XƏBƏR LENTİ

10 Aprel 2020
09 Aprel 2020

Digər Xəbərlər

17 Mart 2020 - 12:03

KORONAVİRUS:Yaxın Şərqdə pandemiyaya qarşı hansı tədbirlər görülür?

“Middle East Eye”, 16.03.2020

 

Dünyanın əksər ölkələri kimi Yaxın Şərq və Şimali Afrika ölkələri koronavirusunun yayılmasının qarşısını almaq üçün mübarizə apararaq səyahətə, habelə işgüzar və ictimai toplantılara məhdudiyyətlər qoyur.

Rəsmən COVID-19 olaraq bilinən xəstəlik ötən ilin dekabr ayında Çində meydana gəlib. Dünya Səhiyyə Təşkilatının (DST) son hesabatında onun Çində 81.048 insana yoluxduğu və 3.204 nəfərin öldüyü bildirilib.

DST-nin ən son rəqəmlərinə görə, ümumən 153.517 təsdiqlənmiş koronavirus və 5.735 təsdiqlənmiş ölüm hadisəsi var.

Hər iki məlumat dəsti günbəgün şişir.

Yaxın Şərqdə İran ən ağır şəkildə zərər görüb, 12 minlə 15.000 arasında təsdiqlənmiş yoluxma hadisəsi var və 800-dən çox adam ölüb. ABŞ-ın sanksiyaları İrandakı vəziyyəti ağırlaşdırıb.

COVID-19 SARS və ya MERS kimi oxşar viruslara nisbətən daha geniş və asan yayılıb.

Yaxın Şərqdə virusun qarşısını almaq təşəbbüslərinə nəzər yetirək.

 

Əlcəzair (37 hadisə, 3 ölü)

Fransa ilə bütün hava və dəniz əlaqələri dayandırılıb.

İqtisadi, mədəni, idman və siyasi toplantılar təxirə salınıb.

 

Bəhreyn (211 hadisə, 1 ölü)

İzolyasiya tədbirlərinə əməl olunmamasına görə 3 aya qədər həbs və 10 min Bəhreyn dinarı (32.000 dollar) qədər cərimə ilə cəzalandırma.

Vətəndaşların İrana səfərinə qadağa.

Yüzlərlə məhkumun əfv olunması.

 

Misir (93 hadisə)

31 Marta qədər bütün hava trafikinin dayandırılması.

Məktəb və universitetlərin qapadılması.

Qədim Luksor şəhərindəki abidələr, mədəniyyət tədbirləri və hava şarı gəzintilərinin ləğv edilməsi.

İctimai sektor işçilərinin sayının azaldılması.

 

Qəzza (statistika yoxdur)

Bütün sərhəd keçidləri bağlanıb.

 

İran (12.729 hadisə, 608 ölü)

Təhlükəsizlik qüvvələri tərəfindən ölkə daxilində küçələrin təmizlənməsi əmri ilə “evdə oturma”.

Bağlı mağazalar və müəssisələr.

Qapalı məktəblər və universitetlər.

Xəstəliyə qarşı mübarizə üçün Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar kredit istənib.

İraq (93 hadisə, 9 ölü)

İranla sərhəd bağlanıb və İrana uçuşlar dayandırılıb.

 

İsrail (178 hadisə)

Xaricdən qayıdan bütün vətəndaşlar karantindən keçir.

 

İordaniya (1 hal)

Sərnişin reyslərinə qadağa qoyulub.

Bütün ictimai toplantılara yasaq edilib.

Vətəndaşlara evdə qalmaq çağırışı.

 

Küveyt (112 hal)

Sərhədlər qapadılıb

 

Livan (93 hadisə, 3 ölü)

Vətəndaşlara təcili zərurətlərdən başqa evlərini tərk etməmə tapşırılıb

 

Liviya (heç bir məlumat yoxdur)

Heç bir məhdudiyyət yoxdur.

 

Mavritaniya (1 hal)

Heç bir məhdudiyyət elan olunmayıb.

 

Mərakeş (18 hadisə, 1 ölü)

Avropa ölkələri, Əlcəzair və Çinlə hava, dəniz və quru əlaqələri dayandırılıb.

Bütün beynəlxalq ticarət uçuşları “daha sonra bildiriş alınana qədər” təxirə salınıb.

Bütün futbol matçları və idman tədbirləri də.

Habelə bütün məktəb və universitetləri bağlanıb.

 

İşğal altındakı Qərbi Şəriyyə (38 hadisə)

Məscidlərdə və kilsələrdə təxirə salınan ibadətlər.

Beytləhm Doğum Kilsəsi də daxil olmaqla, şəhərlərə gələn turistlərin girişinə qadağa qoyulub.

Məktəblər və universitetlərin qapıları kilidlənib.

Vətəndaşlara evdə qalmaq çağırışı edilib.

 

Oman (20 hal)

Heç bir məhdudiyyət yoxdur.

Oman Neft və Enerji Sərgisi (OPES) təxirə salınıb.

 

Qətər (337 hadisə)

Məktəblər və universitetlər bağlanıb.

İdman salonları və kinoteatrlar da.

MotoGP də daxil olmaqla, bir çox ictimai tədbir ləğv edilib.

Hava limanına gələn sərnişinlər üçün giriş qadağan olunub.

Hazırda İtaliya, Fransa, İspaniya və Almaniyadan olan səyahətçilər üçün ölkəyə giriş yoxdur.

Dohada ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

Səudiyyə Ərəbistanı (133 hal)

Bütün beynəlxalq reyslər təxirə salınıb.

Sağlamlıq, təhlükəsizlik və hərbi sahələr istisna olmaqla, hökumət işlərini dayandırıb.

Bütün işçilərə 16 gün evdə qalmaq əmr olunub.

Qapalı məktəblər və universitetlər.

Supermarketlər, apteklər və ərzaq tədarükü şirkətləri açıq qalır.

Krallığın koronavirus hadisələrinin çox olduğu Qatif əyaləti karantindədir.

Məkkə və Mədinəyə ümrə həcci təxirə salınıb.

 

Sudan (1 hadisə, 1 ölü)

İctimai tədbirlərə qadağa qoyulub.

8 ölkədən səyahətə yasaq var: Cənubi Koreya, Çin, Yaponiya, İtaliya, İran, İspaniya, Misir və Fransa.

Misirlə hər üç sərhəd keçid məntəqəsini bağlanıb.

Beynəlxalq uçuşların sayı məhdudlaşdırılıb.

 

Tunis (24 hal)

Bütün beynəlxalq uçuşlar təxirə salınıb.

Restoran, kafe və barlar yerli vaxtla 04:00-dan sonra bağlanır.

Dövlət işçiləri üçün 5 saatlıq iş günü.

Supermarketlər və apteklər açıq qalır.

 

Türkiyə (47 hadisə)

6 ölkədən uçuşlara qadağa qoyulub: İngiltərə, BƏƏ, Misir, İrlandiya, Səudiyyə Ərəbistanı və İsveçrə.

Cümə namazı da daxil olmaqla, bütün camaat ibadəti ləğv edilib, lakin məscidlər və kilsələr fərdi ibadət üçün açıq qalır.

Məktəblər və kolleclər bağlanıb.

Həmçimin, barlar və digər qapalı əyləncə məkanları, o cümlədən gecə klubları, kinoteatrlar, kafelər, türk hamamları və s.

 

BƏƏ (85 hal)

İran və Taylanda səyahət qadağan edilib.

BƏƏ-nin paytaxtında əyləncə parkları və muzeylər qapalıdır.

Velosiped turniri ləğv edilib.

“Etihad Airways”-in Roma və Milana uçuşları dayandırılıb.

 

Yəmən (heç bir məlumat yoxdur)

BMT tərəfindən tanınan hökumətin yerləşdiyi Səna’ya uçuşlar dayandırılıb.

Husilərin nəzarət etdikləri ərazilərdə məktəblər bağlanıb.

Tərcümə: Strateq.az