XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 17:30

HİNDİSTAN ÇİNİN “BOŞALAN YER”ini TUTMAĞI BACARACAQMI? –ABŞ "Asiya əjdahası"nın 4 trilyonluq payını yarıbayarı azaldır - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 21 aprel 2020-ci il

 

Əgər bir neçə ay öncə biri çıxıb bizə “Bir virusla dünya duracaq. Kimsə evindən çıxmayacaq. Siyasət də, iqtisadiyyat da alt-üst olacaq. Böyük xaos yaşanacaq” deyərək xəbərdarlıq etsəydi, gülüb keçərdik. Ciddiyə almazdıq. Oldumu? Oldu.

Uhanda başlayan infeksiya dünyanı rəsmən titrətdi. Hər kəs papağını qarşısına qoyub düşünməyə başladı. Xüsusilə qlobal mal və xidmət tədarükü şəbəkələri də daxil olmaqla, hər şeyi yenidən dizayn etmək üçün bu böhran böyük fürsət oldu.

Burada önə çıxan aktyor Çin idi. Dünyaya baxdığımız zaman ABŞ-ın çökməsinin də, yıxılmasının da ehtimal daxilində olduğunu görən, eyni zamanda bu böhranın Çinə böyük ziyan vuracağını söyləyən ağıllı şəxslərin varlığını da görürük. Ancaq bütün ağıllı adamlar yalnız bir məsələdə konsensus əldə etmiş kimi görünür: Covid-19 qlobal pandemiyası Çinin yalnız iqtisadi baxımdan deyil, eyni zamanda geopolitik güc olaraq masaya yatırılmasına səbəb oldu.

Çinin iddialarından xəbərsiz olan yoxdur. Çin “İpək yolu” və Afrika layihələriylə 65 ölkəni daxil etməklə, böyük təşkilat qurmaq niyyətində idi. Çinin geopolitik və hegemonluq istəkləriylə bağlı əsasları var idi. Bu, sirr də deyildi.

Çinin şəffaf, çevik iş şərtlərinin olduğunu söyləmək, əslində, mümkün deyil. On minlərlə kənddə tez-tez evlərindən köçməyə məcbur qalan işçilərin fabriklərin 4 divarı arasında, demək olar ki, həbs edildiyi məlum idi. Çin kimi kommunist bir ölkədə kapitalizm vəhşi formada inkişaf edirdi, nəzarət edilə bilmirdi. Çünki Çin qapalı idi. İnformasiya axını rejimin izin verdiyi ölçüdə idi.

Dünya nizamı Covid-19 sayəsində dəyişir. Bu, artıq aydındır. Çinin totalitar quruluşu, şəffaflıqdan uzaq durması Pekinlə dünya arasındakı əlaqələri pozdu. Çox adam “Bu gün Covid-19-a görə sağlıq, iqtisadiyyat zərər gördü. Yaxşı, bəs sabah nə olacaq?” deyərək, qayğılarını dilə gətirməkdədir.

Aydın olan budur ki, Çini Çin edən güc koronavirus pandemiyasından sonra yumurtaları eyni səbətə qoymaq istəməyəcəkdir. ABŞ-ın Prezident Niksonla başlayan “Çini böyütmə” əməliyyatı Çinin xəyallarına və onların gətirdiyi risklərə görə durduruldu. Tədarük şəbəkələrinin 80%-nin Çinin əlində olmasına “Dur!” deyildi. Gedişat bunu göstərir. Doğrusu, ip ucları artıqlamasıyla vardır.

Almaniyanın “Bild” qəzeti və arxasınca da digər nəşrlər hesablamağa girişiblər. Çindən istənəcək təzminat rəqəmini açıqlayıblar. Məsuliyyət daşıyan tərəf olaraq Çini görmək meyli getdikcə yayğın bir görüş halına gəlməkdədir. Çin Kommunist Partiyasının (ÇKP) Uhanda başlayan virus epidemiyasını gizlətməsi, özünü görməməzliyə vurması, infeksiyanın yayılmasına imkan yaratması və məlumat verməməsi Pekin üzərindəki sisin, dumanın artmasına səbəb olub.

İstehsalçı Çin, haqlı olaraq, dünyadakı hərbi və iqtisadi iştirakını artırmağı hədəfləmişdi. Bunun üçün çoxsaylı həmlələr etmişdi. Yardım etdiyi ölkələrdən tutmuş ortaqlıq təklif etdiyi coğrafiyalaradək baxdıqda, bunu görmək çətin deyil. Onun epidemiyadan sonra tibbi vasitələrlə yardıma tələsən “Məsih görüntüsü” isə qəbul edilmədi. Artıq şübhənin ünvanı Çin olmuşdu. Ehtiyacı olanlar belə, Çindən gələnə “Dur!” deyirdi.

Koronavirus epidemiyası hələ ABŞ-a gəlməmişkən, 24 fevralda Prezident Tramp qalxıb Hindistana getdi. Bəlkə də eyni şey deyil, amma ağlıma Prezident Niksonun, yəni, əl verib Mao Tszedunla salamlaşan ABŞ prezidentinin 1972-ci ildəki Çin ziyarəti gəldi. Nikson 21-28 fevral tarixlərində Çində qonaq olmuşdu. Pekin, Hançjou və Şanxayı gəzmişdi. Bu, Çinin böyüdülməsi qərarının həyata keçirildiyi il idi.

Tramp da 2 gün Hindistanda qaldı. Milyonlarla hindli tərəfindən yollarda sevgi yağmuruna tutuldu. Qucerat əyalətinin Əhmədabad şəhərindəki “Motera” stadionunda 100 min adam qarşısında çıxış etdi. Nitqinin bir yeri çox önəmli idi. Prezident Tramp deyirdi: “Birlikdə suverenliyimizi, təhlükəsizliyimizi müdafiə edəcəyik, azad və açıq Hind-Sakit okean bölgəsini uşaqlarımız və gələcək bir çox nəsillərimiz üçün qoruyacağıq”.

Tramp ABŞ adından birbaşa Çinə mesaj verirdi. Hind lider Modi isə, doğrusu, “Gəl, Hindistanda istehsal et!” şüarına sarılırdı. Hindistan sürətlə Çindən qoparacağı rola doğru həmlə edirdi. ABŞ da bunu çox istəyirdi.

Sual isə budur: “Dünya iqtisadiyyatına mal və xidmət ticarəti sahəsində, təqribən, 4 trilyon dollar töhfə verən Çinin yerini kim tutacaq?” Bunu bu gün və ya sabah etmək mümkün deyildir. Bu, asan bir sistem dəyişikliyi deyil. Ancaq ABŞ bu 4 trilyon dolların, ən azı, yarısını başqa ölkələrə yayacaq. Çin isə 2 trilyon dollarlıq ticarət həcmi ilə ölmədən yaşayacaq.

ABŞ təkqütblü dünya nizamının qurulması üçün bunu planlaşdırır. Çin də ABŞ olmadan, əslində, heç mövcudluğunu qoruya bilməyəcəyini bildiyi üçün ilk etapda bu təklifi qəbul edəcək. Bu çərçivədə Hindistana rol veriləcək. Çinə 2 trilyon dollarlıq sahə qalacaq. Tamam. Yaxşı, bəs qalan 2 trilyon dollar necə paylaşdırılacaq? Bunu yaşayıb görəcəyik.

Görünən odur ki, II Dünya Müharibəsindən sonra sovetlərin etirazına rəğmən, Çini masaya oturdan ABŞ indi həmin Çini dünyanın “Amazon”u olmaması üçün budamağa qərar verib.

Doğrusu, qloballaşma hər kəsə müəyyən dərəcədə ətalət, süstlük gətirdi. Təhlükəsizlik belə, çox halda qulaqardı edildi. Qloballaşmanın nemətləri sayılarkən hesab edildi ki, dövlətlərarası əlaqələr problemsiz davam edəcək. Kağız üzərində “doğru” kimi görünən bu model koronavirus epidemiyasilə yerlə bir oldu.

Epidemiya ilə birlikdə, qloballaşmanın simvolu olan Çinə etibar əməlli-başlı azaldı. Maska, kağız dəsmal, tibbi yardım vasitələri istehsal edə bilməyən, bunu Çinə həvalə edən dövlətlər ağrılı şəkildə reallıqla üzləşdi. Təxirəsalınmaz durumlarda lazım olanı ala, tapa, insanlara çatdırıb çarə ola bilmədi. Milli dövlətlərin önəmi bir daha təcrübə edilərək, həm də böyük sarsıntıya məruz qalaraq öyrənildi.

Uzaqdan baxdıqda, koronavirus epidemiyasının “Qlobal ortaq mənafe” sisteminin tamamilə çökməsi üçün planlaşdırıldığı görünməkdədir. Bütün dünyada tanınan şəxslər belə şərh verməkdədirlər.

Virusdan ən çox zərər görən ölkə olan ABŞ-ın da epidemiyadan sonra atacağı addımlarla yeni dünya nizamını quracağı fikri irəli sürülməkdədir. Rotşild ailəsinə çox yaxın olan “Chatham House”-un direktoru Robin Niblett belə, bu baxışı müdafiə etməkdədir.

Əgər Çin budanacaqsa, gücünün müəyyən hissəsi əlindən alınacaqsa, bu iş bitənədək koronavirus epidemiyası davam edəcəkdir. Koronavirusun ömrü yeni sistemin gəlişinədəkdir.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə