XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 20:39

PUTİNİN SON QAMBİTİ:Leninin doğum günündə keçiriləcək referendum ruslara nə vəd edir? - TƏHLİL

Andrey Kolesnikov

“Project Syndicate”, 13.03.2020

 

Rusiya parlamentinin yeni qəbul etdiyi qanun sayəsində Vladimir Putin 83 yaşına çatdıqda belə, 2036-cı ilə qədər prezident olaraq qalmağa hazırlaşır. O, hətta 1970-ci illərdə Çinin Den Syaopin modelində “baş lider” statusunu da qazana bilər. Ancaq heç kim Den tərzində islahatlar və ya Putindən modernləşdirmə gözləməməlidir.

Ardıcıl iki müddətli Konstitusiya məhdudiyyətinə uyğun olaraq vəzifədən getməli olduqda, prezidentliyinin 2024-cü ildən sonrakı dövrünü uzatmaq üçün Putinin bir mexanizm tapacağına heç bir şübhə yox idi.

Bundan əvvəl Putinin Rusiya və Belarusun birləşməsindən yaranan yeni bir ölkənin prezidenti olmaqla, qaydaları poza biləcəyinə dair fərziyyələr vardı. Lakin Belarusla daha yaxın birliyin yaradılması hələ də mümkün olsa da, onun “qartımış” prezidenti Aleksandr Lukaşenko sadəcə Rusiya vilayətinin sıradan bir qubernatoru olmaq istəmir. Lukaşenko diktator ola bilər, amma o, Belarus dövləti qurmaq üçün onilliklər boyu səy göstərib.

Başqa bir ehtimal, Putinin Dövlət Şurasının səlahiyyətlərini artırması və sonra onun daimi sədri olacağı və bununla da Millətin Atasının (daha doğrusu, Babasının) rolunu icra etməsi idi. Lakin bu model prezident vəzifəsi tutan şəxslə əbədi münaqişələr yarada bilər.

Konstitusiya müddəti məhdudluğunu ləğv etməklə, yeni qanun daha sadə həll təklif edir. Əmin olmaq üçün indi düzəliş Rusiyanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir, daha sonra refendumla. Lakin Putinin həm məhkəməni, həm də səsvermə qutusunu nəzarətdə saxlaması ilə müsbət nəticə qaçılmazdır.

Aprelin 22-nə təyin olunan referendum Putini ölkəni məhdudiyyətsiz idarə edən postsovet satrapları klubuna daxil edəcək. Keçmiş prezident Nursultan Nazarbayev Millətin Atası adıyla Qazaxıstanı idarə etdiyi kimi. Özbəkistanda, Tacikistanda, Türkmənistanda və Belarusda da belədir.

Rusiyada Konstitusiya dəyişiklikləri ilə bağlı referendum Putinin prezidentlik müddətinin uzadılması ilə bağlı plebisitə çevrilib. Buna baxmayaraq, Putin planının 10 Martda elan edilməsi gözlənilməz olub.

Maraqlıdır ki, bu məsələ Rusiyanın neft hasilatını məhdudlaşdırmaq üçün OPEC-lə razılaşmadan çıxmasıyla eyni vaxta təsadüf edib. Rusiyanın OPEC-lə sazişdən imtinası neftin qiymətinin kəskin enməsinə səbəb olub, amma Putinin Konstitusiya hiylələri ölkəni daxili sosial və iqtisadi problemlərdən yayındırmağı nəzərdə tutur.

Putin öz qayda-qanunlarını uzatmaqla yanaşı, illik pensiyaların indeksləşdirilməsini tətbiq etmək də daxil olmaqla, sosial təminatları genişləndirmək üçün Konstitusiya dəyişikliklərini təklif edib. Ortastatistik rus seçicisi üçün verilən mesaj sosio-siyasi sifarişdir.

Rusiya siyasi iqtisadiyyatının viran qoyulması davam edəcək: dövlət qazancının bir hissəsini siyasi sədaqət əldə etmək üçün istifadə edərkən, iqtisadiyyatdan daha çox pul çıxaracaq. Putinin fikrincə, bu düzgündür, çünki potensial qeyri-sabitliyə imkan verməzdən əvvəl, dövlət bədəninə daha çox piy yığmalıdır.

Deməyə ehtiyac yoxdur, Putinin son qambiti avtoritarizmi ikiqt artır. Beləliklə, o həm də rusların Tanrıya inamını təsdiqləyən və evliliyi yalnız kişi və qadın arasındakı birlik kimi müəyyənləşdirən Konstitusiya düzəlişlərini möhkəmlədir.

O, Qərbin Rusiyanın şanlı tarixinə hücumlarına xüsusən hərbi güclə cavab verəcəyini bəyan edib. Putin rusların yalnız ölkənin yenidən qüdrətli olcağına inanmasını istəyir: daha güclü iqtisadi inkişaf Rusiyanın ənənəvi dəyərləri və milli suverenliyini qorumaq üçün güclü, çalışqan bir liderə sahib olduğu təqdirdə gözlənilə bilər.

Ruslar Putini və onun əbədi prezidentliyini dəstəkləyirlərmi?

Əslində, müstəqil Levada Mərkəzinin keçirdiyi sorğulara görə, əhalinin yalnız 13% -i ümumiyyətlə siyasi məsələlərə çox maraq göstərir. Zəif valyutanın, durğun iqtisadi böyümənin və real aşağı (inflyasiya ilə tənzimlənən) gəlirlər buna yeganə səbəb deyil. Ruslar rəsmi qərarların qəbuluna təsir göstərə bilmədiklərini başa düşürlər, buna görə də, bir çoxları sadəcə qanunlara tabe olan bir vətəndaş kimi seçkiyə qatılırlar.

Bundan əlavə, rəyi soruşulanların 39% -i hakimiyyətdə olanların öz imtiyazlarından ikiəlli yapışmasından şikayətlənsə də, Rusiya liderlərinin ölkənin maraqlarını düşündüyü fikrində olan respondentlərin nisbəti 2013-cü ildən bəri 10% -dən təxminən 30% -ə qədər artıb. Rəyi soruşulanların 27% -i dövlət menecerlərinin sadəcə savadlı texnokratlar olduğu rəyindədir.

Rus elitasına gəldikdə, müxtəlif oliqarx klanları güclü şəkildə rəqabət apara bilər, amma hamısı bilir ki, yalnız diktatorun kölgəsində mövcudluqları mümkündür. Sədaqət müqabilində Putin onların korrupsiyaçılığını bağışlayır və hamı sistemin girovudur. Səhv bir addım əvvəllər bəraət verilmiş korrupsiya əməllərinə görə həbs cəzasına səbəb ola bilər.

Bu siyasi arxaik və iqtisadi cəhətdən səmərəsiz sistem kütləvi laqeydlikdən xilas olmalıdır. Nəzəri olaraq, status-kvo sarsıla bilər. COVID-19 pandemiyası kimi bir qlobal hadisə ilə. Ruslar səbrini itirə bilər, amma indiyə qədər ölkə illərlə Putinin altında yaşamağa məhkum olmuş görünür.

Lakin ruslar Stalin və Leonid Brejnevdən tutmuş Yuri Andropov və Mixail Qorbaçova qədərki dəyişiklikləri unutmayıblar. Dəyişən simalar sistemə də dəyişikliklər gətirir və heç kim əbədi deyil.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə