XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 19:30

TRAMPIN ZƏNGİN AİLƏLƏRLƏ SAVAŞI SON MƏRHƏLƏYƏ YAXINLAŞIR:"Ya Vaşinqton üçün qazanıb yaşayacaqsınız, ya da..." - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 17 aprel 2020-ci il

 

Gəlin, bu gün də ailələrlə dövlətlər arasındakı münasibətlərdən bəhs edək. RokfellerRotşild ailələrini artıq hər kəs tanıyır. Yolu Nyu-Yorka düşən hər bir kəs 5-ci küçədə bu iki ailənin gücünü, varlığını, meydan oxumasını görə bilər. Nəhəng binaları ilə imperiyalarını davam etdirdiklərini elan edirlər. Bunlardan başqa da önəmli ailələr vardır. O qədər tanımarıq, üzərlərində durmarıq.

Onlardan biri də Bronfmanlardır. Əslində, onlar 2000-ci ilədək 10 milyarddan artıq sərvətləriylə, Absolut Vodka”, “Chivas Regal”, “Martell Cognac kimi dünyada məşhur olan içki markalarının sahibləri olaraq dünya xanədanları siyahısında ön sıralarda yer tuturdular.

Ailənin qurucusu olan Samuel Bronfman 1916-cı ildə Rusiyadan Kanadaya köçür. 1928-ci ildə satın aldığı “Seagram” şirkətini 1930-cu illərdə Amerikadakı içki qadağasından istifadə edərək, böyüdür və bölgənin önəmli istehsalçılarından biri halına gətirir. Samuel Bronfmanın 1971-ci ildə ölməsindən sonra idarəçiliyi ələ alan oğulları Böyük Edqar və Çarlz Bronfman atalarından öyrəndikləri iş intizamı və təvazökarlıqla “Seagram”ı dünyanın ən böyük içki şirkətlərindən biri halına gətirirlər. 1990-cı illərin əvvəllərində 60 yaşlı Böyük Edqar “Seagram” şirkətinin idarəçiliyini ailənin 3-cü nəsil təmsilçisi olan ortancıl oğlu Kiçik Edqar Bronfmana təhvil verməyə qərar verdi.

Bu mövzuya dönəcəyik, lakin bu arada qeyd etməliyik ki, ABŞ yenilənərkən başqa bir dünya xəyal edir. Baxın, ABŞ Prezidenti Donald Tramp çox önəmli işlərə imza atdı. Ancaq onun da gələcəyinin necə olacağını kimsə bilmir. Qəribədir, ancaq reallıq budur. ABŞ Prezidenti müdhiş işlər gördüyü halda belə, gələcəyinin necə olacağını bilmir.

Hər bir ölkədə güclü ailələr vardır. Bir də bu ölkələrdəki ailələri seçən və böyüdən ailələr vardır. Yəni, ailələr zənciri mövcuddur.

Tanımadığımız ailələrdən biri də Düponlardır. Düponlar “dərin Amerika”nın ən önəmli güclərindən biridir. Onun da böyütdüyü bir ailə vardır. O hansı ailədir? Bəli, Bronfman ailəsidir. Düpon 1970-ci illərin başında Bronfman ailəsinə kiçik bir hissə verir. Bu “hissə şirkətin” inanılmaz dəyər qazanması ilə birlikdə, Bronfmanlar ABŞ-ın önəmli ailələrindən birinə çevrilir. Ancaq gənc Kiçik Edqar Bronfman 1994-cü ildə ailənin ən səlahiyyətli şəxsi olunca, nizam pozulur. Çünki Kiçik Edqar Bronfman Düpon ailəsini buraxıb, onların ən böyük rəqibi olan Rotşild ailəsilə ortaqlıq edir.

Edqar Bronfman

Rotşild ailəsi hər ailəyə bir ölkəni təhvil verir. Kiçik Edqar Bronfman da Avropa və Orta Şərqin ən önəmli ölkələrindən olan Türkiyədən məsul şəxs elan edilir. Bəli, Türkiyəyə görə məsuliyyət daşıyan bir ailə vardır. Kitab, film, qəzet və televiziyalarda olmayan məlumat da bu idi. Bir boss var idi, amma xəbərimiz yox idi. 1995-ci ildən etibarən hər bir zəngin Kiçik Edqar Bronfmanla tanış oldu. Bütün zənginlərin yolu buradan keçdi. Kiçik Edqar Bronfman kredit verirdi, pul alan ailələr də siyasət üzərində təsirli olurdu. Siyasi təsirləri olan ailələr də Kiçik Edqar Bronfmanın istədiklərini edirdilər. Finalda da Kiçik Edqar Bronfman Ceykob Rotşildin istədiklərini edirdi. Zəncir, sistem belə işləyirdi. Bütün bunlar baş verdiyi halda da Kiçik Edqar Bronfman Düpon ailəsiylə qarşı-qarşıya gəlirdi.

Bronfman ABŞ-da güclü olmaq istədiyi üçün Türkiyə ilə çox maraqlanmırdı. Türkiyəni 2-ci plana atırdı. Bir il sonra, 1998-ci ildə Türkiyə ilə əlaqəsini kəsib, diqqətini ABŞ-a cəmləyincə, olanlar oldu. Media, əyləncə və kimya sektorunda çox böyüyən Bronfman ailəsinin bu qərarı Rotşild ailəsi üçün qəbuledilməz idi.

Bu səbəblə, işlər burada da qarışmışdı. Zənginlər Türkiyədə istədiklərini etdirə bilmirdilər. Zəncir, demək olar ki, qopma nöqtəsinə gəlmişdi. Ona görə də Kiçik Edqar Bronfmanın iflası üçün hazırlıq başladı. Şirkətlərilə əlaqəsi olan bütün iş adamları Kiçik Edqar Bronfmanla əlaqəsini kəsdi. Çox böyüyən və gələcəkdə dünyanı idarə edən bir neçə ailədən biri olması gözlənilən kanadalı yəhudi Bronfmanlar iflas etdilər. Onların iflas etməsindən sonra Türkiyə də marşurut dəyişdirdi və Vaşinqtona yaxınlaşdı.

Bronfman ailəsinin yaşadıqları bu gün də keçərlidir. Bu nümunəni də ona görə göstərdim. Hazırda yaşadığımız zaman kəsimində baş verənlər də tam elədir. “Dərin Amerika” ona qarşı olan zəngin amerikalılara bir təklif verdi: “Vaşinqton üçün qazanın və xoşbəxt yaşamağa davam edin…”

Əslində, bu təklif önəmlidir. Ancaq hər bir ailə Rotşildin Bronfmanları bir neçə gün içində necə çökdürdüyünü bilir. İndi seçim etməyə məcburdurlar. Ancaq bu seçim adi seçim deyil, onların gələcəyini müəyyən edəcək.

Bir neçə zəngindən misal gətirmək lazımdırsa, Elon Maska baxaq. O, qazanxanada işləyirdi. Cef Bezos McDonaldsda hamburqer düzəldirdi. Uorren Baffet 25 yaşında hələ yanında qəzet paylayan bir neçə adam işlədirdi. NBA komandalarından biri “Dallas”ın sahibi olan Mark Kuban həyatını paket satmaqla təmin edirdi. Bir də qarajlarda özlərini zəngin kimi təqdim edən yalançı iş adamları var idi… Bir sözlə, hamısı müəyyən bir şəkildə seçilir və dollar milyarderi edilir. Bu, həm “Dərin Amerika”nın, həm də Rotşild ailəsinin seçdiyi iş adamlarına aiddir. Doğrusu, bunun əksi mümkün deyildir. Ancaq seçilən bu ailələrin dünyanın idarə olunmasında heç vaxt söz haqqı olmaz. O məsələ ilə pərdə arxasındakı Rotşild, Rokfeller, Düpon, Uolton kimi böyük ailələr məşğul olurlar.

Koronavirus pandemiyası ilə birlikdə işlər dəyişdi. İndi böyük qərarların verilməsi zamanıdır. Ailələr yeni həyat məkanlarınımı seçəcək, yoxsa söykəndikləri keçmiş güclərin yanında duraraq bu savaşa girəcək? Cavabı maraq doğuran sual budur. Bu, hər bir ailə üçün fərqli olacaq. Ona görə də kimin necə qərar verəcəyi bilinmir. Bu qərar günlərinin gəlməsi üçün koronavirus infeksiyası kimi böyük bir təsir tələb olunurdu. Həmin koronavirus da xüsusi olaraq hazırlandı. İnsan oğlu bu virusla 2018-ci və ya 2019-cu ildə tanış olmalı idi. Ancaq dünya onu 2020-ci ildə tanıdı. Nə üçün 2 il təxirə salındı? Bir neçə versiya irəli sürə bilərik. Ailələrin savaşı, “dərin dövlət”lərin savaşı, Çinin ailə tərəfindən böyüdülməsi, Avropa Birliyindən Britaniyanın çıxmaq üçün nazlanması və s.

Qeyri-adi günlər yaşayırıq və fövqəladə hadisələrlə qarşı-qarşıya qalacağıq. Məncə, bunu bilməyimiz yetərlidir.

Gücün paylaşılması və güc uğrunda savaş bütün sürətilə davam etməkdədir. Tramp ailələrin üstünə getməyə davam edir. Ümumdünya Səhiyyə Təşkilatına pul verməməsinə də bu pəncərədən baxılmalıdır. Təşkilatın arxasında ailələr durduğuna görə, pulu kəsdi.

Savaş böyüyür. Biz də bu mübarizənin kəsişmə nöqtəsində qalırıq. Deyəsən, hələ bir müddət belə davam edəcək. Bazarlardakı mənfi meyllərin səbəbi də bu böyük savaşdır. Savaş hər yerdə, o cümlədən burada da özünü göstərməkdədir. İstənilən odur ki, Türkiyənin hərəkət marşurutu yenə də xaricdən müəyyən olunsun.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə