XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2015 - 06:49

2014-cü il dövlət büdcəsi 308 milyon manatdan çox kəsirlə icra olunub

budce.png

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. 2014-cü ilin dövlət büdcəsi ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırırıq.

Qanun layihəsindəki məlumatlardan aydın olur ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 400 565 231 manat olub. Fiziki şəxslərdən 980 344 191 AZN in gəlir vergisi toplanıb. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 302 479 166 manat təşkil edib. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 1 070 960 575 manat təşkil edib. 365 894 297 manat isə gömrük rusumu toplanıb.

153 395 444 manat sadələşdirilmiş vergi şəklində daxil olub.

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar isə 1 994 278 manat təşkil edib. Dövlət Neft Fondundan 9 337 000 000 manat büdcəyə köçürülüb.

2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1 728 622 300 manat olub.

Strateq.az