XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 15:33

Viruslu avtoritarizm:COVID-19 YALNIZ İCTİMAİ SAĞLAMLIĞA DEYİL, HƏM DƏ İNSAN HAQLARINA TƏHDİDDİR

 

Patrik Qaspar

“Project Syndicate, 13.04.2020

 

1963-cü ildə Haiti diktatoru Fransua “Papa Dok” Duvalye bəyan edib: “Tanrı və xalq – hakimiyyətin mənbəyidir… Mən bu hakimiyyəti qəbul etdim və lənət şeytana, onu əbədi saxlayacağam”. 1971-ci ildə onun yerinə diktaturanı daha 15 il uzatmış oğlu Jan-Klod (“Balaca Dok”) gəlib.

Bu, qədim tarix kimi görünə bilər. Ancaq mənim üçün yox. Ailəm Haitidəndir və uşaqlığım dövründə ABŞ-a köçsək də, həmişə Duvalyelərin amansız rejiminin təqibini duyduq.

Haitlilərin Duvalye rejimi altında aldığı vəhşi dərsləri, o cümlədən müntəzəm olaraq təbii fəlakətlərdən və milli böhrandan iqtidarını möhkəmləndirmək üçün necə istifadə etdiyini heç vaxt unutmamışam.

Bu gün həmin dərsləri xatırlamalıyıq. COVID-19 yalnız ictimai sağlamlığa deyil, həm də insan haqlarına təhdiddir. Tarix boyu indiki kimi böhranlar avtoritar rejimlərin öz zülm impulslarını normallaşdırması üçün əlverişli bir bəhanə olub. Valideynlərim Haitidə bunu görüb. İndi hamımız onu bir daha görürük.

Yeni təhlükə avtoritar hökumətin epidemiyanı ört-basdır etmək üçün ilk səylərin göstərildiyi Çində başlayıb. Ancaq Çin tək deyil. Hindistanda baş nazir Narendra Modi hökuməti, cəmi dörd saatlıq xəbərdarlıqla, 21 günlük özünütəcrid tətbiq edib və dünyanın milyonlarla yoxsul insanına yemək və su ehtiyatı toplama macalı saxlamayıb. Ən pisi, Hindistan hüquq-mühafizə orqanları o vaxtdan bəri ölkənin müsəlmanlarına qarşı yönəlmiş ayrıseçkilik tətbiq edir.

Bu arada, KeniyaNigeriyada polis və hərbi qüvvələr sosial uzaqlaşma protokollarına kifayət qədər tez əməl etməyən kimi görünən hər kəsi incidirlər. İsraildə hakimiyyət vətəndaşların hərəkətlərini izləmək üçün mobil telefon məlumatlarından istifadə edərək gizliliyə məhəl qoymayan hökumətlərin sırasına qoşulub. Macarıstanda illərdir hakimiyyətini gücləndirən baş nazir Viktor Orban, mütləq bir diktator kimi, statusunu effektiv şəkildə kodlaşdıran bir qanun imzalayıb.

Dünyanın demokratiyalarından gələn bu pozuntulara cavab demək olar ki, pıçıltı səviyyəsindədir. Hətta amerikalılar narahat olmalıdır, çünki mart ayının sonlarında ABŞ Ədliyyə Nazirliyi Konqresdən ona Amerika vətəndaşlarını (sənədsiz mühacirləri deyil) məhkəməsiz qeyri-müəyyən müddətə həbs etmək səlahiyyətinin verilməsini istəyib.

Belə tədbirlər görən hökumətlər pandemiyaya qarşı mübarizə aparmaq üçün onları zəruri sayır. Ancaq tarix bizə göstərir ki, ədəbsiz liderlər nadir hallarda fövqəladə səlahiyyətlərinin sona çatmasına icazə verirlər.

Əlbəttə, hər bir hökumətin ictimai sağlamlıq problemlərinə qarşı sərt təpki vermək vəzifəsi var və bunun üçün vətəndaşların hərəkətlərinə müvəqqəti, lakin əhəmiyyətli məhdudiyyətlər tələb oluna bilər. Lakin son həftələrdə avtoritar liderlərin qəbul etdiyi siyasət yalnız anti-demokratik deyil, həm də pandemiya ilə mübarizədə əks-təsirə malikdir.

Məsələn, xəstəliyin yayılmasının qarşısını almaqdansa, mətbuat azadlığını boğulur, ictimaiyyətin məlumatlandırılması çətinləşdirilir. Eyni şəkildə mülki şəxslərin məhkəməsiz saxlanılması, ən çox ehtiyac duyulduğu an hökümətə olan inamı sarsıdır. Seçkilərin ləğv edilməsi, siyasi liderlərin cəmiyyətin maraqlarını birinci yerə qoyması üçün hər hansı stimulu aradan qaldırır.

Mübarizəni COVID-19-la apararkən, eyni zamanda, demokratiyalarımızın sağlamlığını qorumaq üçün əlimizdən gələni etməliyik. Bundan başqa, bir çox cəhətdən xalqın sağlamlığını qorumaq və demokratiyanı müdafiə etməklə eyni döyüşdə iki cəbhənin mövcudluğunu qəbul etməliyik.

Xoşbəxtlikdən, vətəndaş cəmiyyəti təşkilatları və ayrı-ayrı insanlar pandemik basqınlar qarşısında gücsüz deyillər. 30 ildən çox müddətdə demokratiyanın müdafiəsində ön cəbhələrdə olduqdan sonra açıq cəmiyyət fondlarında bir sıra müvafiq dərslər almışıq.

Başlanğıcda vətəndaş azadlıqlarını qorumaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməliyik. Pandemiya sosial uzaqlaşmanı tələb etsə də, polis vəhşiliyini və hökumət səlahiyyətlərindən sui-istifadəni əsaslandırmır. Siyasi liderlərin sərbəst söz və etiraz hüququnun məhdudlaşdırmağa və ya hakimiyyətlərini testdən keçirməyə başlaması avtoritarizmə sürüşmə riski real olur. Bu hədləri sınayan hökumətlər dərhal məsuliyyətə cəlb olunmalıdır.

İkinci dərs budur ki, qarmaqarışıqlığa qarşı durmalıyıq. Pandemiyaya cavab olaraq bir çox hökumət, Çin mənşəli insanlara nəzarət və stiqmatizasiyanı təmin edən COVID-19-u “Çin virusu” kimi qeyd etməyə çalışıb.

Bir Haiti əsilli amerikalı olaraq 1980-ci illərdə HİV / AİDS böhranı zamanı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri QİÇS-in “homoseksuallar, heroin istifadəçiləri, hemofiliyalılar və haitililər” tərəfindən ötürüldüyünü elan etməsinin şahidi olmuşam. Elmi olmayan qərəzli mesajlaşma nəticəsində ABŞ sığınacaq axtaran haitiləri dəhşətli Quantanamo həbs düşərgəsində saxlanmağa başladı, bu da HİV-in yayılmasının qarşısını aldı.

Nəhayət, pandemiyanın kəskinləşməsinə səbəb olan əsas iqtisadi və sosial fərqləri həll etməliyik. Koronavirusun Amerikanın dərin bərabərsizliyini necə çılpaqlaşdırdığını görmək üçün hazırda dünyanın ən yüksək yoluxma dərəcəsinə sahib Nyu-Yorkun əsas həbsxanası olan Rikers adasından başqa bir yerə baxmayın. Daha geniş şəkildə, böhran bir çox amerikalı ailələrin səhiyyə xidmətlərinə, ödənişli xəstəlik məzuniyyətlərinə, işçilərin qorunmasına, şəxsi əmanətlərinə və digər təməl ehtiyaclarına sahib olmadığını bir daha nümayiş etdirir.

Demokratiya və vətəndaş hüquqlarına qarşı yeni hücumları dayandırdığımıza baxmayaraq, bu andan istifadə edərək cəmiyyətlərimizin pandemiya başlamazdan əvvəl vətəndaşların, qaçqınların, miqrantların və sığınacaq axtaranların hüquqlarını əllərindən almasını etiraf etməliyik. Bəli, demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlar hazırda insanların əksəriyyətinin qayğısı deyil. Demokratiyanı qorumaq şəxsi “işləriniz” siyahısında deyilsə, güman etməliyik ki, o heç yerdə yoxdur.

Təəssüf ki, iqtidarda olanların çoxu heç vaxt haqlarımızı qorumağı öhdələrinə götürmürlər. Bunu özümüz üçün etməliyik. Demokratiya yalnız idarəetmə sistemi deyil; o, dünyanı görmək üçün obyektivdir. Fövqəladə hallar zamanı bu linzanı sındırsaq, özümüzü də bir daha görməyəcəyik.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə