XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 11:40

Yeni koronavirus:QLOBAL PANDEMİYA, YOXSA ABŞ LABORATORİYALARINDA HAZIRLANMIŞ BİOLOJİ SİLAH?

“Mashreghnews” (İran), 05.04.2020

 

Heç kimə sirr deyil ki, ABŞ-ın qadağan olunmuş kimyəvi və bioloji silahlardan istifadəsi uzun bir tarixə malikdir. Məsələn, ABŞ yerli amerikalılara (hindulara) qarşı bioloji silahlardan, o cümlədən çiçək xəstəliyinə yoluxmuş yorğanlardan istifadə edib. Vətəndaş müharibəsi zamanı Amerikada hər iki tərəf bir-birinə qarşı kimyəvi silah, həmçinin xlor qazını tətbiq edib. Vyetnam müharibəsində narıncı amil və İraq-Suriya müharibəsində kimyəvi bombalardan istifadə də unudulmayıb.

İndi isə hər kəsin diqqətini çəkən sual budur: COVID-19 da ABŞ-da hazırlanıbmı?

“Red İnclusive” adı ilə koronavirusun imitasiyası

2019-cu ilin oktyabr ayında ABŞ Səhiyyə Nazirliyi ölümcül virusu təqlid edən bir hesabat yayıb. Virusun ötürülmə sürətinin simulyasiyasına görə, 110 milyon amerikalı risk altında olacaq, onlardan 7,7 milyonu xəstəxanaya yerləşdiriləcək və 586 min nəfər öləcək.

Əslində, ABŞ Səhiyyə və Sosial Xidmətləri Nazirliyi mövcud yeni koronavirus epidemiyasına bənzər bir şey hazırlayıb. Onun keçirdiyi təlim “Red İnclusive” adlandırılıb.

Bu məlumat koronavirusun ABŞ-da yaradıldığını və daha sonra (qəsdən və ya bilməyərəkdən) Çində yayıldığını sübut edə bilər.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxınlığı ilə tanınan “The China Times” qəzeti ABŞ-ı Fort Detrikdəki biokimyəvi laboratoriyanın (Uolter Reydin Ordu Araşdırma İnstitutu – WRAIR) 2019-cu ilin iyul ayında fəaliyyəti haqqında daha çox məlumat verməyə çağırıb. Çünki virusun bioloji laboratoriyada çalışan işçilərin səhlənkarlığı ucbatından yayıldığı ehtimal olunur.

Yeni koronavirusun Şimali Karolina Universitetindəki BSL-3 laboratoriyasında genetik mühəndislik yolu ilə və bioloji silah kimi inkişaf etdirildiyini söyləyən ABŞ-ın kəşfiyyat mütəxəssisi Qreq Rubini bir tvitində yazıb: “Prezident Tramp, niyə bizə, xalqa koronavirusu kimin hazırladığını bildirmirsiniz? Niyə ucadan və aydın şəkildə demirsiniz ki, COVID-19 Amerikada hazırlanıb? Niyə bu virusun bioloji bir silah olduğunu və öldürmək üçün yaradıldığını söyləmirsiniz?”

Rubininin sözlərinə görə, “dərin dövlət” virusu “hökuməti iqtisadi cəhətdən məhv etmək” planının bir hissəsi olaraq Şimali Karolinadan bütün ABŞ ərazisi, habelə Çin, İtaliya və s. ölkələrə yayıb. O, həmçinin Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun prezidenti doktor Entoni Fauçinin də koronavirusun hazırlanmasında iştirak etdiyini iddia edib.

Bioloji silah?

COVID-19-un öyrənilməsində iştirak edən səhiyyə mütəxəssislərinin rəyinə görə, yeni koronavirusun spesifik xüsusiyyətləri (sürətli mutasiya, tədrici zəifləmə və s.) virusun süni olduğunu və laboratoriyada istehsal edildiyini göstərir. Xəstəlikdən sağanların bir çoxunda ağciyərlərlə (fibroz) əlaqəli problemlər var və genomun xərçəngə çevrilmə potensialı böyükdür. Buna görə də, gələcəkdə bu xəstəlik sağ qalanlar üçün əsl təhlükə mənbəyi olacaq.

Nəzəri olaraq, yeni koronavirus bioloji silah kimi istifadə üçün mükəmməldir. Virus tənəffüs yolu ilə yayılır. Onun inkubasiya müddəti də uzundur. Koronavirus xəstəliyin erkən mərhələdə immun sisteminin təpkisini basdıra bilər. Onun yayılması müəyyən bir səviyyəni keçdikdə, immunitet, bir növ, sistemli təpki verir. Bu təpki o qədər güclüdür ki, ağciyərlərə zərər verir. Çünki ağciyərlər şişir və nəticədə qurban üçün tənəffüs xeyli çətinləşir.

Ancaq Amerikanın bəzi KİV-ləri virusun süni olması ilə bağlı dəlilləri rədd ediblər. Məsələn, Amerika və Çin tədqiqatçıları COVID-19-da 4 misilsiz genetik məkanın birləşdirilməsini iddia edən bir hind aliminin məqaləsini tənqid ediblər. Həmin məqalədə iddia olunur ki, bu genetik yerlərin dördü də, əsas HİV-1 struktur zülallarında olan amin turşusu qalıqlarına bənzəyir, buna görə də, onun təsadüfi təbiəti qeyri-mümkün görünür. Bu, virusun süni şəkildə yaradıldığı deməkdir. Ancaq tənqidçilər bu iddianı rədd etməklə, bəlkə də həqiqəti bir şeylə gizlətmək istəyirlər…

Təhlükəli sınaq

2015-ci ildə Çapel Hilldə Şimali Karolina Universitetinin Epidemiologiya kafedrasının müdiri professor Ralf Bariç (fərqli cinslərdən ibarət) ximerik koronavirus yaradıb və potensial təhlükələri göstərən bir sənəd nəşr edib. Əslində, tədqiqatçılar SARS virusunu SHC014 səthi zülaldan yarasalara ötürərək birləşmiş koronavirus yaradıblar. Nəticədə, insan hüceyrələrində sürətlə və aktiv şəkildə böyüyən və son dərəcə ölümcül olan mutant virus kəşf edilib. Bu kəşf elmi ictimaiyyətdə qızğın müzakirələrə səbəb olub.

O dövrdə alimlər ölümcül virusun laboratoriyadan sızacağına və çox sayda insanın ölümünə səbəb ola biləcəyinə inanırdılar. Test ABŞ rəsmilərinin 2014-cü ildə SARS və MERS kimi qrip virusları üçün təcili bir fandreyzer elan etməsindən sonra ortaya çıxıb. Çünki ABŞ hökuməti özünü istisna kimi görürdü.

Rutgers Universitetinin molekulyar biologiya və bioloji müdafiə üzrə mütəxəssisi Richard Ebrayt bildirib: “Bunun yeganə nəticəsi laboratoriyada yeni və qeyri-təbii bir təhlükə yaratmaqdır. Beləliklə, biz [amerikalılar] Çin yarasalarında aşkarlanan koronavirusa oxşar ölümcül bir virusa dair elmi araşdırma apardıq. Tədqiqat ABŞ-da həyata keçirilib və hökumət buna barmaqarası baxıb”.

4 il ərzində Birləşmiş Ştatları Çində yayılmış virusun simulyasiyalarını həyata keçirib. Təlim zamanı Fort Detrikdəki hərbi laboratoriyadan bioloji silahın sızma ehtimalı barədə də məlumatlar olub. Bir neçə ay sonra Çində yarasalarda mutasiya edilmiş koronavirusun səbəb olduğu deyilən xəstəlik başlayıb.

Bu, sadəcə, təsadüf ola bilərmi?

Niyə güc və sərvət sahibləri pandemiyaya əvvəldən hazır idilər?

ABŞ-da və dünyada yeni koronavirus epidemiyası gücləndikcə, bazarlarda eniş davam edir. Ehtimal ki, ABŞ siyasi sisteminin nüfuzlu üzvləri xəstəliyin yayılmasından əvvəlcədən xəbərdar idilər.

“Fox News”-un məlumatına görə, senator Riçard Barrsenator Kelli Lefler COVID-19 ucbatından maliyyə-əmtəə bazarların çökmədən xeyli əvvəl milyon dollarlar dəyərində səhm satıblar. Hər iki şəxs Senatın Səhiyyə Komitəsinin üzvü, Riçard Barr isə Senatın Kəşfiyyat Komitəsinin sədridir. Həmçinin senator Leflerin əri Ceffri Spreçer Nyu-York Fond Birjasına rəhbərlik edir.

2015-ci ildə ABŞ milyarderi Bill Qeyts qlobal pandemiyanın baş vermə ehtimalı barədə xəbərdarlıq edib. O, nüvə müharibəsinə oxşamayan və epidemiya ola biləcək qlobal bir fəlakət məsələsinə toxunub.

2018-ci ilin sonunda Bill Qeyts yeni bir epidemiya ilə əlaqədar narahatlığını bir daha dilə gətirib və hətta onun mənbəyinin Çin olacağına istinad edib. Amerikalı milyarder yeni Çin virusunun təxminən 33 milyon insanın ölümünə səbəb olacağını da söyləməkdən çəkinməyib.

Qeyts dünya əhalinin azaldılması tərəfdarı kimi tanınır. Tədqiqatçılar əvvəllər də Bill və Melinda Qeyts Fondu ilə Birləşmiş Krallıqdakı Pirbrayt İnstitutu arasındakı əlaqələri vurğulayıblar. 2015-ci ildə həmin institut koronavirus üçün patent müraciəti edib və o, 2018-ci ildə təsdiqlənib.

Sonda qeyd etmək lazımdır ki, yeni koronavirusun ABŞ-ın bioloji silahı olduğuna dair hələ də tam etibarlı və birbaşa dəlil yoxdur. Həmçinin, COVID-19-un Çinin bioloji silahı olması nəzəriyyəsinin də birbaşa sübutu. Lakin bir çox iddialar yeni koronavirusun ABŞ-dakı bir laboratoriyada işlənib hazırlandığını göstərir.

Tərcümə: Strateq.az