XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 12:15

“COVID-19 ƏN AĞILLI VİRUSDUR” –iranlı mütəxəssis koronavirus pandemiyasının gələn ilədək uzanacağı rəyindədir

“Aftab-e Yəzdqəzeti, 29.04.2020

 

Dünya ən şərq nöqtəsindən ən qərb nöqtəsinə qədər koronavirusdan təsirlənib və hər gün minlərlə insan bu virusun qurbanı olur. Belə bir vəziyyətdə kəşf olunacaq peyvəndin bəşəri xilas edəcəyinə və xəstəlik qurbanlarının sayının artmasının qarşısını alacağına ümid bəslənilir. Amma COVID-19 indiyə qədər 30 dəfədən çox mutasiya edib və xəstəliyin simptomları hər gün dəyişir. Həmin dəyişikliklər COVID-19-la bağlı narahatlıqları artırır.

Mutasiyaların sayı daim artır və bəzi mütəxəssislər mutasiyaların xəstəliyə qarşı dərman və vaksinlərin hazırlanması prosesinin inkişafına mane olduğunu düşünür və bu qənaət ümid yolunu bağlayır. Amma həmin iddia nə dərəcədə doğrudur?

 

33 dəfə mutasiya etmiş virus

Bu yaxınlarda Çin alimləri 33 koronavirus mutasiyasını kəşf və COVID-19 peyvəndi istehsalçılarına mümkün mutasiyanın qarşısını almaq üçün bu mutasiyaların təsirlərini nəzərdən keçirmə barədə xəbərdarlıq ediblər.

Çjian Universitetinin tədqiqatçıları yeni koronavirusun patogenezi əhəmiyyətli dərəcədə dəyişdirə bilən mutasiyaya məruz qaldığına dair danılmaz sübutların olduğunu söyləyirlər. Tədqiqatı Uhanda karantin rejiminin yaradılması təklifini irəli sürmüş, Çinin aparıcı elm xadimlərindən olan professor Li Lancvanın rəhbərlik etdiyi qrup aparıb.

Nümunələr xəstəliyin erkən mərhələlərində Hançjou xəstəxanasına yerləşdirilən 11 xəstədən götürülüb. Tədqiqatçılar virusda 33 mutasiya fikrinə gəlmək üçün “super dərin sekvensiya”dan yararlanıblar. SARS-COV-2-də müəyyən olunmuş bu mutasiyalardan 19-u yenidir.

“South China Morning Post”-un yazdığına görə, araşdırmaya cəlb olunmuş xəstələrdə müəyyən edilmiş ən ölümcül mutasiyalar tez-tez Avropadakı xəstələrdə müşahidə edilir. Bununla yanaşı, Vaşinqton ştatı da daxil olmaqla, ABŞ-ın bəzi bölgələrində virusun daha yumşaq ştammları (morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsitərc.) görülüb.

Yeni bir araşdırmaya görə, 5 xəstədə olan mutasiya əvvəllər Avstraliyada yalnız bir xəstədə müşahidə olunub. Tədqiqatçıların tapıntılar göstərir ki, viral stammların əsl müxtəlifliyi hələ lazımi səviyyədə qiymətləndirilməyib.

Alimlər mümkün müşküllərin qarşısını almaq üçün vaksin istehsalçılarını bu mutasiyaların təsirini nəzərə alma barədə də xəbərdarlıq ediblər. Bu araşdırmada tədqiqatçılar sonrakı dövrdə 1, 2, 4 və 8 saat, habelə 1 gün sonra insan hüceyrələrindəki viral yükü – virus miqdarını da nəzərdən keçiriblər. Hətta 48 saat sonra da virual yük qiymətləndirilib. Alimlər ən aqressiv stammların ən yumşaq stammlara nisbətən viral yükü 270 dəfəyə qədər artırdığını təsbit ediblər.

Professor Li və həmkarları bildirib ki, aşkarladıqları daha yüksək viral yüklər daha çox hüceyrə ölümünə səbəb olduğunu göstərir.

11 xəstədən 10-u, o cümlədən 4 aydan 71 yaşa qədər 8 kişi və 3 qadının cəlb olunduğu araşdırmada COVID-19-un orta və ya ağır simptomları varmış və “MedRxiv” saytında yayımlanan məlumata görə, onların hamısı sağalıb.

 

Daim dəyişən simptomlar

Koronavirus Çində yayıldıqda, qripə bənzər simptomların olduğu deyildi, lakin daha sonralar tənəffüs çətinliyi və kəskin ağciyər problemləri müşahidə olunub. Qısa müddətdə xəstəlik bütün dünyaya yayılıb.

Xəstəliyin simptomları daim dəyişildiyi də deyildi. Dad və qoxu duyğusu itkisi qripin simptomlarını əvəzləyib, ardınca ishal, qusma və həzm problemləri yerini alıb və mütəxəssislər bunun koronavirus xəstəliyinin əlamətləri olduğunu söyləyiblər.

Nəhayət, son bir neçə gündə səlahiyyətlilər dərinin rəngsizləşməsindən ekzema (dəri xəstəliyitərc.) və qabıqsoyulma, dəri infeksiyası və cilddəki ləkənin rəngsizləşməsi qədər koronavirus əlamətləri açıqlayıblar.

Son araşdırmalara görə, bu, rəngsizliyə səbəb ola biləcək kapilyarların və qan laxtalarının iştirakı ilə bağlıdır. Bir çox digər dəri rəngsizləşməsi halları da qeydə alınıb və tədqiqatçılar koronavirusun son əlamətlərini “barmaq koronavirusu” adlandırıb, çünki ayaq barmaqlarında mavi və ya bənövşəyi rəng alma müşahidə edilib.

 

Ağıllı COVID-19

Bu günə qədər “ağıllı virus”, “viral virus” və “sirli virus” kimi çoxsaylı adlar verilən COVID-19-la bağlı narahatlıqlar yetərincədir. Əsas məsələ: virusdakı mutasiyalar və dəyişikliklər peyvəndə və ya dərmana təsir edə bilərmi? Virus nə vaxtacan yayılmağa davam edəcək? Təbiətdə hər gün simptomları dəyişən və mutasiya edən virus varmı?

Bu və minlərlə digər suallar hazırda cəmiyyət üçün narahatlıq doğurur. Yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış COVID-19 üzrə Milli Komitənin üzvü Minu Mehrəz deyib: “Virus bu günə qədər çox şey etməyib və demək olar ki, tamamilə mutasiya etməyib, yəni əslində, genetik mutasiya olmayıb və virusun indiyə qədər etdiyi mutasiyalar yetərincə ciddi olmayıb. Buna görə də, onlar əhəmiyyətli sayılmırlar”.

Minu Mehrəz xəstəlik əlamətlərinin dəyişdirilməsinə toxunaraq bildirib: “Xəstələrin sayı artdıqca yeni simptomlar da peyda olur. Virus ilk dəfə Çində ortaya çıxıb, qızdırma və öskürək simptomlarının olduğu deyilib, amma indi, dünya bütünlüklə virusa yoluxduğu zaman, mədə-bağırsaq simptomları, nevroloji simptomlar, qoxu və dad duyğusunun itirilməsi, beyin axması və qıcolma kimi simptomların da olduğu bildirilir. Hətta bəzi dəri xəstəlikləri xəstəliyin əlaməti hesab olunur.

Bəzi hallarda beyin tamamilə xəstəliyin təsirinə məruz qalır, hətta insult keçirən olub. Buna görə də, dünyada xəstəliyə yoluxanların sayı artdıqca, bu xəstəliyin klinik əlamətlər müxtəlifliyi əvvəlcə Çində bildirilən əlamətlərlə müqayisə edilir. Çində xəstəliyin əlamətləri bildirildikdə ishal, qusma və ya dəri xəstəlikləri və nevroloji problem əlamətləri yox idi, amma indi görürük ki, ölkə daxilində xəstəliyə tutulan insanların sayı artdıqda, bu simptomlar xəstəliyin əvvəlki əlamətləri ilə birləşir”.

Xəstəlik simptomlarının yenidən nə dərəcədə dəyişə biləcəyini və virusun daha çox mutasiya ola biləcəyinə dair ehtimallarla bağlı Minu Mehrəz deyib: “Bildiyimə görə, ABŞ-da aparılan tədqiqatlar bu xəstəlikdəki mutasiyaların aydın səbəbi olduğunu göstərir. Virus təbiətcə dəyişməyib və onun təbiətcə mutasiya olacağını düşünmürəm. İndiyə qədər COVID-19-da əhəmiyyəti mutasiya ümumiyyətlə olmayıb”.

Simptomları çox dəyişmiş və mutasiya etmiş virusun olub-olmadığı sualına yoluxucu xəstəliklər üzrə mütəxəssis belə cavab verib: “Hələ ki bu zəka heç bir virusda aşkarlanmayıb və deyə bilərik ki, indiyə qədər bütün viruslar, hətta eyni ailədən olanlar, COVID-19-un virusundan daha fərqlidir və daim təbiətcə dəyişir. Təbii ki, zaman keçdikcə onlar haqqında daha çox məlumat əldə edirik. COVID-19 sadəcə SARS və MERS-dən çox fərqlidir. Bu mənada koronavirusa “ağıllı virus” deyilir”.

Mehrəz əlavə edib: “QİÇS virusu ilə qarşılaşdıqda, peyvəndlərin və digər dərmanların çox nadir olan antigen dəyişikliklərə səbəb ola biləcəyini gördük. HİV virusu digər viruslara nisbətən daha ağıllı idi. COVID-19 əksər geniş yayılmış viruslardan çox fərqlidir. Buna görə də, nə qədər irəliləsək, COVID-19 bir o qədər “ağıllanır””.

Koronavirus mutasiyalarının və simptomlardakı dəyişikliklərin peyvənd və dərmanların hazırlanmasına təsirinə gəlincə, mütəxəssis deyib: “Bu bizi qızdırması və öskürəyi olmayan, koronavirusa yoluxma şübhəsi olmayan və testdən müsbət nəticə ilə keçməmiş xəstələrə görə daha çox düşünməməyə məcbur edir. Xəstəyə diaqnoz qoyulması üçün klinik simptomların müxtəlifliyi barədə düşünmək vacibdir, amma onun müalicəsinə bunun heç bir təsiri yoxdur”.

Minu Mehrəz sonda bildirib: “Məncə, xəstəliyin təsiri ən azı payıza və ya gələn ilin qışına qədər davam edəcək. Hələ çox şey aydın deyil. SARS kimi, COVID-19-un da inkişafına tezliklə nəzarət edilməyəcəyi proqnozlaşdırılmışdı, amma yoluxma dərəcəsinin digər viruslardan fərqli olduğu məlum oldu. Buna görə də gözləməli və görməliyik”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə