XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 16:33

Təriqət üzərində yüksələn türk siyasəti:Türkiyəni və Ərdoğanı kim idarə edir? – Təhlil

 

teriqet03

Stanislav Tarasov,

Regnum İA

 

Cümhuriyyətin yaranmasından günümüzədək Türkiyənin siyasətini tarixi təhlil yolumuzda daha bir dayanacaq edək. Türk elitasının geopolitik sarsıntılarla zəngin olan bu illər ərzində hansı qərarlar qəbul etməyində cavabsız suallar doğuran xeyli ziddiyyətlər gizlənir.

Niyə millətçi olan kamalçılar Cənubi Qafqazın “sosial baxımdan yaxın” millətçiləri ilə deyil, bolşeviklərlə ümumi dil tapdılar? Sanki almanyönlü istiqamət götürmüş türk liderləri Moskva ilə sonrakı fikir ayrılıqlarına baxmayaraq, niyə Sovet İttiaqına qarşı “ikinci cəbhə” açmadılar? SSRİ dağılandan sonra Azərbaycan rəhbərlərinin Türkiyəyə münasibətdə irəli sürdüyü “Bir millət – iki dövlət” konsepsiyası niyə Ankarda başağrısı doğurdu?

Cavab tapmaq üçün Türkiyənin necə qurulduğu və orada qərarları kimin qəbul etdiyini anlamaq lazımdır. Siyasi Türkiyə strukturca matryoşkanı xatırladır. Ölkədə çoxları bunu bilir və prezident Ərdoğan “paralel dövlət”lə mübarizəni əsas hədəf elan edərkən söhbətin nədən getdyini başa düşür. Türk matryoşkası müxtəlif boyalara bürünür. Ölkənin siyasi zümrələri zahirən millətçilər, kamalçılar, cümhuriyyətçilərə, daxilən isə müxtəlif dərviş təriqətlərinə bölünür. Ekspertlərin dəyərləndirməsinə görə, çağdaş Türkiyədəki təriqətlər təməlcə dini qurumlardır, lakin həm də dünyəvi yönlü birliklərə və partiyalara transformasiya olunan prototipidir.

Türkiyənin “Yeni cag” qəzetinin bu yaxınlarda yazdığı kimi, bəzən də əksinə olur. Onun müşahidəsinə görə, təriqətlərin çağdaş siyasi həyata fəal inteqrasiyası iqtisadiyyatın liberallaşdırılması fonunda ikili nəticə doğurdu:  bir tərəfdən təriqətlərin universallaşması, sosial bazalarının genişlənməsinə, digər tərəfdən isə ilki dindarlığın, mistisizmin  itirilməsinə, təriqətin harada bitdiyi, partiyaın harada başlandığının bilinmədiyi quruluş və durum şəkildəyişmələrinə. 

Türkiyənin, demək olar, çağdaş bütün siyasi partiyaları (kürdlərinkindən savayı) ölkə vətəndaşlarını “əsil” və “əsilsiz” vətənpərvərlərə bölməklə yeni türk kimliyi ətrafında ajiotaj yaradır. Xalq hansısa siyasi partiyaya və onun kadr heyətinə qarşı nifrətlə dolarkən küçələrdə türkçülük deyil,  islamçılıq şüarları səsləndirən imamlar, camaatların və təriqətlərin şeyxləri peyda olur. Kürd partiyalarının liderlərinə isə nəinki təkcə hakmiyyətə yaxnlaşmamaq, həm də ölkədə hətta onların hənirlərinin gəlməməsi təklif olunur. Çünki onların qanı türk milləti və dövləti ilə uyuşmur. Türkiyənin keçmiş maliyyə naziri, Brukinq institutunun vitse-prezidenti Kamal Dərvişin yazdığı kimi, “ziddiyyət bundadır ki, bu cür eyniyyət siyasətinin yüksəlişi davam etsə, hökumətin bu artımın qidalandırdığı problemlərin öhdəsindən gəlmək imkanı getdikcə daha da  azalacaq”.

Bu da maraqlıdır ki, türk tarixçiləri yaranmış durumu osmanlı türklərinin 1453-cü ildə Bizans imperiyasını fəthindən əvvəlki Osmanlı dövrünün hakimiyyətsizlik dönəmi ilə tutuşdurmağa başlayıblar. Xatırladaq ki, Osmanlı hakimiyyətsizliyi – Osmanlı imperiyasının tarixində dövlətin bir başçısı olmadığı dövrdür. Hakimiyyətsizlik osmanlıların 1402-ci ildə Anqora döyüşündə məğlubiyyəti və Teymurləngin sultan I Bəyazidi əsir görüməyindən sonra başlandı.

Bəyazidin oğulları arasında hakimiyyət uğrunda mübarizə gedirdi və yalnız 1413-cü ildə I Mehmet qalib gəldi. İngilis tarixçisi Kerolayn Finkelin qeyd etdiyi kimi, lakin bu dönəm onunla diqqətçəkəndir ki, türkün və yunan qadının oğlu, məşhur sufi ilahiyyatçısı şeyx Bədrəddin Mahmud Bin İsrail Bin Əbdüləziz sultana qarşı çıxış etdi. Sufi təlimini Osmanlı imperiyasına XII-XIII yüzilliklərdə monqolların basqını nəticəsində Orta Asiyadan Kiçik Asiyaya qaçmış gəzərgi dərviş vaizlər gətirdilər.

Varlığın vəhdəti haqda təlim dinlərarası, həmçinin imtiyazlı və imkansız zümrələr arasındakı, hesab edildiy kimi, bəşəriyyətin və Allahın birliyinə mane olan ziddiyyətlərin ləğvinə yönəlmişdi. “Birlik” uğrunda mübarizə mistikaya önəmli rol həvalə edirdi, çünki ortodoksal ruhani sima yox, məhz o, müdriklik və nəticə kimi, insanı Allahala birliyə aparan missiya sahibi idi. Bu təlim potensialca sünni İslamı ilə işğal vasitəsilə dövlət qurmağa cəhd edən Osmanlı səyləri üçün məhvedici idi. Sultan I Mehmet hesab edirdi ki, “bir dövlətdə iki padşah ola bilməz”. Bunu Osmanlı imperiyasında “paralel” deyilən və yaxud Ərdoğanın bu gün əleyhinə mübarizə apardığı “gizli” idarəçiliyin (dərin dövlətin, dövlət içində dövlətin) meydana çıxmasının ilk əlaməti saymaq olar.

Şeyx Bədrəddin 1420-ci ildə Yunanıstanın Serey şəhərində dar ağacından asıldı. Lakin bu gün Türkiyədə sol qanadda siyasi spektri bürüyüən ideyaları yaşamaqdadır.

erdogan_gulen

 

Bəs qalanları?  Axı Türkiyə lap yaxın günlərədək dünyəvi dövlət sayılırdı? Bəzi araşdırıcılar hesab edirlər ki, Türkiyədəki dini orden və təriqətlər hər cür şayiələr, spekulyasiyalar, qalmaqallı ifşalar qaynağıdır. Bu mövzu üzrə bu gün əlimizdə olan hər şey ayrı-ayrı türk siyasətçilərinin təriqətlərdən dəstəkləri haqda bəyanatlar və aşkarlığa buraxılmış fotoşəkilləridir.

Məsələn, Ərdoğan məşhur türk ilahiyyatçısı və (deyildiyi kimi) indi opponenti olan Fətullah Gülənlə bir yerdə. Buna görə də ancaq ən məşhur və mütəxəssislərdə şübhə doğurmayan faktlardan danışacağıq. Türkiyə respubikasında təriqətləri Atatürk ləğv etdi, lakin faktların xəbər verdiyi kimi, bəziləri gizli fəaliyyətə keçdi, digərləri isə ölkə hüdudarından kənara çıxdı. Lakin Atatürkün ölümündən sonra prezident olmuş kürd İsmət paşa İnönü artıq gizlətmirdi ki, Özbəklər dərviş təkyəsində və Mühafizə cəmiyyətində olub. Nəqşbəndi sufi təriqətinin bu təkyəsi Türkiyədə indiyədək fəaliyyətdədir.

Demokratik partiyanın təsisçisi, baş nazir Adnan Menderes Nəqşibəndi təriqətinin üzvü idi. Bir sıra türk publisistlərinin versiyasına görə, Nəcməddin Ərbakanı “Milli Qurtuluş” partiyasını yaratmağa nəqşibəndi şeyxi Kotku ruhlandırıb. Partiyanın tərkibini də o müəyyən edib. Partiyaya nurçuların və qadiriyyəçilərin ayrı-ayrı qrupları qatılıb.

Turqut Özalın başçılıq etdiyi Vətən partiyası (1983−1991-ci illər) ya Nəqşbəndi təriqəti tərəfindən yaradılıb, ya da onun fəal dəstəyini alıb. 1993-cü ildə Özal qəflətən vəfat edərkən birbaşa Buxaradan özəl təyyarə ilə Nəqşibəndi təriqətinin banisi Bəhaəddin Muhəmməd bun Muhəmmədin (1318−1389) sərdabəsindən gətirilmiş torpaq onun məzarı üzərinə səpildi.

2002-ci ildə Ədalət və İnkişaf partiyası hakimiyyətə gəldikdən sonra türk dərvişləri “yuxudan oyanmağa”, fəal şəkildə syasətə qoşulmağa başladılar. Əldə olan sosioloji material göstərir ki, Ərdoğan partiyasının əsas elektoral bazası bir zamanlar Fətüllah Gülənin Süleymançılar, Mənzil və İsmayıl ağa camaatı idi.

Şübhəsz mövcud olan müxtəlif təriqətləri araşdırmaq bizim vəzifəmizə daxil deyil. Yalnız prinsipial özəllikləri qeyd edəcəyik. II dünya savaşından sonra Türkiyədə çoxpartiyalı sistemin formalaşması təriqətlərin nüfuzunun və siyasətə təsir etmək qabiliyyətinin artması ilə paralel şəkildə baş verir. Türkiyədə permanent şəkildə formalaşan mürəkkəb siyasi və iqtisadi durum, xroniki korrupsiya, ideoloji alternativlərin boğulması – bütün bunlar cəmiyyətin müəyyən hissəsində dini yeganə xilas qaynağı kimi görməyə səbəb oldu. Atatürkün dönəmində gücü zümrəyə çevrilmiş hərbiçilərin ciddi nəzarəti altında olan hökumət vətəndaşların dini tələbatına açıq şəkildə cavab verə bilmədi ki, bu da bəzi adamları gizli fəaliyyətə keçməyə məcbur etdi. Lakin məsələ təkcə adi vətəndaşlarda deyildi.

 

teriqet

Təriqətin ideyaları müxtəlif dövrlərdə cəmiyyət və elitanın dünyəvi millətçiliyin qane etmədiyi və alternativlər axtaran bir hissəsinin siyasi səfəbərlikdə, az qala, hərəkətləndirici qüvvəsinə çevrilmişdi. Lakin təriqətlər tədricən siyasi landşafta inteqrasiya olunsa da, bu ideyaların müəyyən anadək perspektivi yox idi. İnteqrasiya isə yuxarıdan tətbiq edilən demokraik idarəçilik institutlarında və həyat normasında böhran halları doğurdu. Bu, bir.

İkincisi: Türkiyədəki təriqətlərin hamısı yerli deyil, bəzilərinin kökü Yaxın Şərqin başqa bölgələrinə və hətta Orta Asiyaya gedib çıxır.

Üçüncüsü: bu, həm maliyyələşmə qaynağı, həm də hazırlanmış ideoloji sistemlərin ixracatı və idxalatı baxımından özünəməxsus “birləşmiş qablar” sistemi yaradır. Buna görə də ehkamlardakı fərqlər, bu və ya digər problemin həlli əvvəlcə xalçaaltı, sonra isə artıq parlament şəraitində fəaliyyət göstərən  siyasi partiyalar arasında açıq sys mübarizəyə keçir.

Dördüncüsü: Təriqətlər Türkiyənin hazırda oldğu milli tipli dövlətdə deyil, “xilafət” layihəsini ortalığa çıxardıb kürd probleminin həllini yalnız türk və kürd xalqlarının ümumi din əsasında birləşməyində görür. Hakim Ədalət və İnkişaf partiyası buna görə indi ikili durumda görünür: ona İslama söykənən yeniosmançılıq, türkçülük və yaxud pantürkçülük lazımdır ki, bu da xilafət platformasında Yaxın Şərqdə təsir zonası yaratmağa, həmçinin Avropa Birliyinin siyasi strukturlarına inteqrasiyaya  mane olur.

Beşincisi: kamalçılığın dünyəvi ideylarına dözümün itməsi, bu dayaqların müdafiəçisi kimi ordunun nüfuzdan salınması göz qabağındadır.

Nəhayət, altıncısı: Türkiyə daxili və xarici siyasətinin ikiliyi, ziddiyyətləri təriqətlərin universallaşmasına, sosial dayağının  genişlənməsinə aparmır, onları ancaq parçlayır və Ərdoğanın özünü və hökumətini bu və ya digər problemin girovuna çevirir.

Lakin Türkiyədə önəmli dövlət qəralarının hansı səviyyədə – parlamentdə təmsil edilmiş dünyəvi yönlü partiya liderlərininmi, ya təriqət şeyxlərininmi  qəbul etdiyini başa düşənlər az deyil.

Bax, buna görə Türkiyədə çağdaş ictmai-siyasi durumun ciddi təhlili çətinləşir: heç kim bilmir ki, Ankara sabah nə oyundan çıxacaq. Bir sözlə, Avropa Türkiyəyə uduzub, lakin onu Yaxn Şərq də qazanmayıb.

 

Tərcümə Strateq.az-ındır

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə