XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 04:32

QARABAĞ SEPARATÇILARININ YENİ “PREZİDENT”inin KİM OLACAĞI QƏTİLƏŞİR:"ikinci tur" 14 aprelə təyin edilib - TƏHLİL

Sarqis Artsruni

“1in.am”, Ermənistan, 05 aprel 2020-ci il

 

Artsaxda (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) keçirilən prezident seçkilərində (beynəlxalq birlik tərəfindən tanınmayan – tərc.) ikinci yeri tutan Masis Mailyan prezident və parlament seçkilərinin (beynəlxalq birlik tərəfindən tanınmayan – tərc.) ilkin nəticələrinin açıqlanmasından bir gün sonra bəyanatla çıxış edib.

Prezident seçkilərinin nəticələrinə görə, ikinci tur olacaq, prezident vəzifəsi uğrunda mübarizəni 49,2% səs almış sabiq baş nazir Araik Arutyunyan və 26,4% səs almış Xarici işlər naziri Masis Mailyan davam etdirəcək.

Mailyan yayılmış bəyanatında seçkinin nəricələrini qəbul edib-etmədiyini dəqiqləşdirmir. Artsax prezidentliyinə namizəd öz feysbuk qeydində bəyan edib: “Hazırda siyasi məsləhətləşmələr aparırıq və yaxın günlərdə ictimaiyyəti sonrakı addımlarımız haqqında  məlumatlandıracağıq”.

Razılaşın ki, seçkilərin ikinci turu uzaqda deyil, 14 aprelə təyin olunub və bu kontekstdə, Mailyanın bəyanatı, yumşaq desək, hər hansı bir müəyyənlikdən məhrumdur.

Problem hətta onda deyil ki, Artsaxın fəaliyyətdə olan Xarici işlər naziri seçkilərin birinci turuna, mahiyyətcə, qiymət verməyib, başqa sözlə, onların nəticəsini tanımayıb. Daha diqqətçəkən odur ki, Mailyan hələ özünün gələcəyə yönəlik planını dəqiqləşdirir, baxmayaraq ki, ikinci turun seçki təqvimi ona yalnız seçki kampaniyasının xarakterini təlqin etməli idi.

Birinci turun nəticələrinin açıqlanmasından sonra Araik Arutyunyanın verdiyi mesajlar tamamilə anlaşılan olsa da və o, qarşıdakı seçki marafonunun gündəliyini formalaşdırmağa iddia edərək, mahiyyətcə, birləşdirici tezislərlə çıxış etsə də, Mailyanla bağlı belə təəssürat yaranır ki, o, ikinci turda iştirak edib-etməməyin məqsədəuyğunluğu haqqında düşünür. Bu, Artsaxda yeni intriqalı durum yaradır. Çünki hər şeydən öncə, ikinci turun iştirakçılarından biri kampaniyanı tərk etdiyi halda, qanunvericiliyin nə müəyyən etdiyi aydın deyildir. Lakin problemin siyasi aspekti daha vacibdir.

Mailyan, faktiki, öz məğlubiyyətini qəbul edir və dərk edir ki, Arutyunyan birinci turda cəmi 320 səsi çatmadığına görə qalib gələ bilməyib. Yəni, bu, ikinci turda aradan qaldırılması tamamilə mümkün olan cüzi çatışmazlıqdır. O da nəzərə alınmalıdır ki, gələn məlumatlara görə, Araik Arutyunyan ikinci tura Artsaxın Demokratik Partiyası və Daşnaksütun Partiyasının yerli strukturu ilə birlikdə gedə bilər.

Ancaq Masis Mailyanı narahat edən bu ittifaqın perspektivi deyil, faktiki, özünün belə tandeminin olmamasıdır. Qurduğu ittifaq prezident seçkilərinin birinci turunda ona cəmi 26,4% səs almağa imkan verdi, parlament sekilərində isə hətta baryeri aşa bilmədi.

İkinci turda Samvel Babayanın da, xüsusən də Artsaxın yeni seçilən parlamentində ən böyük fraksiyaya sahib olduğuna görə, onu dəstəkləmək üçün motivasiyası yoxdur. Üstəlik, o, tezliklə Artsaxın prezidenti olacaq Araik Arutyunyanla qarşlıqlı faydalı əməkdaşlığa gedə bilər.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə