XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2020 - 16:53

PREZİDENT VÜQAR SƏFƏRLİNİ VƏZİFƏSİNDƏN UZAQLAŞDIRDI –KİVDF-yə yeni İcraçı direktor təyin olundu (FOTO)

Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilir.

Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin İcraçı direktoru təyin edilib.

Məlumata görə, Əhməd İsmayılov əvvəllər Dəniz Administrasiyasında aparat rəhbəri, rəis müavini vəzifəsində çalışıb, son təyinatadəksə Prezidentin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində baş məsləhətçi işləyib.