XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 10:08

“Koronavirus diplomatiyası”:İRAN MƏHBUS MÜBADİLƏSİ TƏKLİFİNİ TƏKRARLAYIB

“Əl-Monitor, 11.05.2020

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 11-də ABŞ-ın məhbus dəyişdirmə çağırışlarına cavab vermədiyini söyləyib. Bir gün əvvəl Həsənn Ruhani administrasiyasının sözçüsü Əli Rəbii bildirib: “Heç bir şərt olmadan məhbusları dəyişdirməyə hazırıq”. O əlavə edib ki, İran bu məsələ ilə bağlı danışıqlara açıqdır.

Ertəsi gün Rəbii izah edib ki, söhbət İranın ABŞ-la birbaşa danışıqlar aparmasından getmir. “Əsirlərin dəyişdirilməsi ilə bağlı irəli sürülən təklif 2 il əvvəl xarici işlər nazirimiz Məhəmməd Cavad Zərifin təkcə Amerika ilə deyil, dünyadakı bütün məhbusları da mübadilə etməyə hazır olduğumuzu ehtiva edir”.

Rəbii İranın “danışıqlar və ya vasitəçi olmadan” mübadilənin nəzərdə tutulduğunu bildirib.

Zərif 2018-ci ilin oktyabr ayında İranın yalnız Birləşmiş Ştatlarla deyil, ABŞ adından iranlı məhbusları saxlayan digər ölkələrə də məhbus mübadiləsinə çağırış etdiyini söyləyib. O əlavə edib: “Bunu söylədiyimiz zaman amerikalılar cavab vermədi və hələ də təklifə cavab verməyiblər”.

İranın məhbus dəyişdirmə çağırışını yenidən ictimaiyyətə açıqlamasının səbəblərindən biri də, Rəbiinin sözlərinə görə, “Amerika həbsxanalarındakı iranlıların həyatını təhdid edən” koronavirusdur. Belə şəxslərdən biri Mühacirət və Gömrük Mühafizəsi (ICE) müəssisəsində COVID-19 üçün müsbət test vermiş və İrana dönməsini gözləyən Sirus Əsgəridır.

Materialşünaslıq və mühəndislik professoru olan Əsgəri 2017-ci ildə ticarət oğurluğundan ittiham edilib, lakin 2019-cu ildə bəraət alıb. Lakin məhkəmə işi zamanı vizasının müddəti bitdiyindən ICE-nin nəzarətinə göndərilib.

Zərif bildirib ki, Əsgəridə koronavirusa mənfi test müəyyən olan kimi o, İrana qayıda bilər.

Sonuncu məhbus mübadiləsi ötən ilin dekabr ayında, Prinston aspirantı Siyue Vanın sərbəst buraxıldıqda və ABŞ İsveçrənin vasitəçiliyi ilə iranlı alim Məsud Süleymanini azad edərkən olub.

ABŞ və ya Avropa ölkələrində Birləşmiş Ştatlar adından tutulan iranlı məhbusların çoxu İran əleyhinə sanksiyaları pozmaqda ittiham olunublar. İran bir sıra ikili vətəndaşı, o cümlədən Siyamək Namazini saxta casusluq ittihamı ilə tutub saxlayır.

İran, yeni hallar azaldıqca, pandemiyanın yayılmasının qarşısını alacaq məhdudiyyətləri yumşaltmağa davam edir. Son 24 saat ərzində İranda 1.683 yeni yoluxma və 45 ölüm hadisəsi qeydə alınıb.

Gündəlik yeni yoluxmaların sayı son vaxtlar dörd rəqəmlidən bir qədər aşağı düşmüşdü, lakin yeni hallar qəfildən artıb. Mayın 11-nə olan məlumata görə, İranda ümumən 109.286 yoluxma qeydə alınıb.

İranın bəzi şəhərləri yoluxanların çox olmasına görə bağlı qalır. Tehran və Qum hələ də böyük bloklama altındadır. Xuzistanda, cənub-qərb əyalətindəki Abadan şəhəri mayın 11-dək tam karantindədir. Bütün mağazalar, ofislər və banklar, yalnız əsas mağazalar istisna olmaqla, bağlıdır. Digər şəhərlərdən Abadana və Abadandan digər şəhərlərə nəqliyyat işləmir, sakinlərdən bütün əsassız səyahətləri ləğv etmələri istənilib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə