XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 20:36

KORONAVİRUS ÖLKƏLƏRİ BVF-nin QAPISI AĞZINDA SÜRÜNDÜRÜR:İranın 5 milyard dollar istəyinə Pompeo hansı mesajla cavab verdi? - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 14 aprel 2020-ci il

 

Gəlin, yenə də koronavirus məsələsinə nəzər salaq, amma başqa prizmadan baxaq. Bir sui-qəsddən başlayaq. Qonşu İrandan yola çıxaraq yeni dünya nizamına doğru gedək.

14 noyabr 2019-cu il gecəsi İran kəşfiyyatının sabiq əməkdaşı olduğu iddia edilən Məsud Mevləvi İstanbulun göbəyində, Şişlidə dostu ilə gəzdiyi yerdə küçənin ortasında silahlı hücuma məruz qaldı. Odlu silahdan 11 atəş açan şəxs qaçdı. Mevləvi isə həyatını itirdi. Hadisə ilə əlaqədar türk kəşfiyyat qurumları da dövrəyə girdi. Bir çox şəxs yaxalandı. Ancaq hadisənin pərdə arxası gizli olaraq qalmağa davam etdi.

Şişlidəki cinayət hadisəsi, biz bilməsək də, Vaşinqtonu dərindən sarsıdırdı. Çünki iranlı Məsud Mevləvinin öldürülməsi birbaşa Mayk Pompeoya verilən mesaj idi.

Mevləvi silahlı hücum nəticəsində öldürülməsiylə ABŞ Xarici işlər naziri Mayk Pompeonun İstanbuldakı ən önəmli gücü əlindən axıb getdi. İran İslam İnqilabı Keşikçilərinin bütün dərin strukturunu bilən, Qasım Süleymaninin atdığı hər bir addımdan xəbəri olan Məsud Mevləvinin öldürülməsi güc balansını dəyişdirdi. Məsud Mevləvinin öldürülməsilə Qasım Süleymaniyə qarşı sui-qəsdin təşkil edilməsi arasında, təqribən, 50 gün olması da, əslində, bu iki cinayətin bir-birilə əlaqəli olduğunu göstərir.

İddialara görə, Məsud Mevləvi Pompeonun MKİ direktoru olmasından öncə də onun komandası ilə rahatlıqla əlaqə qura bilirmiş. Ancaq o da həqiqətdir ki, dünyanın bir çox şəhərində İran müxalifətçiləri öldürüldüyü halda səssiz qalan Pompeonun yalnız Mevləvi öldürüldükdən sonra açıqlama verməsi təsadüf ola bilməz.

Mayk Pompeo dedi: “İranlı diplomatların Türkiyədə bir müxalifətçiyə sui-qəsd təşkil etməsilə bağlı gələn xəbərlər təəsüfedicidir, lakin bu, onların vəzifələrinə tam uyğun gəlir. İranlı diplomatlar terror agentləridirlər”.

Yaxşı, bəs Pompeo bu açıqlamanı nə üçün verdi? Özü də İran Mərkəzi Bankının rəhbəri Himmətinin 5 milyard dollarlıq kredit almaq üçün BFV-lə görüş keçirdiyi bir vaxtda…

Çünki Pompeo İranın küncə sıxışması və bir daha səsinin əsla çıxmaması üçün BVF-yə açıq mesaj göndərirdi. BVF-nin rəhbəri Kristalina Georgiyevaya məktub yazaraq yardım istəyən İran Mərkəzi Bankının rəhbəri Abdunnasir Himməti hələ də cavab ala bilməyib.

BVF, həftələr keçsə də, İranın başını qatır. BVF-in bugünədək İrana 11 tələb irəli sürdüyü məlumdur. Qasım Süleymani məsələsinin bir daha açılmaması ilə bağlı tələb də onlar arasındadır. Buna baxmayaraq, BVF hələ də lazım olan addımı atmır.

Koronavirus infeksiyasının hər ötən gün daha da yayıldığına baxmayaraq, Pompeonun ABŞ Prezidenti Trampdan 10 dəfə aktiv olduğunu bilirik. Ötən həftə haqqında yazdığım çinlilərlə Baqram bazasındakı görüşünü də unutmayın.

Xarici işlər naziri Pompeo, 15 mart-01 aprel tarixləri arasında 40 ölkənin xarici işlər nazirləri və dövlət başçıları ilə çox önəmli görüşlər keçirib. Pompeo, yeni Vaşinqtonun yüksələn səsidir. Trampın vitrin olduğunu nəzərə alarsaq, əsas iş görənin Pompeo olduğu aydın olar… Bu səbəblə, ABŞ-ın nə etmək istədiyini anlamaq üçün baxılması lazım olan şəxs Pompeodur. Getdiyi yerlərə, görüşdüyü şəxslərə baxaraq, açıqlamalarını, ziyarətlərini və atdığı addımlarını fərqli şəkildə oxuya, verilən mesajların şifrlərini aça bilərsiniz.

Pompeo, yanvar ayının ilk günlərində, yəni, Qasım Süleymaniyə qarşı edilən sui-qəsddən həmən sonra İngiltərə Xarici işlər naziri Dominik Raab, Rusiya Xarici işlər naziri Sergey Lavrov və Fransa Xarici işlər naziri Jan-İv Le Drianla bir görüş keçirdi. Ardınca 40 ölkənin İngiltərə Xarici işlər naziri Dominik Raab, Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü Yan Tseçi, Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman, BƏƏ Əbu-Dabi vəliəhd-şahzadəsi Məhəmməd bin Zayed, İraq Prezidenti Bərhəm Salih, İraq Kürdüstan Regional Administrasiyasının Baş naziri Masrur Bərzani, Əfqanıstan Prezidenti Əşrəf Qəni kimi, önəmli şəxslərilə görüşdü. Pompeo açıq şəkildə yaxınlarda ortaya çıxacaq “fövqəladə durum”un və ardınca yeni nizama keçiləcəyinin şifrlərini söylədi. Pompeo medium olmadığına görə, deməli, müəyyən şeyləri bilirmiş. Biz bilməsək də, o bilirmiş. Və hərəkətlilik də bunun üçün imiş.

Çindən koronavirusla bağlı ilk açıqlama 07 yanvarda gəldi. Sonra yavaş-yavaş infeksiyanın təsirləri artdı, bu günədək gəldi. Təqribən, 2 milyon yoluxma, 120 min də ölüm hadisəsi mövcuddur. Bu infeksiyanın təsiri hələ davam edəcək. Sağlamlıqla bağlı qayğılar, əlbəttə, çox önəmlidir, ancaq bəziləri anlamaq istəmir ki, dünya yeni bir nizama keçməkdədir. Siyasətin təkrar dizayn edildiyini, yeni iş adamlarının ortaya çıxmasının gözlənildiyini, şirkətlərin ya evlilik məcburiyyətində qaldığını, ya da əl dəyişdirdiyini, 50 ildən çoxdur dünyanı asılı hala gətirən neftin artıq “təqaüdə çıxma”ğa başladığını, Avropa Birliyində (AB) sıxıntıların ortaya çıxdığını, iqtisadi böhranın ciddi şəkildə hiss edildiyini görürük. Bunların hamısı koronavirusun yayılması ilə birlikdə başladı. Açığı, bir neçə şəxs istisna olmaqla, kimsə dünyanın hara doğru getdiyini bilmir.

Qayğı və qorxu hər zaman üçün təsirli bir silahdır. İnsanları qorxudaraq bir çox qərarı ala bilərsiniz. İndi koronavirus vaksini tapıldığı anda, bəlkə də, 5 milyard adam özünə vaksin vurduracaq. Bu virusa qarşı bir dərman kəşf edildiyi açıqlanarsa, 5 milyard adam bu həbi udacaq. İnsanlar bütün köhnə vərdişlərini bir tərəfə buraxacaq. Əslində, hər kəs özünü yenidən formatlayacaq.

Dünya da özünü yeniləyir, yenidən formatlayır. Görünür, yeni sistem Vaşinqton mərkəzli olacaq. Təbii, ABŞ-ın koronavirusdan ən çox təsirlənən ölkə olduğunu da nəzərə alarsaq, Vaşinqtonda gedən mübarizənin nə qədər böyük olduğunu da anlayarıq.

ABŞ-da pulun mərkəzi Nyu-Yorkdur. Digər önəmli şəhərlərin başında Hyuston gəlir. Bura neftin can damarıdır. Daha sonra Los-AncelesVaşinqton gəlir. Hyustonda rəsmi olaraq 1, reallıqda isə 2 adam həyatını itirdi. Nyu-Yorkun rəsmən çökdüyü, parkların morqa çevrildiyi, cəsədlərin ortada qaldığı bir halda, Hyustonda nə üçün koronavirusun təsiri görünmür? Bir düşünün. Çünki artıq neftin bir önəmi qalmayacaq. Yeni dövrdə neft də, ondan gələn gəlir də olmayacaq. Yəni, Orta Şərq də yeni formata bürünəcək. Bu, özü ilə birlikdə bizim üçün də yeni format gətirəcək.

Hyuston, Nyu-York və Vaşinqtondan sonra, çinlilərin ən çox ziyarət etdiyi şəhərlərdən biridir. Bura hər küçədə çinli görə biləcəyiniz bir şəhərdir. Ancaq yoluxma hadisəsi “yox” deyiləcək qədər azdır. Dünyanı şəkilləndirən Hollivudu da əhatə edən Loc-Anceles isə koronavirus sıxıntısı yaşayır. Nyu-York və Vaşinqtonda da çox böyük panika vardır. Yəni, şəhərlər seçilibdir. ABŞ özünü də formatlayır. Bu səbəblə, demək olar ki, “dərin Amerika”nın planı bu ana qədər problemsiz şəkildə irəliləyir. Koronavirusdan ən çox təsirlənən yerlər pulu və gücü əlində saxlayan nöqtələrdir. Virusla yeni dünya nizamı qururlar.

Tramp daxildə, Pompeo isə xaricdə bizə yetərli qədər ip ucu verməkdədir. Yaxşı izləyin.

Qeyd: Məsud Mevləvinin öldürülməsi hadisəsinin bir ucu da Vaşinqtona qədər gedib çıxdı. Tamam. Yaxşı, bəs bu cinayətdən bir gün öncə kim öldürüldü? Yada salın. Çünki çox önəmli şəxs idi… Bəli, ingilis agenti Ceyms Le Mezurye ortadan qaldırıldı. Özü də Karaköydəki evində. İstəyirsiniz, hadisələrə bir də buradan baxın.




Yuxarı Əvvələ Ana Səhifə