XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 21:45

ROTŞİLDLƏRLƏ “DƏRİN AMERİKA” ARASINDAKI DOLLAR-AVRO MÜBARİZƏSİ ŞİDDƏTLƏNİR:198 ölkə ehtiyat pul vəsaiti üçün müharibəyə başlayıb - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 15 aprel 2020-ci il

 

Bir neçə gündür ki, israrla Mayk Pompeodan yazıram. Getdiyi yerləri, görüşdüyü şəxsləri və pərdə arxasındakı digər hadisələri.  Pompeo “Vest Point” (hərbi akademiya) məzunudur.  Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), sonra isə Xarici İşlər Nazirliyində rəhbər vəzifələri icra edib. Biz onu “Amerikanın səsi” də adlandıra bilərik.  Prezident Donald Trampın prezidentliyə gəldiyi gündən yaxşı yola getdiyi yeganə şəxsdir.

Pompeonun Baqram hərbi bazasındakı üç önəmli çinli ilə görüşündən yazmışdım. “İpinizi çəkdik” dediyini də qeyd etmişdim.

Həmin Pompeo yenə Çin üzərindən davam edir.  Almaniya mətbuatına açıqlama verən Mayk Pompeo bu ifadələri işlədib: “ Səbəbkarların hesabat verəcəyi bir zaman gələcək.  Bunun olacağından tam əminəm. Hal-hazırda qlobal iqtisadiyyatı sistemli şəkildə yenidən canlandırmaq üçün öz vəzifəmizi layiqincə icra etməliyik, amma səbəbkarların günahlandırılmasına da sıra gələcək. Çin Hökuməti, Çin Kommunist Partiyası bu məlumatı zamanında vermədi. Bu, üzrxahlıq istəniləcək bir hadisədir.  Qlobal iqtisadiyyat qapanmaq məcburiyyətində qalıb. İqtisadiyyatın çökməsi çox faciəvi bir hal olacaq və çox baha başa gələcək.  Bundan sonra heç bir ölkənin belə bir problemə səbəbkar olmamasından əmin olmalıyıq”.

Vest Pointdən birinciliklə məzun olan, ardınca orduda vəzifə tutan, sonra isə Harvard Universitetinin hüquq fakultəsini bitirən Pompeonun yeganə dərdi Çindir. Artıq bu, heç kimə sirr deyil. Hələ bir neçə gün öncə ABŞ-ın Çinə təzminat davası açacağını yazmışdım.  Dərdləri həm borclarını ödəməmək, həm də qazanclı çıxmaqdır. Bir də üzərinə yeni iqtisadi sistem gətirmək. Mübarizənin aparıcı mövzusu budur.

Davam edək… Koronavirusdan sonra dünyanı nə yeniliklər gözləyir? Məncə, ən aktual sual budur.  Çünki hər kəs bu sualın cavabını səbrsizliklə gözləyir. Siyasət dünyasında, iş sektorunda nələr yaşanacaq?Şirkətlərin gələcəyi necə olacaq? Dünyadakı yoxsul əhali nə qədər artacaq? Dünyanın 1%-i var-dövlətə boğularkən, yerdə qalan 99%-i üçün həyat necə olacaq?

Bu sualların cavabı, əlbəttə ki, çox maraqlıdır. Budur – koronavirus səbəbi ilə üz-üzə gələn iki supergüc ehtiyat pul vəsaiti üçün mübarizə aparırlar.

Onsuz da ən başından oxuyub, izləyənlər bilir, lap öncədən pul mövzusu ilə maraqlandım. Müxtəlif cəbhələr açılsa da, gündəmi işğal edəcək mövzu yenə pul məsələsi olacaqdı və belə də oldu. Biz görmürük, bilmirik, amma davam edən bu müharibənin ən çətin tərəfi pul üzərindən gedir. 198 ölkənin mərkəzi bankında ehtiyat pul vəsaitləri üçün açq-aşkar müharibə başlayıb. Açıqlanan son rəqəmlərə görə, mərkəzi banklarda mövcud olan pul ehtiyatlarının 61.82%-i dollardır. Dollara qarşı çıxan rəhbərlik sayı isə heç bir əlin beş barmağını da keçə bilməyib. 

“Dərin Amerika” koronavirusdan sonra Avropa Birliyinin dağılma mərhələsinə girəcəyini çox yaxşı bilir. Ancaq onu da bilir ki, avro birjalardan qalxmayacaq. “Dərin Amerika” 2020-ci ilin sonuna kimi, yəni  2021-ci ilin iyun ayının sonunadək mərkəzi banklardakı pul ehtiyatının 89%-nin dollar olması üçün çalışır. Dollar məsələsində güc Trampa keçsə də, bütün oyun ortadadır.  Hələ Londonda böyük güc sayılan Rotşild ailəsi mərkəzi banklarda 20.24% avro ehtiyatını, eynilə “dərin Amerika” kimi, 2021-ci ilin iyun ayınadək 55%-ə qaldırmaq istəyir.

Biri avronu, digəri isə dolları tac sahibi etmək istəyir. Avropa Birliyi Bankında qurulan xüsusi qrup Avropa Birliyinin dağılmaması üçün ilk mərhələdə 540 milyon avro pul xərcləyib.

Dünyanın bir çox pul vahidini hazırlayan Rotşild ailəsinin ingilis əskinas istehsalçısı De La Rue 3 trilyon avro istehsal etmək üçün işlərə start verib. Yəni, avronun mərkəzi banklarda gücünü artırmaq üçün görülən addımlar getdikcə sürətlənir. Rotşild ailəsinin FED-dəki varlığı necə hiss edilirsə, 198 ölkənin yer aldığı qlobal sistem içindəki 190 ölkənin mərkəzi bankında ailənin, yəni, Rotşildlərin kölgəsi var. Ağırlığı var. İndi yaşadığımız çətinliklər, yəni, koronavirussonrası dünya iqtisadiyyatının çökməsi, “dərin Amerika”nın bir planı idi. Çökən maliyyə sektorlarında mərkəz bankları çox önəmlidir. Çünki bir çıxış yolu axtararlar.

Burada isə “dərin Amerika”nın “Bank of America” üzərindən plan quracağı təxmin edilir.  Çünki “Bank of America”nın üzərində mövcud olan Rotşild təsiri keçən il aradan qalxıb. “Bank of America” insvestisiya sahəsində “Merrill Lynch” adını marka olaraq seçib. Bu addımla da böyük dəyişikliklərin olacağı işarəsi verilib.

Bank öz varlığı dövründə sadəcə “Merril” adını istifadə edəcəkdi. İnvestisiya bankçılığının adını isə “BofA Securities” olaraq dəyişəcəkdi. Bu qərar keçən il qəbul edildi. Yəni, bundan sonra “dərin Amerika”nın mərkəzi bazası “Bank of America” olacaq.

“Bank of America”nın FED üzərində də təsiri böyükdür. Yəni dərin Amerika FED-də də gücünü isbatlamaq üçün bu bankın təsirindən istifadə edəcək.  Bəs elə isə 50 ildən artıq müddətə Rotşildlərin tələbləri yönündə qərarlar alan mərkəzi bankların izləyəcəyi yol hansı olacaq?

Dünyada heç bir yerində mərkəzi bank, əslində, müstəqil deyil. Ya Rotşild ailəsinin təsirində qalar, ya da aparılan güclü siyasətin istəklərinə boyun əyərlər. Misir və bir çox Afrika ölkəsində siyasətin banklar üzərindəki güclü təsirinin şahidi olduq. Ardınca Misirdə hərbi çevriliş baş vermişdi.

Önəmli sual

Bu mərkəzi banklar Rotşild ailəsinin istəyi ilə ehtiyat pulları avroya çevirəcəkmi? Çünki ehtiyat pulları avroya çevirmək ABŞ hökumətinə açıq-aşkar müharibə elan etmək deməkdir.

Keçən il Rusiya və Çin avro ehtiyatını artırmağa başlamışdılar. Rusiya dolları azaldacağını, Çin isə avronu artıracağını bəyan etmişdi. Bu gün koronavirus səbəbi ilə yaranan problemlərdən ən çox təsirlənən Çin, digəri isə neftinin bareli 20 dollara düşən Rusiyadır. İran da dollara qarşı mübarizəyə başlamışdı, ancaq pandemiya səbəbindən İMF-dən 5 milyard dollar istəyib. 25 ölkəyə yardım göndərilib, İran isə hələ də bir cavab gözləyir. Yəni, diqqətlə təhlil etsək, koronavirusun hansı ölkələri iqtisadi çətinliklərlə üzləşdirdiyini açıqca görə bilərik.

ABŞ-da koronavirus yoluxmasının artacağını hamı gözləyirdi və elə də oldu. Bu, “dərin Amerika”nın ən böyük qərarı idi.  Təxminən, 48 əyalətdə Rotşild ailəsinin və pula hökm edən müəyyən qrupun təsiri çox böyük idi.

ABŞ siyasətində Rotşildlərə ən yaxın olan bir çox şəxs təqaüdə göndərildi. Eynilə ABŞ Yüksək Məhkəməsindəki namizədlik mübarizələrində də Rotşild ilə “dərin Amerika” üz-üzə gəlirdi.

Koronavirusdan sonra dünya, əlbəttə ki, yenidən özünə gələcək. Yeni dünyaya keçid dövrümüz bir az problemli olsa da,  çalışanların 70%-nin əvvəlki sistemdə davam etmək istəyəcəyi bəllidir. Ancaq görünən budur ki, yeni sistem buna imkan verməyəcək. Təbii ki, baş verə biləcək yeni hadisələr hər iki tərəfin də planlarında dəyişiklik edilməsinə səbəb ola bilər. Bu da bir çox ölkənin əslində öz siyasi və iqtisadi marşrutunu itirməsinə səbəb olacaq.

“Dərin Amerika” böyük bir əməliyyata başlayıb. Bu əməliyyatı həm daxildə, həm də xaricdə aparır. Mübarizə apardıqları rəqiblərini isə Çin adı altında toplayıb, fikirlərini Çinin üzərindən ifadə edirlər.

Pulu əlində tutanlar Çinin arxasındakı ən böyük sehrli qüvvədir. ABŞ indi Çinlə həm daxildə, həm də xaricdə mübarizə aparır. Bəs bu “qol güləşi” bir nöqtədə dayanmasa, nələr olacaq?

Deyəsən, sualın cavabını heç kəs bilmir. Ancaq müharibə bütün gücü ilə davam edir.  İşin qəribə tərəfi isə müharibə aparanların bir üzündə “dərin Amerika”, digərində Tramp-Pompeo dayanır. Digər tərəf Çindir, amma həqiqətdə o deyil. Çin, sadəcə olaraq, hədəf taxtasıdır. Təzyiq artacaq. Yaxşı müşahidə edin.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə