XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 12:46

PUTİN MİŞUSTİNDƏN XİLAS OLMAQ İSTƏYİR? –COVID-19 Rusiyanın daxili siyasətini dəyişə bilmədi

Fariza Dudarova

“Новая Газета, 01.05.2020

 

Baş nazir Mixail Mişustin COVID-19 diaqnozunun təsdiqləndiyini söyləyib. Baş nazirin birinci müavini Andrey Belousov baş nazir vəzifəsinin icraçısı təyin edilib. Belousovun təyinat fərmanını imzalayan Vladimir Putin bildirib ki, vətəndaşların, iqtisadiyyatın və təsirə məruz qalan sektorların dəstəklənməsi ilə bağlı yekun qərarlar Mişustinin rəyi və iştirakı olmadan qəbul olunmayacaq.

Putinin prezidentliyi dövründə bu, ilk dəfədir ki, baş nazirin müavini baş nazir vəzifəsinin müvəqqəti icraçısı təyin edilir.

Moskva Karnegi Mərkəzindəki “Rusiya daxili siyasəti və siyasi təsistları” Proqramının direktoru Andrey Kolesnikov hesab edir ki, Putin Mişustini bu şəkildə tamamilə əvəz etməyə çalışmır: “Xəstəliyin sonunda Mişustinin baş nazir olmaqdan vaz keçəcəyini düşünmürəm, çünki o hələ özünü sübut edə bilməyib. Heç kim özünü sübut etməyə macal tapmayıb, indiki şəraitdə Rusiya hökumətinin iqtisadi siyasəti yoxdur. İnsanlar oturub sosial yardım paketləri hazırlayırlar”.

Kolesnikov əlavə edib: “Hökümətdə təmsil olunan hər kəs təsərrüfat müdiri kimi fəaliyyət göstərir”.

Ancaq politoloq Dmitri Oreşkin deyir ki, Belousovun təyinatı Mişustinin mövqeyini xeyli zəiflədir. Politoloqun sözlərinə görə, Mişustin öz siyasətinə, komandasına və ya müstəqil mənbələrinə sahib olmayan texniki bir şəxsdir. Lakin Belousovun prioritetlər sisteminə bəllidir.

Oreşkin qeyd edir ki, onun siyasəti sovet dövründən miras qalıb, o zaman iqtisadi prioritetlərin seçimi iki idarəetmə variantı arasında keçirilirdi: sektoral və regional.

Sektoral idarəetmə sisteminə görə, bütün əsas təsisatlar Moskvada yerləşir. Onların başında istədiyi vaxt prezidentə hesabat verməyi bacaran, Birincə şəxsə yaxşı məlum olan az sayda rəhbərlər durur.

Oreşkin deyir: “Belousov mərkəzləşdirmə və sahə idarəetmə metodunun ardıcıl tərəfdarıdır. Onun məntiqi çox sadədir: pulu var, milli layihələrin müəllifi və baş icraçısıdır. Onun rəhbərliyi altında bütün vəzifələri icra edən əlaqələndirici bir qurum var. Putinin gördüyü iş – 20 illik dövrdə Rusiyanın ərazi vahidi olaraq inkişaf prioritetini mərkəzləşdirmə və şaquli hakimiyyət orqanlarını gücləndirmə prioritetlərinə geriçəkmənin davamıdır”.

Onun sözlərinə görə, sərt mərkəzləşdirmə sistemi bölgələrdən qaynaqlar toplamaq və cəbhəyə köçürmənin lazım olduğu müharibə dövrü üçün yaxşıdır.

Politoloq əlavə edib: “Putin göstərib ki, onun prioritetləri mərkəzləşdirmə, şaquliləşdirmə, dövlət idarəçiliyinin sektoral idarəçiliyidir. Belousovu təyin etməklə, o, əyalətlərə daha çox azadlıq verməyə çalışan Qorbaçov, Xruşşov və Yeltsindən daha çox Stalin və Leninə bənzədiyini sərgiləyib. Bu təyinat dövlət şaqulisini gücləndirəcək, ancaq ərazilərin inkişafını ləngidəcək”.

Andrey Kolesnikov hesab edir ki, rəsmi nöqteyi-nəzərdən Belousovun təyinatı təbii və məntiqli bir qərardır. O bildirib: “Yüksək vəzifələrin digər şəxslərə ötürülməsi üçün rəsmi bir prosedur mövcuddur. Yeltsin 1996-cı ildə əməliyyata girməzdən əvvəl səlahiyyətlərini Çernomırdinə təhvil verib. Hazırda daha sadə birləşməni görürük: birinci müavin baş nazir rolunu icra edir. Belə vəziyyətlərdə əslində, nəyin baş verdiyini demək çətindir. İndiki halda, təyinat həm rəsmi, həm də faktikidir”.

Bununla belə, Dmitri Oreşkinin fikrincə, fors-major hallarında ali vəzifələrin ötürülməsində Rusiyada “praqmatik güc ənənələri” müşahidə olunacaq, yəni iqtidar qaynaqlarına sahib insanlar öz aralarında necə anlaşacaqlarsa, elə də olacaq.

Müşahidəçilər qeyd edirlər ki, Rusiya qanunlarına görə, baş nazirin fəaliyyət qabiliyyətli olmaması halında, birinci müavinin hökumət başçısının vəzifəsinin müvəqqəti icra etmək üçün xüsusi prezident sərəncamı tələb edilmir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə