XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

23 Mart 2020 - 11:02

ABŞ-da ordu və milli qvardiya böyük şəhərlərə girdi –TRAMP İSTƏNİLƏN AN FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDƏ BİLƏR

“Əl-Cəzirə”, 23.03.2020

ABŞ indi Koronavirusun yayılmasına görə üçüncü yerdədir. Ərəb dünyasında Səudiyyə Ərəbistanı kralı epidemiyanın yayılmasını məhdudlaşdırmaq üçün komendant saatı elan edib, Suriya isə ilk infeksiyaya yoluxma qeydə alınıb.

Bir çox mənbədən əldə edilən son məlumatlara görə, COVID-19-a dair qlobal miqyasda 300 mindən çox yoluxma halı var, ölənlərin sayı isə 13 mini ötüb.

Son saatlar ərzində Koronavirusunun yayılması ilə əlaqədar ən vacib hadisələr bunlardır:

 

ABŞ

Con Hopkins Universitetinin məlumatına görə, virusdan ölənlərin sayı 416 nəfərə yüksəlib, müsbət testlərin ümumi sayı isə 33 mini keçib.

ABŞ infeksiyaya yoluxma statistikasına görə Çinİtaliyadan sonra üçüncü yeri tutur.

Prezident Donald Tramp milli qvardiyanın Nyu-York, Kaliforniya və Vaşinqton ştatlarında virusun yayılmasını ehtiva edən təcili tədbirlər həyata keçirmək üçün yerləşdirildiyini, Müdafiə Nazirliyi isə kollektiv karantin tədbirlərini həyata keçirmək üçün bütün ştatlarda 7 mindən çox milli qvardiyaçının səfərbər olunduğunu elan edib.

Nyu-York bələdiyyəsinin başçısı Bill de Palasio, 1930-cu illərdə meydana gələn iqtisadi böhrana istinad edərək deyib: “Böyük Depressiyadan bəri ən böyük daxili böhran olacaq”. O əlavə edib ki, bu, “bizi Amerika ordusunun tam səfərbər etməyə vadar edir” və “ən pis vəziyyət hələ yetişməyib”.

Son tədbirlərə əsasən, Nyu-York, Kaliforniya, İllinoys, Konnektikut və Nyu-Cersidən başqa, Luiziana və Ohayo ştatalrında da Bazar günü komendant saatı elan edildiyindən, bütün amerikalıların üçdə birinə evdə qalmaq əmri verilib.

Böhran hadisələri ilə əlaqədar son mətbuat konfransında Tramp Çin prezidenti Si Zinpinlə Koronavirus haqqında danışdığını və Çindən “bir az narazı qaldığını” söyləyib.

Tramp Şənbə günü Çinin virus haqqında əvvəlcədən məlumat vermədiyini iddia edib.

Bu arada, senator Rand Pol, testlərin nəticəsinə görə, virusa yoluxmuş ilk ABŞ senatoru olub.

İtaliya

Bazar günü hökumət 651 yeni hadisə qeydə alındıqdan sonra koronada ölənlərin sayının təxminən 5.5 minə qədər artdığını açıqlayıb. Nəticədə, İtaliya ölümlərin sayına görə dünyada birinci yerdədir, halbuki onun torpaqlarında infeksiyaya yoluxanların sayı 53 min nəfəri ötmür.

İtaliyanın baş naziri, əsas xidmətlər istisna olmaqla, şirkətlərin bağlanması və ölkədə bütün məhsuldar fəaliyyətin dayandırılması üçün bir sıra əlavə tədbirlər görüldüyünü elan edib. Səhiyyə, qida və nəqliyyat, poçt və bank xidmətləri kimi ictimai xidmətlər davam etdiriləcək.

Dünya Səhiyyə Təşkilatı İtaliyanın “Korona” hadisəsinin mərkəzi olaraq qəbul edilməsi və Avropada qorxunun hökm sürdüyünü bildirib.

 

Səudiyyə Ərəbistanı

Rəsmi media kral Salman bin Əbdüləzizin Koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün 21 gün müddətində Bazar ertəsi axşamından başlayaraq axşam saat 7 ilə səhər 6 arasında komendant saatı tətbiqi əmri verdiyini açıqlayıb.

 

BƏƏ

BƏƏ Mülki Aviasiya Təşkilatı dünən axşam, Bazar günü önləyici tədbirləri çərçivəsində BƏƏ-yə reyslərin, o cümlədən tranzit uçuşların 2 həftə müddətinə dayandırıldığını elan edib.

Səhiyyə Nazirliyi Bazar günü, ticarət mərkəzləri və apteklər istisna olmaqla, bütün satış obyektlərinin və açıq bazarların 2 həftə müddətinə bağlanmasına qərar verib. Restoranların fəaliyyətini çatdırılma xidmətləri ilə məhdudlaşdırılması da qərara alınıb.

 

Suriya

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Şamda Koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. Açıqlamada “Suriyada koronavirusun ilk hadisəsinin ölkə xaricindən gələn bir adamda qeydə alındığı”, “bununla əlaqədar lazımi tədbirlərin görüldüyü” bildirilib.

 

Mavritaniya

Mavritaniya sərhədlərini tamamilə bağlayıb.

Mərakeş

Hökumət “Korona”nın yayılmasının qarşısını almaq üçün Cümə günündən etibarən aprelin 20-dək qadağa rejimi tətbiq edib.

 

Əlcəzair

17 əyalətdə infeksiya qeydə aldıqdan sonra Səhiyyə Nazirliyi xəstə sayının 201 nəfərə yüksəldiyini və epidemiya mərhələsinə qədəm qoyduğunu açıqlayıb.

Epidemiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə gəlincə, səhiyyə naziri Əbdülrəhman Bin Buzid yalnız prezidentin hərtərəfli karantin elan etmə səlahiyyətinə sahib olduğunu söyləyib.

 

Tunis

Tunis hökuməti 15 yeni hal aşkarlandıqdan sonra virusdan ölənlərin sayının üçə, infeksiyaya yoluxmanın 75 nəfərə qədər artdığını açıqlayıb.

 

Misir

Prezident Sisi Bazar günü ölkədə, bu məsələyə ciddi yanaşılmadığı təqdirdə, Koronavirusa yoluxanların sayının bir neçə gün ərzində minlərlə nəfərə çata biləcəyini xəbərdar edib. Misirliləri dövlətə kömək etməyə çağıran Sisi epidemiya ilə mübarizə üçün 100 milyard funt ayrıldığını açıqlayıb.

Bu arada rəsmi KİV-lər Misir ordusunun yüksək səviyyəli bir zabitinin virusa yoluxmaqdan öldüyünü yazıb. Ölən şəxs general Xalid Şaltutun övladıdır.

Bazar günü axşam Səhiyyə Nazirliyi 33 yeni xəstəlik və 4 ölüm hadisəsinin qeydə alındığını açıqlayıb. Beləliklə, ölü sayı 14-ə çatmaqla, 327 yoluxma hadisəsi var.

Tərcümə: Strateq.az