Səudiyyə Ərəbistanı yeni kralın taxta çıxmasından sonra yenə də yaxınlaşma nümayiş etdirir.

Digər tərəfdən, bu arada Türkiyə mətbuatında türk ordusunun ən yaxın günlərdə Suriyaya girəcəyi haqda məlumatlar yayılır. Mayın 2-də “Yeni Şafak” qəzetinə açıqlama verən xarici işlər naziri Mövlud çavuşoğlu bildirib: “Türk və Amerika əsgərlərinin indiki halda Suriyaya girməsi barədə bir qərar qəbul edilməyib”.

“Əsədsiz Suriya” mövzusunda ABŞ-la həmfikirik” deyən baş nazir Davud Əhmədoğlu mayın 9-da ABŞ hərbçiləri ilə birlikdə başlanmış hərbi təlim proqramına qatılan əsgərlərin ehtiyac olduğu halda böhranlı durumlara müdaxilə üçün nəzərdə tutulduğunu vurğulayıb.

“Təhlükəsiz bölgə” anlayışı xüsusən də Suriya hadisələri fonunda son zamanlar xeyli müzakirə olunur. Xarici mətbuatda dalbadal yayılan xəbərlər diqqəti Səudiyyə Ərəbistanının Yəməndən sonra Suriyaya müdaxilə edə biləcəyinə yönəldir. Daha sonra isə Türkiyənin də bu əməliyyatın tərkib hissəsi olacağı haqda bir xeyli iddialar irəli sürülür.

Obama administrasiyasından dəstək aramaq üşün Vaşinqtona səfər edən və dövlət katibi Con Kerri və Pentaqon rəsmiləri ilə görüşən Suriya milli koalisiyasının rəhbəri Xalid müxalifətin hədəflərini açıqlayıb. Xalid Suriyanın çox mühüm bir mərhələdən keçdiyni bildirərək ölkədə təhlükəsiz bölgələr yaratdıqdan sonra Şam şəhərinin mühasirəyə alınacağını vurğulayıb.

Onun sözlərinə görə, Əsəd rejiminin nəzarəti itiridiyi yerlərdə boşluğu İŞİD doldurur. Bunun qabağını almaq üçün “təhlükəsiz bölgələr” təşkil olunmalıdır.

Xalidin “təhlükəsiz bölgələr” konsepsiyasında Azad Suriya Ordusu tərə
findən quruda qoruma təmin edilərkən rejimin təyyarələrini geri oturdacaq hava müdafiə sistemləri də qurulur.

Xalid hesab edir ki, bütün bunlardan sonra onun keçid hökuməti dərhal fəaliyyətə başlaya bilər.

Nezih Onur KURU

Ankara Strategiya İnstitutu, 14.05.2015