XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 21:32

Bakını “yeni SSRİ”də gözləyirlər:Hələlik Moskva ümidini ikitərəfli əlaqəyə bağlayıb

avro

 

Azərbaycan yaxın illərdə Avrasiya İqtisadi İttifaqına qoşulmayacaq.

 

Strateq.az bildirir ki, bu fikiri dünən “Rossiya seqodnya” İnformasiya Agentliyinin keçirdiyi “Moskva – Sankt – Peterburq – Bakı” videokörpüsündə iştirak edən ekspertlər bildiriblər.

Rusiyalı ekspertlərin fikrincə, Bakı üçün neftin ucuzlaşması şərtləri daxilində Rusiya və Avrasiya İttifaqının digər üzvləri ilə daha çox ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirmək vacibdir. Bu isə gələcəkdə Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün əsas ola bilər.

 

Avrasiya İttifaqının alternativsiz bazarı

 

Avrasiya İnkişaf Bankının inteqrasiya tədqiqatları Mərkəzinin direktoru Yevgeni Vinokurov qeyd edib ki, hazırda iki ölkənin investisiya potensialından tam istifadə olunmayıb: “Azərbaycandakı Rusiya investisiyasının həcmi 1,4 milyard dollardır. Bunun 98 faizini neft təşkil edir. Azərbaycanın Rusiyadakı investisiyasının həcmi isə 60 milyon dolları ötmür. Bunu tikinti materialları və aqro məhsullar təşkil edir”.

Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşmasından əziyyət çəkən ölkələr ikitərəfli və çoxtərəfli iqtisadi-ticarət əlaqələrini möhkəmləndirməlidir.  

“Hesab edirəm ki, Rusiya və İttifaqın digər bazarları Azərbaycan üçün nəhəng, optimal, alternativsiz bazarlardır”, – deyən ekspertin sözlərinə görə, hazırda Azərbaycanın Avrasiya İttifaqına üzvlüyündən söhbət getmir. İndi aktual olan ikitərəfli iqtisadi əlaqələrdir.

 

avro esas

 

Heç vaxt "heç vaxt" demə

 

Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Aleksey Kuznetsov bildirib ki, Rusiya postsovet məkanında inteqrasiyanın siyasi formatına daha çox üstünlük verib. İnteqrasiyanın inkişafı isə iqtisadi maraqların yoxluğu üzündən diqqətdən kənarda qalıb. “İndi böhrandır. Nə qədər paradoksal olsa da, indi dinamik əlaqələr qurmaq üçün daha yaxşı zamandır”, – deyə analitik bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə mövzunu hələlik qabartmağa ehtiyac yoxdur. Hazırda ikitərəfli əlaqələr daha vacibdir.

Azərbaycanlı politoloq Fikrət Sadıqov isə deyib ki, üzvlük məsələsinin həllini geopolitik faktorlara buraxmaq lazımdır.

“Heç vaxt "heç vaxt" demə. Bu fraza Azərbaycana da aiddir. Fikrimcə, yaxın zamanlarda Azərbaycan bu ittifaqın üzvü olmayacaq. Hər halda həmişə situasiya və geopolitika bu vəya digər ölkəni müəyyən ittifaqa, bloka və alyansa üzv olmaq barədə qərar verməyə vadar edir”, -deyə ekspert vurğulayıb.

Avrasiya İqtisadi İttifaqı postsovet ölkələrinin birliyindən yaranıb. Rusiya, Qazaxstan və Belarusun yaratdığı bu birliyi bir çox hallarda “yeni SSRİ” adlandırırlar. Vahid Gömrük İttifaqı ilə iqtisadi bağlarını birləşdirən bu birlik 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb. Ötən il Ermənistan və Qırğızıstan birliyə qoşulub.

Azərbaycan Avrasiya İttifaqına daxil olmaqdan imtina edib.

X. SƏFƏROĞLU

 

avrasiyaa

 


 




Yuxarı Əvvələ Ana Səhifə