XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 23:00

BƏŞƏRİYYƏT NÖVBƏTİ DÜNYA MÜHARİBƏSİNİN ASTANASINDA:pandemiya özündən daha böyük qlobal problemlərə qapı açır - TƏHLİL

İbrahim Karagül

“Yeni Şafak”, Türkiyə, 17 aprel 2020-ci il

 

Koronavirus pandemiyası (COVİD-19) dünya müharibəsi başlada bilərmi? Ölkələr açıq-aşkar üz-üzə gələ bilərmi? Bəzi ölkələrdə vətəndaş müharibəsi başlaya bilərmi? Pandemiyadan daha güclü təsirə malik qlobal problemlərə yol aça bilərmi?  Yeni bir qlobal böhranın sütunlarını yarada bilərmi?

Baş verən hadisələrə soyuqqanlılıqla nəzər salaq

Pandemiya bəzi ölkələrin imicini çox güclü şəkildə zədələdi, etibarını yerlə bir etdi, çarəsizliyini və acizliyini açıq aşkar ortaya çıxardı. Onların zəif tərəflərini dünyaya göstərdi, üzərlərindənki bütün pərdəni qaldırdı.

Koronavirus pandemiyası bir çox ölkələrin, əslində, göründüyü qədər “sehirli”, o qədər güclü olmadığını,  kənardan görsənən məğrurluq zənginliyin altında fövqəladə çarəsizliklərin yatdığını, o ölkələrin düşünüldüyü qədər dözümlü, məğrur olmadıqlarını, bir infeksiyanı belə normal idarə edə bilmədiklərini bütün dünyaya göstərmiş oldu.

Çin virusdan qurtuldu, hədəfdə isə ABŞ-dır

Bu çarəsizlik nümunələrinin önündə gələn dövlət məhz elə ABŞ özüdür. Texnologiya, təhlükəsizlik, sənaye və bilinən bütün sektorlarda dünyanın ən yaxşısı kimi tanınan lider-dövlət böhranın qarşısını ala bilmədi, yoluxmanın sürətini azaltmağa qüdərti çatmadı və nəticədə, vətəndaşını qoruya bilmədi.

Virus Çindən çıxdı, dünyaya yayıldı, amma zərbənin ən güclüsünü ABŞ-a vurdu. Nyu-York pandemiyanın mərkəzinə çevrildi. 20 mindən çox ölüm hadisəsi ilə dünya böhranının ilk pillələrində yer alan ABŞ-da sosial birliyin, əslində, heç mövcud olmadığı açığa çıxdı. İnsanlar dünyanın gözləri önündə çarəsizliyə tərk ediliblər. Bu ölkədən hər gün vahiməli açıqlamalar yayılır.

ABŞ-da silahlı vətəndaşlar yolları bağlayıb

Miçiqan əyalətində vətəndaşlar əllərində silahlarla küçələrə çıxıb. Demokratlar Partiyasının təmsilçisi olan  qubernatorun küçəyə çıxma qadağasına etiraz bildirmək üçün məclis binasının önündə nümayişlər keçirilib, yollar vətəndaşlar tərəfindən bağlanılıb.

“Virus yox, iqtisadi böhran öldürür”- deyə bağıran nümayişçilər ABŞ-da daxili təhlükəsizlik baxımından yeni bir təhlükəni – kütləvi bölünmələri ortaya çıxarır.

Böhranı idarə edə bilmədiyi üçün ABŞ daxilində kütləvi bölünmələr başlayıb. Pandemiyanın qarşısını ala bilməyən, böhranı idarə edə bilməyən ABŞ-ın elə bu səbəblə də Çinə qarşı nifrəti getdikcə böyüyür. Bütün bunlar zəiflikləri, ortaya çıxan ayıbları gizlətmək təlaşıdır.

Özlərini “Yer üzünün Tanrısı” elan edən ABŞ və Avropaya nə oldu?

Fransa, İngiltərə, İtaliya İspaniyanın da imicinə güclü zərbə dəydi. Zəngin, güclü, müasir ölkə anlayışları yerlə bir oldu. Bu ölkələr bütün siyasi, iqtisadi və tibbi imkanlarına rəğmən, pandemiya ilə mübarizədə dünyaya nümunə ola bilmədilər, məğlubiyyətə uğradılar. Çox daha yoxsul və gücsüz ölkələr yoluxma ilə mübarizədə bu ölkələrdən daha güclü dözüm nümayiş etdirdilər.

Elə isə dünya  bütün bunları sorğulamayacaq?

ABŞ və Avropaya nə oldu? Yüzillərdir dünyanın təbii sərvətlərini talan edən, bütün siyasi və iqtisadi hadisələri nizamlayıb, istədiyi tərzdə idarə edən, özlərini “dünyanın Tanrısı” elan edib, “bütün dövlətlərin ən yaxşısı” adlanan bu ölkələrə indi nə oldu?

Bu ölkələrə bundan sonra nə olacaq? Dünyaya və bəşəriyyətə nə verə biləcəklər? Hansı yönləri ilə nümunə, model ola biləcəklər? Hansı məharətləri ilə insanlığın önünə keçib, yol aça biləcəklər? Artıq bütün bunlar mümkündürmü? Əlbəttə ki, mümkün deyil…

Yüzillərdir yeridikləri və dünyanı da öz arxalarınca süründürdükləri yol nəhayət bitdi.

Türkiyə qlobal arenada önəmli rol almağa başlayır. Ərdoğan nə üçün “Enən yüksələr, yüksələn enər” ifadəsini işlətdi?

Asiya ölkələriTürkiyə pandemiya böhranını müvəffəqiyyətlə idarə edə bilir. Qərb dünyasında Türkiyə üçün ”yeni dünyanın qlobal aktyoru” ifadəsi işlədilməkdədir. Gücün yer dəyişməsi, sadəcə olaraq, dünya müharibələri ilə baş vermir. Böyük, kütləvi dəyişikliklərlə, xalqları və ölkələri yerindən tərpədən hər hansısa bir hadisə ilə də mümkün olur.

Hal-hazırkı pandemiya böhranı onsuz da dəyişmək üzrə olan dünyan düzəninin sürətini fövqəladə formada daha da gücləndirdi. Olanlar isə göz qabağındadr.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Türk Şurasının “COVİD-19 Pandemiyasına qarşı Həmrəylik Zirvəsi”ndə “Qutadqu-bilik” əsərindən bu ifadələri misal çəkdi:  “Enən yüksələr, yüksələn enər; Parlayan sönər, yüksələn dayanar”. Türkiyənin hal-hazırkı vəziyyəti budur.

Çarəsiz qalan ABŞ Çinə sataşmağa başlayıb: “Virusu Çin yayıb”

Qərb sınanır, ABŞ sınanır, Avropa dünyası böyük bir sınaq içərisindədir. Qərbin yüzillərə dayanan talan siyasətləri, 21-ci əsr üçün hazırladığı yeni “oğurluq planları” radikal formada sınanmağa davam edir. Bu sürət davam edərsə, Qərb üçün tarixin sonu gəlmiş olacaq.

ABŞ və Avropa öz çarəsizliklərini digər zəif ölkələrə sataşaraq ört-basdır etməyə çalışırlar. Avropa Birliyi ölkələrindən AB-yə öfkə və təzyiq dolu ifadələr səslənir. ABŞ isə təqsiri beynəlxalq dünya təşkilatlarının üzərinə atır. Özünü təmiz göstərmək üçün ÜST-ü (Ümumdünya Səhiyyə Təşkilatı) yayılan pandemiyanı küçümsəməkdə günahlandırır. Sonra Çinə hücum edir.  ABŞ, İngiltərəİsrail yayılan pandemiyanın təbii hadisə olmadığını, Uhan laboratoriyalarında məqsədli şəkildə hazırlandığını və həmin yerdən bir işçiyə yoluxdurularaq bütün dünaya yayıldığını iddia edirlər. İddianın qaynağı isə İsrail kəşfiyyatıdır. Bu da bütün ölüm hadisələrindən Çinin məsuliyyət daşıyacağına, dolayısı ilə böyük bir qarşıdurmanın yaşanacağına işarədir.

Çin: “Bunu bizə ABŞ hərbçiləri gətirdi”…

Çin iddia edir ki, 18-27 oktyabrda Uhan şəhərində təşkil olunan hərbi parada 300 ABŞ əsgəri gəlib, eyni zamanda, əlavə olaraq 100 ölkədən də parada qatılanlar olub. Ola bilsin ki, virusu da həmin zaman Uhana ABŞ hərbçiləri gətirib.

Pekin hökuməti bu hadisədən cəmi iki həftə sonra koronavirusun yayıldığını təsbit edə bilib. Bəzi mənbələr Uhana gedən ABŞ hərbçilərinin Merilenddə yerləşən ABŞ hərbi laboratoriyası ilə bağlı olduğunu irəli sürürlər.

Əlavə olaraq, Bill Qeyts fonduDünya İqtisadiyyat Forumunun sponsorluğunda MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi), Dünya Bankı, İMF işçilərinin qatıldığı, bəzi dərman firmalarına məxsus şəxslərin də yer aldığı “min koronavirus yalanı”nın, bu yalandan bir neçə həftə sonra Uhandakı yoluxmanın getdikcə böyük vüsət aldığı iddia edilir.

ABŞ və Avropa – səriştəsizlik, siyasi hədə-qorxu, hərbi təhdid… Geri dönüş yoxdur

Təqsirləndirmələr daha da güclənəcək. Qarşılıqlı hücumlar daha da artacaq. Ölkələr günahı öz boyunlarından ataraq,başqalarını günahkar elan edəcəklər. ABŞ və Avropa öz səriştəsizliyini, çarəsizliyini üzərindən atmaq üçün bir qurban axtarışındadır. Məhkəmə işləri başlayacaq və sanksiya qərarları tətbiq ediləcək. Ticarət mübarizələri daha da sərtləşəcək. Siyasi şantajlar, hərbi təhdidlər və ya şoular başlayacaq.

Amma ABŞ və Avropanın əvvəlki görkəmi, sehri, təhlükəsizlik anlayışı, dünyaya verdiyi kredit güzəştləri bir daha geri gəlməyəcək. Dünya ölkələrinə liderlik etmə, nümunə olma imkanları əllərindən alınacaq.

Pandemiya Qərb mədəniyyətini torpağa basdırdı, əfsanənin sonu gəldi. Dünya isə qopma mərhələsindədir.

Koronavirus  Qərb mədəniyyətinin əsrlərdir davam edən güclü görkəmini, topdağıtmaz imicini, özünə olan güvənini məhv etdi, xülyaların sonunu gətirdi. Bundan sonra kimi təqsirləndirsələr də, 21-ci əsrə aid bütün planları, strategiyaları bir virusla pozuldu.

Virus böyük mübahisələri daha da alovlandırır. “Dünya əvvəlki kimi olmayacaq” ifadəsi  yavaş-yavaş özünü həqiqətlərlə əvəz edir, yəni, gerçəkləşir. Yeni güclər daha da yüksələcək. Türkiyə isə bu yeni güclərdən biridir.

Qərbin “görkəmli” tarixinin sonu. ABŞ-dan son 24 saatın hesabatı gəlib – 4931 nəfər həyatını itirib. Bu, dünya müharibəsini başladacaq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə