XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 23:22

UKRAYNADA “ERMƏNİ MƏSƏLƏSİ”NƏ BAXIŞDA HAÇALANMA:Zelenskinin iki nazirliyindən fərqli açıqlamalar nəyin göstəricisidir? - TƏHLİL

Sarqis Artsruni

“1in.am”, Ermənistan, 27 aprel 2020-ci il

 

Ukrayna XİN-i 24 aprel ərəfəsində ölkə parlamentinin deputatlarını erməni icmasının təşkil etdiyi anım tədbirlərində iştirak etməkdən çəkinməyə və ən başlıcası, öz ictimai bəyanatlarında 1915-ci il hadisələrini soyqırımı kimi qiymətləndirməməyə çağırıb.

Ukrayna Ali Radasındakı “Ukrayna-Ermənistan” dostluq qrupunun sədr müavini, hakim “Xalqın xidmətçisi” Partiyasının üzvü Darya Volodina öz feysbuk səhifəsində Xarici İşlər nazirinin müavini Vasili Bodnarın imzası olan rəsmi məktubun surətini yayıb. Məktubda deyilir: “Ölkəmizin bu məsələyə yanaşması dəyişməyib, Ukrayna “ermənilərin soyqırımı”nı tanımır”.

Darya Volodina artıq cümə günü həm qrup üzvləri, həm də digər deputatlar tərəfindən imzalanacaq müraciət-bəyanat hazırladığını qeyd edərək, bu məktubu tənqid edib. Volodina həmçini qeyd edib: “Bu məktubda Ukrayna XİN-ə öz məktubunu geri çağırmaq və ya ona düzəlişlər etmək, üzr istəmək haqqında çağırış vardır. Məncə, qeyri-diplomatik ifadələr işlədən Xarici İşlər nazirinin müavini haqqında xidməti təhqiqatın aparılması da mümkündür”.

Əlbəttə, hər hansı bir ölkənin xarici siyasəti qanunvericilər tərəfindən deyil, icra hakimiyyəti tərəfindən müəyyən edilir. Bu halda, bizim Darya Volodinanın siyasi yanaşmasını və vətəndaş mövqeyini necə qiymətləndirməyimizdən asılı olmayaraq, rəsmi Kiyevin mövqeyinin məhz Ukrayna Xarici İşlər naziri müavininin məktubunda əks olunduğunu təsdiq etmək çətin deyildir. Hətta Vasili Bodnarın özfəaliyyətlə məşğul olduğunu və ya Xarici İşlər nazirinin, Baş nazirin və ya Prezidentin məlumatı olmadan deputatlara belə bir məktub göndərdiyini fərz etmək də sadəlövhlük olardı.

İndi rəsmi Kiyev üçün Bakı və ya Ankara ilə münasibətlərin nə üçün belə mühüm olması məsələsinə ətraflı qayıtmaq istəmirəm, digər tərəfdən, qeyd etmək istəyirəm ki, Ermənistan bütün beynəlxalq platformalarda Rusiya ilə birlikdə Ukraynanın əleyhinə səs verir. Nə inqilabdan öncə, nə də sonra Ermənistan-Ukrayna gündəliyi formalaşdırmağa cəhd edilmədiyini xatırlatmaq artıq olardı və bu məsələdə yalnız Kiyevi ittiham etmək çətindir. Etiraf etmək lazımdır ki, hətta 2018-ci ildən sonra da Ermənistan xarici siyasəti Rusiya amilini dəf edə bilməyibdir.

İstənilən halda, Ukraynaya dönək və qeyd edək ki, rəsmi Kiyevin “türk gündəliyi”nə yalnız xarici siyasətə minimal təsiri olan deputatlar deyil, bu ölkənin həyatında həlledici rola malik olan bir xadim – Ukraynanın daxili işlər naziri Arsen Avakov da qarşı çıxıb. O, özünün tvitter mikrobloqunda Ermənilərin soyqırımının (mətndə belə gedib – tərc.) qurbanlarının xatirəsini hörmətlə anaraq, belə bir qeyd edib: “24 aprel – Ermənilərin soyqırımını, 1915-1924-cü illərin milyonlarla qurbanını anma və matəm günüdür. Faciədən, dünyanın fərq etməməyə qərar verdiyi faciədən 105 il ötür. Lakin cəzasızlıq yeni cinayətlər doğurur. Bu faciənin təkrarlanmasına yol verməmək üçün xatırlayacağıq”.

Əlbəttə, çoxları Avakovun bu qeydini onun erməni kökləri ilə bağlayır. Lakin əgər Avakovun fəaliyyətində, necə deyərlər, “erməni gündəliyi”nin kifayət qədər az ifadə olunduğu nəzərə alınarsa, bu, heç də dominant versiya deyildir. Ukrayna Daxili İşlər nazirinin qeydi, çox güman ki, Ukraynada, necə deyərlər, monolit hakimiyyətin formalaşmadığından və ən mühümü, Ukrayna elitasında Ermənistan-Ukrayna münasibətlərində inkişaf perspektivi görən xadimlərin az olmasından xəbər verir. Bu, rəsmi İrəvana yaxşı mesajdır, lakin o, belə səbəbləri xarici siyasətin şaxələndirilməsi və yeni istiqamətlərin inkişaf etdirilməsi üçün istifadə etməlidir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə