XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 19:00

DAĞLIQ QARABAĞDAKI “SEÇKİ”DƏ İKİNCİ TUR MÜƏMMASI:koronavirus Paşinyan, yoxsa Köçəryan tərəfdarlarına kömək edəcək? - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 02 aprel 2020-ci il

 

Beləliklə, Artsax (Dağlıq Qarabağın adı mətndə belə gedir – tərc.) MSK-sı 31 martda keçirilən (beynəlxalq birlik tərəfindən tanınmayan – tərc.) seçkilərin ilkin nəticələrini açıqlayıb.

Bu nəticələrə görə, seçkinin liderləri (qondarma “DQR”-in – tərc.) sabiq baş nazir Araik Arutyunyan və Xarici işlər naziri Masis Mailyandır.

Rəsmi yekun nəticələr elan olunmasa da, demək olar ki, prezident seçkilərinin ikinci turu olacaq.

Ümumiyyətlə, Artsaxda ikinci turun olacağına yetərli dərəcədə yüksək ehtimalla baxılırdı. Və ikinci tura çıxacaq namizədlər olaraq da məhz bu iki şəxs görülürdü.

Əgər söhbət ikinci turdan gedirsə, burada koronavirusla bağlı vəziyyətin necə olacağı, əlbəttə, əhəmiyyətlidir. Birinci turun keçirilməsi seçkilərin təxirə salınması çağırışları ilə müşayət olundu, lakin siyasi qərar dəyişmədi. Bu dəfə durum necə olacaq?

Seçkilərin təxirə salınması çağırışı ilə ilk dəfə adı Serj Sarkisyan və Robert Köçəryanla assosiasiya olunan Vitali Balasanyan çıxış etmişdi. Serj Sarkisyan və Robert Köçəryanın komanda üzvləri aktiv şəkildə Vitali Balasanyanı dəstəkləyirdilər. Artsax prezidentliyinə namizədlərdən biri isə bəyan etmişdi ki, Vitali Balasanyanın ofisində Robert Köçəryanın fotoşəkili asılıb. Başqa sözlə, Balasanyanın bəyanatı nəzərə alınarsa, bu assosiasiya heç də fərziyyə deyildi, yəqin ki, reallıq idi.

Beləliklə, həqiqətən, demək olarmı ki, Artsaxın keçmiş hakim sistemi Vitali Balasanyanın timsalında seçkilərdə məğlub olub?

Əgər belədirsə, o halda sual yaranır: “Bu qanad seçkilərin təxirə salınması ilə bağlı özünü bundan sonra necə aparacaq?” Bu tələbi irəli sürərək və ya ümumiyyətlə seçkilərin nəticələrinin ləğv edilməsi gündəliyi ilə daha aqressiv hərəkətlərə baş vuracaqmı? Bunlar cari durumla bağlı yarana biləcək suallardır.

Eyni zamanda məsələnin başqa tərəfi də mövcuddur. Geniş qəbul olunan belə bir fikir var ki, keçmiş hakim sistemin namizədi Artsaxın zəngin adamlarından biri olan, 10 ilə yaxın baş nazir işləyən Araik Arutyunyandır. O, Yerevana münasibətdə, çox güman ki, yalnız taktiki mülahizələrə görə loyal siyasət izləyib. Arutyunyan “məxməri inqilab”dan dərhal sonra Ermənistanda gedən dəyişikliklərə, həqiqətən, xüsusi loyallıqla yanaşıb. Bunun siyasi taktika olması şübhəsizdir, lakin keçmiş hakim sistemin taktikası olub-olmaması isə, əlbəttə, sualdır. Əgər bu elədirsə, onda belə çıxır ki, keçmiş hakim sistem ikinci turda Arutyunyanın qələbəsini təmin etmək üçün tam mobilizasiya olunacaq.

Artsaxda keçiriləcək ikinci turdan öncə, Yerevandan necə bir siyasi siqnalın gələcəyi də çox vacibdir. Əlbəttə, virusun Yerevandan Artsaxa  yayılmaması mühümdür, çünki bu, seçkilərin ikinci turunun keçirilməsinin təminatıdır.

Tərcümə Strateq.az-ındır