XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2015 - 13:13

ATET_imzalnama_1

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Leonid Brejnev  Helsinki Yekun Aktını imzalayır

 

Bu gün ATƏT-in yaradılmasından 40 il keçir. Bu müddət ərzində təşkilatın fəaliyyəti heç vaxt birmənalı qarşılanmayıb. Son illər isə ATƏT daim tənqid atəşinə tutulub. Azərbaycanda hər kəsin adını eşitdiyi bu təşkilat yalnız elə Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyə görə bütün bu tənqidlərə layiqdir.  Ukrayna münaqişəsində də ATƏT-in gözləntiləri doğultmadığı dəfələrlə vurğulanıb. ATƏT 40 illik yubileyini qeyd edərkən, “Təşkilatın gələcəyi necə olacaq?, “Rusiya ATƏT-dən qovulacaqmı?, ” Təşkilatda islahatlar aparılmalıdırmı? sualları  ekspertləri və sadə insanları narahat edir. “Alman dalğası” tərəfindən hazırlanan  “ATƏT-in 40 illik yubulyei-Missiya yerinə yetiriləcəkmi?” başlıqlı məqalədə bu sullara cavab tapmağa çalışılıb.

Strateq.az həmin məqalənin tərcüməsini təqdim edir:

Bir müddət əvvəl Ukrayna başqa ölkələrə münaqişələrin həllində yardım etməyə çalışırdı. 2013-cü ilin yanvar ayında Ukrayna ATƏT-ə rəhbərlik etməyə başlayanda dondurulmuş münaqişələrin dinc yollarla həlli, xüsusən Dnestryanı münaqişəsinin həlli prioritetlərdən biri kmi bəyan edilmişdi. Bir il sonra isə Ukrayna özü köməyə möhtac qaldı. Rusiya Krımı ilhaq etdi, Rusiya meyilli separatçılar isə Donbas bölgəsinin əsas hissəsinə nəzarəti həyata keçirdilər. Müharibə minlərlə can aldı. Avqustun 1-də 40 illik yubileyini qeyd edən ATƏT üçün  Ukrayna başlıca beynəlxaq arena oldu.  Təşkilatın 100-lərlə müşahidəçisi Ukraynanın şərqində atəşkəsə nəzarət edir. Bundan başqa, ATƏT təşkilat kimi Ukraynadakı münaqişənin həllü üzrə Minsk Təmas Qrupunun üzvüdür.

“Soyuq müharibə”də gərginliyin azaldılması üçün alət

Bir az əvvəl isə çoxları ATƏT-i “kağız pələngi” adlandırırdılar və onu çox az adam yada salırdı. Hamburq Universitetində ATƏT-in öyrənilməsi mərkəzinin direktoru Volfaqanq Zelner (Wolfgang Zellner) bildirir ki, üzv ölkələr ATƏT-ə çox az diqqət ayırırdılar: “İndi isə bu təşkilatla jurnalistlər maraqlanır və onu İqtisadi Əməkdaşlıq və  İnkişaf Təşkilatı (OECD) ilə dəyişik salmırlar. Bütün bunlar Ukrayna böhranından sonra baş verdi”.  

ATƏT-in tarixi “soyuq müharibə” illərindən başlayır. 1973-cü ilin yayında SSRİ-nin rəhbərliyi ilə Varşava Müqaviləsi Təşkilatı üzvləri  Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə məsləhətləşmələrə başladılar.  Bu təşəbbüsün əsas məqsədi Qərb ölkələri ilə gərginliyin azaldılması idi.  İki il sonra avqustun 1-də 1975-ci ildə 35 ölkənin rəhbərləri Helsinki yekun Aktını imzaladılar və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi təşkilatının əsası qoyuldu.  Aktı imzalayan ölkələr münaqişələrin dinc həlli və insan haqların hörmət edilməsi öhdəliklərini də qeyd etdilər. Sosialist ölkələrində Helsinki Qruplarının meydana gəlməsi məhz bu öhdəliklə bağlıdır. Bu qruplar “dəmir pərdə” arxasındakı ölkələrdə insan haqlarının qorunmasına nail olmağa çalışırdılar.

Sosialst ölkələrinin Şərq blokunun dağılmasından sonra ATƏM-in qarşısında yeni çağrışlar dururdu. Keçmiş sovet ölkələrində demokratiyanın qurulması ATƏM-in əsas missiyasına çevrildi.  Bir çoxları ATƏM-i məhz seçkilərdəki müşahidə missiyalarına görə tanıyırlar.

1995-ci ildə təşkilatın adı dəyişdi və ATƏT oldu. Bu gün mənzil qərargahı Vyanada yerləşən təşkilatın 57 üzvü var. Bunlar sırasında 2012-cü ildə qəbul olunan ən yeni üzv kimi Monqolustan da var. ABŞ da təşkilatın yaradıcılarından biridir.

Rusiya və Qərb arasında qarşıdurma

Artıq 10 ildir ki, eksperlər təşkilat daxilində parçalanma müşahidə edirlər.  Bu Rusiya və Qərb ölkələrinin qarşıdurmasından qaynaqlanır.  Moskva təşkilatı insan haqlarının qorunması məsələlərində “ikili standartlarda və ölkələrin daxili işlərinə müdaxilə etməkdə" günahlandırır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2006-cı ildə ölkəsinin ATƏT-i tərk edəcəyi ilə hədələmişdi.  Rusiyada keçirilən 2007 və 2011-ci illərdəki parlament və 2008-ci ildəki prezident seçkilərində ATƏT müşahidəçiləri iştirak etməmişdilər.  ATƏT bəyan etmişdi ki, Moskva çox sərt tələblər irəli sürür.

Keçmiş sovet respublikalarında təhlükəsizlik problemlərinin həllində də ATƏT-in ciddi uğurları yoxdur.  Təşkilat nəinki Qarabağ münaqişəsinin həllinə yardımçı ola bilmədi, hətta Gürcüstanda 2008-ci ildə olduğu kimi yeni münaqişələrin qarşısını ala bilmədi.

Yubiley ərəfəsində diplomatik skandal

Ukrayna böhranı başlayandan sonra görünür ki, ATƏT yenidən 40 il əvvəlki problemlərlə üz-üzə qalıb. Siyasətçilər bunu inkar edir. Ekspertlər isə getdikcə daha ucadan yeni “soyuq müharibə” haqqında danışırlar.  Zelnerin sözlərinə görə, Krımı ilhaq etməklə Helsinki Yekun Aktının baza prinsipləri dəfələrlə pozulub. Bu prinsiplər arasında ölkər arasında gücün tətbiqinin yolverilməzliyi və sərhədlərin toxunulmazlığı prinsipləri də vardı.

ATƏT-in yubileyindən xeyli əvvəl diplomatik qalmaqal vəziyyəti daha da gərginləşdirdi.  ATƏT-in Parlament Assambelyasında iştirak etmək üçün gələn Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkini və daha 5 deputatı Finlandiyaya buraxmadılar. Helsinki bunu Avropa Birliyinin tətbiq etdiyi sanksiyalarla izah etdi. Bunun nəticəsində bütün Rusiya nümayəndə heyəti etiraz əlaməti olaraq Assamleyanın sessiyasında iştirak etməkdən imtina etdilər.

ATƏT-in gələcəyi necə olacaq?

heyder ATET cixish.jpg

Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyev ATƏM-in Budapeşt sammitində 

 

Uğursuzluqlara baxmayaraq, ekspertlər tam tam iflasdan söz etmirlər. V.Zelnerin sözlərinə görə, ATƏT özlüyündə çox zəif təşkilatdır.  Onun əsas  vəzifəsi münaqişələrin stabilləşdirilməsidir. Hamburqdan olan ekspertlər Rusiyanın ATƏT-də üzvlüyünün dayandırılması ideyasını təqdir etmirlər: “Əgər Yuqoslaviya münaqişəsi zamanı (1992-2000-ci illər) olduğu kimi, Rusiyanın ATƏT-də iştirakına son veriləcəksə,  onda ATƏT-in mənası itəcək.  Artıq təşkilatı buraxmaq olar. Rusiyasız Ukraynada xüsusi müşahidə missiyasının fəaliyyəti də mümkün olmayacaq”.

Bu fikirlərlə Kiyev Avroatlantika Əməkadaşlığı İnstitunun eksperti Aleksandr Suşko da razılaşır.  Onun fikirincə,  Ukraynann Şərqində proseslərin nizamlanmasında ATƏT-in alternativi yoxdur. ATƏT isə Krımın ilhaqının qarşısını ala bilməzdi: “Əgər Rusiyanın etdiyi cinayətləri onun üzünə demək üçün Ukraynaya hər hansı müstəvi lazımdırsa, onda Moskvanı təşkilatdan çıxarmaq olmaz”.

Zelner və Suşko əmindirlər ki, ATƏT-də ciddi islahatalar aparılması zəruridir. Təşkilatın yeni konfransının – “Helsinki-2”nin  çağrılmasına da ehtiyac var.  1975-ci ildə təsbit olunan prinsiplər indi də aktualdır. Amma əsas məsələ üzv ölkələrin bu prinsiplərə əməl etməsidir.

2016-cı ildə Almaniya ATƏT-ə rəhbərlik etməyə başlayacaq.  Ukrayna təşkilat üçün əsas mövzu olaraq qalmaqda davam edəcək.  Ekspertlət Berlinin bu məsələlərlə bağlı Moskva ilə yenidən danışıqlar prosesinə start verilməsinə cəhdlər olunmasını gözləyirlər. Amma əlavə edirlər ki, bu proses asan olmayacaq və heç də, danışıqların uğurla sonuclanacağına heç kim zəmanət vermir.

 

Öz tərəfimizdən əlavə edək ki, Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.

Strateq.az