XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2020 - 17:43

KORONAVİRUSLA QURULAN YENİ İQTİSADİ SİSTEM NECƏ OLACAQ? –Tramp qalib gəlsə, hər ölkənin pulunun miqdarını da ABŞ müəyyənləşdirəcək - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 25 mart 2020-ci il

 

Elə qaldığımız yerdən davam edək. Gedən savaşın ana vətəni ABŞ-dır. Bu, dəqiqdir. Bir az puldan anlayan, bir az siyasətlə tanış olan hər kəsin həmfikir olduğu nöqtə Vaşinqtonda fırtına qopmasıdır.

“ABŞ içində gedən mübarizəni Qərb paytaxtlarında görürük” deyərək, dəfələrlə yazdım. Orada gedən döyüş, savaş, mübarizə hər yerə siyarət etdi. Kimsə bundan qaça bilməz. Koronavirusun yayılması gizli gedən savaşın bizə görünən üzüdür. Virusun haradan çıxmasının heç bir önəmi yoxdur. Nəticədə nə olacağını düşünməliyik. Kimin kiminlə savaşdığını anlamalıyıq. İllərdir ailələr və “dərin Amerika” haqqında yazıram.

ABŞ xəzinəsinin önəmli şəxslərindən olan Pol Kreyq Roberts də bizimlə eyni fikirdədir. Yəqin ki, ABŞ xəzinəsini idarə edən şəxsi ciddiyə alarıq.

Pol Kreyq Roberts çox sayda adamın iqtisadi məsələlərlə bağlı qapısını çaldığı şəxsdir. O, yeni dünya nizamının parametrlərini açıq şəkildə çatdırmağa başladı. Dr. Pol Kreyq Roberts açıqca bunları söylədi: “Ən yuxarıdakı şəxslər Prezident Trampı Ağ Evdən yola salmaq üçün hər bir yolu yoxlayacaqlar. Əgər Prezident Trampı devirə bilməyəcəklərini anlayarlarsa, onu çökdürmək üçün üstünə gələcəklər. Seçkidən öncə böyük bir hücumla, əməliyyatla gəlib amerikanların Trampı ittiham etməsinə səbəb olacaq yeni aksiya keçirəcəklər. Burada hücum edən, əslində, FES (Federal Ehtiyat Sistemi – tərc.) olacaqdır. FES iqtisadiyyatı bitirmək, dibə vurmasını təmin etmək üçün Nyu York banklarına əl atacaq. Heç tanımadığımız, ortada görünməyən, buludların üstündəki şəxslər əllərindəki “nüvə gücü”ndən, yəni puldan istifadə edəcək. Beləliklə, Nyu York banklarının gücünü azaldacaqlar. Nyu York banklarındakı pensiya, sığorta və investisiya fondlarını iflas etdirəcəklər. Trampdan qurtulmaq üçün bu kozırdan istifadə edəcəklər”.

Buralarda fikirlərin qarışıq olduğunu bilirəm. Bu adamları “demokrat” və ya “respublikaçı” olaraq ayırmaq mümkün deyildir. Onlar bu siniflərdən çox yuxarıdadırlar. Siz belə baxın. Onlar özlərini seçilmiş insan olaraq görürlər. Heç birinin “demokrat” və ya “respublikaçı”olmaq kimi, bir dərdi yoxdur. Onlar üçün önəmli olan gücdür.

Tramp amerikalılar tərəfindən seçildi. Hillari isə elitanın dəstəklədiyi namizəd idi. Yəni, elitanın namizədinə qarşı çıxanlar Trampı seçdi. İndi Tramp seçilmişlərə qarşı qərarlar alır. Onların maliyyə sistemini yıxmaq üçün addım atır. Bu səbəblə mütləq onu endirməlidirlər. Hədəfləri budur.

Roberts ABŞ-da gedən prosesləri anladarkən nöqtəni belə qoyur: “Amerikan xalqı bunları görməyib tələyə düşərsə, dünyaya gəlmiş ən axmaq insanlar olaraq tarixə düşəcəklər və Trampdan sonra çəkəcəkləri hər bir ağrını haqq edəcəklər. Bu, ABŞ-ın sonu olacaq…”

Davam edək… Bir müddət öncə biri çıxıb “Bir virus bütün dünyanı iflic edəcək. İnsanları evinə qapadacaq. İqtisadiyyat durma nöqtəsinə gələcək” desəydi, kim inanardı? Heç kim.

Çox ağıllı, sözükeçən şəxslərin dediklərinə baxılarsa, artıq qlobal infeksiyaları çox görəcəyimiz aydın olar. Bu, gələcəyin ilk günüdür. Bəlkə də yeni infeksiyalar yayıldıqda xərçəng xəstələri həyatlarını itirəcəklər. Bəlkə də hipertoniya xəstələri öləcək. Hamısının testi keçirilir. Hər bir virusun təsir sahəsi məlumdur. Bəlkə də koronavirus pandemiyasından sonra neçə nəfərin öləcəyi də planlaşdırılıbdır.

Yeni dünyaya hazır olmayanlar üçün çox çətin olacaq. Bizi çətinə salan da budur. Çünki nələrin olacağını bilmirik.

Ötən yazımda Trampın toqquşduğu, savaşdığı FES və arxasındakı ailələr haqqında yazmışdım. Savaş “dərin Amerika” ilə FES və ailələr arasında gedir.

Tramp istədiyi sistemdən aydın şəkildə söz etməsə də, bunun NESARA olduğunu yazdım. Harvi Frensis Barnardın NESARA-sının yanında bir də GESARA vardır. Ancaq GESARA çox gizlidir. İndi GESARA ABŞ-ın xaricində olan pulun yönləndirilməsi üçün önəmlidir. Pulun işləyişi, sistemdə necə yer alacağı GESARA-ya əsasən düşünülüb. İndiki sistemdə 10 dolların transferi belə görünür. Ekrandan görmək heç də çətin deyildir. Təqib altındadır.

GESARA, avro sisteminə bağlı olan mərkəzi banklar, yəni Avropa Mərkəzi Banklar Sistemi (European System of Central Banks) üçün çox önəmlidir. Bu, 27 ölkənin mərkəzi bankının bağlı olduğu sistemdir. GESARA-da bu sistem içində olan ölkələr olmayacaq. Proqnozlaşdırılan budur.

Qəribədir, koronavirusun ən çox vurduğu bölgə Avropadır və yeni iqtisadi sistemdə bu 27 ölkənin olması istənilmir. Çünki Avropa Birliyinin dağılacağı proqnozlaşdırılır. Koronavirus bu işi gördü belə… Ən azı, başlatdı. Almaniya İtaliyanı, İspaniya Fransanı tanımır. Hər kəs öz dərdinə düşüb. Kimsə başqasına yardıma getmir. Qapısını çalmır.

AB dağılan kimi, məsələn, Fransa öz pulunu çıxarmağa məcbur olacaq. Digərləri də həmçinin… Ancaq bu səlahiyyəti özbaşına verə bilməyəcəkləri üçün GESARA ilə qarşı-qarşıya qalacaqlar. O halda, çıxaracaqları milli valyutaların qarşılığını necə göstərəcəklər? Məsələ budur.

Bəziləri pul kəsmək üçün qızılın qarşılıq olacağını göstərir. ABŞ, GESARA-ya görə, yeraltında olan önəmli bir metalın pulun ekvivalenti olacağına inanır. Planları budur. İndi dünyanın taleyini müəyyən edən dolların qarşılığı yoxdur. FES istədiyi qədər pul kəsir.

Açıqlanan son rəqəmlərə görə, 195 ölkədə koronavirus yayılıb. Koronavirusun yeni iqtisadi sistem üçün yaradıldığı və NESARA ilə tanış olduqdan sonra GESARA ilə tanış olacağımız proqnozlaşdırılır.

İqtisadçı Pol Kruqman yaxınlarda dünyanın yeni iqtisadi sistemlə tanış olacağını söyləyir. O, bu sistemin bugünədək məlum olanlarla əlaqəsinin olmadığına və buna uyğunlaşmanın çox da asan olmayacağına inanır.

Pol Kruqman bu sistemə inanmasa da, Trampın bu sistemi qurmaq istədiyinə işarət edir. O, açıq şəkildə söyləməsə də, NESARA və GESARA-nın təhlükəli və olmamalı olduğuna inanır.

Əks fikirdə olanlar isə “Koronavirus ortaya çıxdısa, bundan sonrakı iqtisadi sistemin gəlməsi qaçınılmazdır” deyirlər.

Əgər Tramp və arxasındakı güc qalib gələrsə, yeni sistemdə ABŞ hər bir ölkənin istifadə edəcəyi pulun miqdarını da müəyyən edəcəkdir. Çünki ticarət də bu sistemin içində olacağı üçün bir ölkə başqa bir ölkəyə göndərəcəyi mallara görə ABŞ-ın “təsdiq”ini almalı olacaq.

Bu, çox utopik görünsə də, nəzərə alınmalıdır ki, dünənədək bir virusun dünyaya bu qədər təsir edəcəyi də inandırıcı görünmürdü. Koronavirus yeni dünyanın ilk siqnalıdır.

Əsas məsələ pulu kimin idarə edəcəyidir. Savaş bunun  üstündədir. Tramp və arxasındakı güc qalib gələrsə, tarixin ən böyük təmizliyini aparacaq. Uduzarsa, silinəcəkdir.

Unutmayın, bu adamlar yalnız pulu anlar. Yerdə qalanı boş sözdür…

Tərcümə Strateq.az-ındır