XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 10:15

İRAN SURİYADAKI BAZALARINI QAPADIR –İsrailin müdafiə naziri: "Biz qərarlıyıq, Tehrandan daha qətiyyətliyik"

Yudah Ari Qross

“The Times of Israel, 05.05.2020

 

İran qüvvələri Suriyadan çıxır və oradakı hərbi bazalarını bağlayır. İsrail müdafiə səlahiyyətliləri mayın 5-də son iki ayda İranla əlaqəli milislərə İsrailin hava zərbələri endirməsi barədə xəbərləri şərh edərkən bildiriblər. 14 belə hadisənin ikisi Bazar ertəsi günü, gecə həyata keçirilib və xeyli döyüşçünün öldürüldüyü açıqlanıb.

İsrail rəsmiləri bu hücumlar barədə birbaşa təsdiq açıqlaması verməkdən imtina ediblər. Qeyri-müəyyənlik siyasətini davam etdirərək, onlar ümumən Suriyada İrana qarşı fərdi həmlələri təsdiq etməkdən həmişə çəkiniblər. Çünki təsdiqləmə qisas ehtimalını artırır.

İsrailin Suriyada İrana qarşı mübarizəsi təxminən on ildir davam edir. 2011-ci ildə ölkədə vətəndaş müharibəsi, həmçinin Tehran öz qoşunlarını və etibarlılarını Suriyaya göndərməyə başlayndan.

Amma son aylarda İrana qarşı zərbələrin sayında artım müşahidə olunur. Ən çox da Suriyanın paytaxtı Dəməşq ətrafında yüksək cəmləşmənin olduğu obyektlər hədəfə alınır.

Adının açıqlanmaması şərtilə danışan səlahiyyətlilər bu səylərin öz bəhrəsini verdiyini söyləyib, çünki İran qüvvələri bu müddətdə nəzarətində olan az sayda hərbi bazanı təxliyə edərək ölkəni tərk etməyə başlayıblar. Suriyada fəaliyyət göstərən şiə qoşunlarının sayında da azalma müşahidə edilib, amma həmin azalma vətəndaş müharibəsinin təbii inkişafı və İsrailin hərəkətləri ilə bağlı deyil.

Səlahiyyətlilər bildirib ki, İsrail iranlıların asanlıqla təslim olacağını düşünmür, hansısa şəkildə buna cavab verəcəklər, yəni qisas günü nə vaxtsa yetişəcək.

“Biz qərarlıyıq, İrandan daha qətiyyətliyik və bunun səbəbini sizə deyə bilərəm: İran üçün Suriya evdən min kilometr uzaqlıqda baş verən bir macəradır. Bizim üçün bu – həyatımızdır, – deyə mayın 5-də müdafiə naziri Naftali Bennett bildirib. – Suriyaya gələn və orada fəaliyyət göstərən İran əsgərlərinin həyatı əllərindədir. Həyatlarını riskə atırlar, qarşılığını görürlər və bundan sonra da eyni şeyi edəcəklər. Biz təslim olmaycaq və İranın Suriyada ön əməliyyat bazası yaratmasına imkan verməyəcəyik”.

İrandan Suriyaya qabaqcıl silah-sursat gətirən nəqliyyat uçuşlarının sayı da son yarım ildə kəskin şəkildə azalıb. Yəqin ki, İsrailin bu uçuşların son mənzili olan Suriyadakı hava limanlarına zərbələri nəticəsində.

Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə edilən zərbələrin sayının artması ilə yanaşı, İsrailin daha çox sayda Suriya hərbi hava hücumundan müdafiə sistemini hədəf aldığı da bildirilib.

“Suriya İranın öz ərazisindəki mövcudluğuna görə əvəz ödəyir. İranın mövcudluğu Suriya üçün yük halına gəlib”.

Rəsmilər əlavə edib ki, İsrail hərbi qüvvələri Suriyanı tərk edənə qədər İrana qarşı təzyiqləri davam etdirməyi planlaşdırır.

Onlar İranın Suriyadan çıxması ilə öyünsələr də, İsrail ordusu ən azı 2018-ci ildən bəri İrana qarşı əməliyyatların Tehranın Suriya planlarını köklü şəkildə dəyişdirdiyi və onun miqyasını genişləndirməyə məcbur etdiyini söyləyir.

Qüds uzun müddətdir bildirir ki, İran Suriyada daimi hərbi mövcudluğu üzərində işləyir və bunun İsrailə qarşı hücumlar üçün lövhə kimi istifadə etməyə çalışır. Tehranın vəkili “Hizbullah”ı dəstəklədiyi kimi. Bu təşkilat Livanın cənubunda kiçik terror qruplaşması olaraq İsrail ordusuna ölümcül, lakin kiçik hücumlar həyata keçirməklə fəaliyyətə başlayıb, lakin hazırda imkanları bir çox suveren dövlətlərdən daha yüksək olan, bölgənin ən güclü hərbi qüvvələrindən birinə çevrilib.

Son illərdə İsrail, həmçinin İranın “Hizbullah”ın kütləvi arsenalını daha çox ölümcül, idarəolunan raketlərlə zənginləşdirməsi xəbərdarlığı edib. Bu, İsrail ordusunun Tehranın nüvə proqramından sonra ikinci ən əhəmiyyətli təhdid layihəsidir.

Həqiqətən, Bazar ertəsi gecə İsrail həmləsində hədəfə alınan obyektlərdən biri bu layihədə iştirak etdiyi bildirilən Suriyadakı hərbi araşdırma mərkəzidir.

Müdafiə səlahiyyətliləri Suriyada İrana qarşı qazanılan uğurları ABŞ-ın bu ilin əvvəlində Tehranın ən bacarıqlı generallarından biri, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandiri Qasim Süleymaniyə sui-qəsdlə əlaqələndirirlər.

İsrail üçün isə İranın Suriya atdığı istənilən addım – orada qalması və ya tamamilə tərk etməsi – potensial faydadır. İran ölkədən çıxsa, İsrail özünə qarşı yeni bir cəbhənin açılmasının qarşısını alacaq. İran Suriyada qalarsa, İsrail kəşfiyyat və hava üstünlüyünü qoruyacaq və ordu İran hücumlarına qarşı çıxmaq və bunun qarşısını almaq üçün İran qüvvələrinə zərbələr endirməyə davam edəcək.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə