XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 15:03

TRAMP KORONİVURUSUN HƏDƏFİNDƏ:"dərin dövlət" ABŞ prezidentini də "yoluxdura" biləcəkmi? - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 13 mart 2020-ci il

 

Lap əvvəldən koronavirusla bağlı yazdıqlarım ortadadır. Bu hadisələrə heç bir zaman “yarasa yedilər, oradan keçdi” və ya “çəyirtkə tullandı, oradan yayıldı” nağılları kimi baxmadım, baxmaram. Əgər belə bir həmlə Çin üzərindən edilirsə, hər zaman olduğundan daha çox diqqət etmək lazımdır.

Vuhanda ortaya çıxan virus tam bayramı gözlədi. On milyonlarla insanın yer dəyişdirdiyi zaman seçildi. Virus bir məqsədə xidmət edirsə, Çin kimi əhalinin çox sıx yaşadığı bir yerdə ortaya çıxmalı idi. Eynilə elə də oldu. Hər bir adam yer dəyişərkən virusun yayılması qatbaqat artırdı. Hadisənin daxildə baş verməsilə birlikdə, dünya üçün də kabus başlayırdı.

İstehsal canavarı olan Çin bütün kapitalist markaların daşıyıcısı idi. Çinə gedən təyyarə, insan və orada baş tutan təmas sayı heç bir ölkəylə müqayisə edilə bilməz. Saysız-hesabsız xarici təmaslar var idi. Yəni, virusun yayılması üçün uyğun şərait vardı.

Bill Qeyts hələ, təqribən, 30 il bundan öncə, gənc təşəbbüsçü olan zaman bir televiziya proqramına çıxır və bu günü anladırdı. Proqramın aparıcısı xoş bir üslubla məzələnirdi. Anladılanlar onu da, insanlığı da aşırdı.

Aparıcı: Bu internet adlandırılan, səs-küy salan şey nədir?

Qeyts: Hər kəsin, hər şirkətin səhifələri olacaq. Hər kəs orada istədiyi informasiyanı tapacaq. Qəribə bir texnologiyadır. Başqalarına elektronik məktublar göndərəcəyik.

Aparıcı: Bundan bir neçə ay öncə beysbol matçının internetdən dinlənə biləcəyini eşitdim. Bu, radio deyilmi?

Qeyts: Arada kiçik bir fərq vardır. Burada radiodakı kimi deyil. Sən istədiyin zaman qulaq asırsan. Yəni, depodadır…

Aparıcı: Qəlyana və avtomobil yarışlarına marağım var. İngilis nəşrinə də abunəçiyəm. Bu platforma onlardan daha yaxşıdır?

Qeyts: Bəli. Sənin kimi qəribə zövqləri olanlarla birbaşa danışacaqsan. İstədiyin informasiyanı əldə edəcəksən. Çox adamla eyni vaxtda…

Yəqin, düşünürsünüz ki, koronavirusla Bill Qeytsin nə əlaqəsi var? Bu məsələni bir az açaq.

İzləyənlər bilirlər: ötən həftələrdə Davos haqqında yazdım. Oraya gələn bir çinli professorun axtarışda olan adam olduğunu yazdım. Hamı onunla görüşmək istəyirdi. Onun üçün bir oteli bağlamışdılar. Vəzifəsinin nə olduğunu bilmirəm, amma çox önəmli idi. Davos da bəhs edəcəyim mövzunun mahiyyətində yer almaqdadır.

Ötən ilin dekabr ayının əvvəlində koronavirus Çində ortaya çıxdı. Ancaq rejim bunu, təqribən, 40 gün sonra açıqladı. Düşündülər ki, öhdəsindən gələ biləcəklər. Bəlkə də nə ilə qarşı-qarşıya qaldıqlarını anlamadılar. Yayıldı və çarəsizlik ortaya çıxdı. Çinpinq, demək olar ki, diz çökdürüldü. Yardım istədi.

Hələ də Çində nə baş verdiyini tam olaraq bilən yoxdur. Çünki artıq hər kəs öz ölkəsiylə maraqlanır. Əməliyyat da elə bunu nəzərdə tuturdu.

Koronavirusun ortaya çıxmasından aylar öncə onun bənzəri vasitəsilə “Event 201” adlı bir simulyasiya keçirilib. Buna təlim də demək olar. Təlim mərkəzi Con Hopkins Universiteti, baş rolun ifaçısı da Dr. Erik Toner olub. Dr. Erik Toner və komandasının üzərində anlaşdığı virusun adı isə CAPS olub. Dr. Erik Toner və komandası Braziliyanı mərkəz seçib. Nə qəribə təsadüfdür ki, virus oradakı bir donuz fermasından yayılıb. Öncə yoxsul səmtlərə, sonra da dünyaya… Çində də virusun yayılma qaynağı olaraq heyvan bazarındakı yarasa göstərildi. Yoxsul səmtlər vasitəsilə də yayıldı.

Bu təlimin ən önəmli özəlliyi CAPS-ın, yəni koronavirusun yerinə qoyulan hissəciyin peyvəndə tam dayanıqlı olması idi. Onun SARS-dan daha ölümcül, qripdən daha asan yoluxan olması qərarlaşdırılmışdı. Dr. Erik Toner və komandası CAPS-a “SARS-ın əmioğlusu” adını vermişdi.

Braziliyadan donuz fermasından yayılan virus təsbit edildikdən 18 ay sonra 65 milyon insanın ölümünə səbəb olmuşdu. Kimsə qarşısını ala bilmirdi. Qarşısını almalı olanlar da almırdı.

Bunlar yaşayaraq öyrənəcəyimiz şeylərdir. Doğrusu, “Takvim” qəzetindən başqa kimsə koronavirus haqqında yazmırdı. Yazdıqlarım da ortadadır. İndi hər kəsin gündəliyi oldu. Təbii, bu, ayrı məsələdir. Mənim lap əvvəldən cavab axtardığım sual isə bu idi: “Koronavirusdan sonra dünayaya necə bir sistem hakim olacaq?” Xəstəliklər, ölümlər, əlbəttə, önəmlidir. Ancaq mən arxadakı ağılın məqsədini anlamağa cəhd edirdim.

Dr. Erik Toner və onun Con Hopkinsdən olan komandası “Event 201” üçün önəmli iş adamlarını da dəvət etmişdilər. Bu nöqtədən sonrası xəstəlikdən, infeksiyadan kənara çıxır. Hadisə gəlib iqtisadi və siyasi sistemə, yəni dünya sisteminə dayanır. 65 milyon insanı öldürən virus birjalarda 40%-lik düşməyə səbəb olur. Turizmi bitirir, nəqliyyatı kəsib atır. Bank sistemini iflic edir. Şirkətləri batırır. Təbii, hansı sektorların ayaqda qalacağına virusun arxasındakı ağıl qərar verir. “Bir ümumdünya problemi varsa, ardınca yeni sistem gələr” prinsipi ilə hərəkət edirlər. Bütün variantlar masa üzərində olmaqla irəlilyirlər.

Ölümlər artınca, banklar içə qapanır, şirkətlər və insanlar banklara hücum edirlər. Təbii, banklar özlərini qorumaq üçün qapılarını divara çevirirlər. Şirkətlər və insanlarla banklar arasında uçurum yaranır. Pul olsa da, ondan istifadə etmək mümkün olmur. Yəni, virus hər bir kəsi vurur. Bankların kassaları pulla dolu olsa da, pulla hərəkət edə bilmirlər. Bankda pulu olan ala bilmir, ala bilmədiyinə görə də xərcləyə bilmir. Sistem kilidlənir. Məhz burada dövrəyə “dərin Amerika”,  Bill Qeyts kimi ağılların olduğu sistem girir. Çağdan irəli keçən şəxslərdən bəhs edirəm. “Dərin Amerika” bütün şirkətləri, bankları masaya oturdur. Onlara gücün kimdə olduğunu bir daha xatırladır. Hər bir kəs “dərin Amerika”nı göstərərək, “Boss sizsiniz” deyir. Doğrusu, istənilən də elə budur. Dövlət dövrəyə girir və sülhü təmin edir. Ancaq deyir ki, yeni sistemin oturuşması üçün 10 il lazımdır. 10 il içində də istədikləri yerdə, istədikləri iqtisadi-siyasi əməliyyatları keçirirlər. Pul da onların istifadəsində olduğu üçün dünyanın idarəçilik pultu onlara, yəni “dərin Amerika”ya keçir. Dünyanın tək hakimi olurlar. BVF, DB kimi sistemlər ya dəyişəcək, ya da yerlərinə yeniləri gələcək. Virusu tapan ağıl hər şeyə, hər kəsə nəzarət etmə gücünə çatacaq.

Komanda pultu “dərin Amerika”ya keçərkən, bir çox yerdə küçə hərəkatları başlayır. Şirkətlər dövlətlər olmadan irəliləyə bilməyəcəklərini anlayırlar. Hər bir özəl şirkət dövlətin dəstəyilə ayaqda qala bilir. Sistem bunu gətirir. Çində virus ortaya çıxan kimi şirkətlərin nə qədər sürətlə hərəkət etdiyinə baxın.

Bu, iqtisadiyyatın 50% kiçilməsini nəzərdə tutan təlimdir. Dünya koronavirus haqqında heç nə bilmədiyi halda, Dr. Erik Toner və komandası Con Hopkinslə birlikdə bunları etdi. Yaxşı, bəs arxada kim var idi? Pulu verən, hədəfi göstərən kim idi? Əlbəttə, Bill Qeyts.

Dəfələrlə yazdım ki, “Dünya özbaşına buraxılmayacaq qədər dəyərlidir”.

İşin maraqlı tərəfi odur ki, Tramp da hədəfdədir. Əgər koronavirus öz prezidentini də apararsa, heç təəccüblənməyin.

Siyasi nəticələrini də sabah yazarıq. Anlaşılan odur ki, hələ yeni başlayıblar…

Qeyd: Bu, bir təlimdir. Əlbəttə, elədir. Amma virus infeksiyasının yayılmasından öncə virusu tapmaq, təsir və nəticələrini müəyyən etmək maraqlı deyilmi? Ümid edirəm ki, bu, sadəcə təlimdir…

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə