XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2015 - 06:33

ABŞ İrandan “qorunmaq” üçün əlini cibinə salmalı olacaq

ABD, Ortadoğu'ya yeni füze yerleştiriyor

ABŞ Yaxın Şərqə raketlərdən müdafiə sistemi yerləşdirməyi planlaşdırır. THAAD adlanan həmin sistemin Yaxın Şərqə yerləşdirməsində məqsəd İranın uzunmənzilli raketlərindən qorunmaqdır. ABŞ-ın bu planına ən kəskin reaksiyanın Rusiya və çindən gəlməsi gözlənilir.

Srtateq.az-ın xarici mətbuata əsasən verdiyi məlumata görə, Pentaqonun Sakit okean Komandanlığının rəhbəri Vincent Brooks, THAAD-ın Yaxın Şərq və Cənubi Koreyaya yerləşdirilməsi üçün hələ qərar çıxarılmadığını, ancaq sözü gedən bölgələrin raketdən müdafiə sisteminə ehtiyacı olduğunu deyib.

Qeyd edək ki, THAAD kifayət qədər bahalı silahdır. Birləşmiş Ərəb Əmirliyi 2011-ci ildə həmin raketlərdən müdafiə sisteminin birinə nə az, nə çox, düz 1.96 milyard dollar pul xərcləmişdi.