XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 12:32

SAAKAŞVİLİ TİFLİSƏ İSMARIŞ GÖNDƏRDİ:Ukraynadan uzadacağı əl keçmiş prezidentin partiyasına kömək edəcəkmi?

Georgi Dvali, Vladimir Solovyov

“Kommersant, 12.05.2020

 

Mixail Saakaşvilinin Ukrayna prezidenti Vladimir Zelenski komandasında yerini tapması tamamladıqdan sonra məlum olub ki, keçmiş Gürcüstan liderinin fəaliyyəti Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri kimi daxili gündəliklə məhdudlaşmayacaq. O, Gürcüstan hakimiyyətinin hərəkətlərini şərh edir və ümumiyyətlə, yeni vəzifəsində vətənindəki siyasi proseslərdən yayınmaq niyyətində olmadığını açıqlayır. Mütəxəssislər əmindirlər: Mixail Saakaşvili Kiyevdəki hazırkı vəziyyətdən Gürcüstanda keçiriləcək parlament seçkilərinə təsir etmək üçün istifadə edəcək.

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna siyasətinə hay-küylə qayıdıb. 2 həftə boyu o, yerli medianın qəhrəmanı idi. Aprelin 22-də onun baş nazirin islahatlar üzrə müavini ola biləcəyi barədə məlumatlar ortaya çıxandan Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri təyin olunana qədər Ukraynada siyasi karyerasının necə inkişaf edəcəyi barədə davamlı yazırdılar.

Vladimir Zelenski sərəncamı mayın 7-də imzalayıb. Mixail Saakaşvilinin qarşısında duran vəzifələri açıqlanıb: gömrük islahatı, biznesdə de-tənzimləmə, investisiyalar cəlb etmə.

Saakaşvilinin 2013-cü ildən bəri görünmədiyi və qiyabi həbsə məhkum edildiyi Gürcüstanda bu məsələ diqqətlə izlənilir.

Rəsmi Tiflis Kiyevə xəbərdarlıq edib ki, Mixail Saakaşvili heç bir yerə işə qəbul edilməməlidir, intriqa və təyin həll olunandan sonra Gürcüstan məsləhətləşmələr üçün səfirini geri çağırıb.

Oktyabr parlament seçkilərinə hazırlaşan Gürcüstan müxalifəti, əksinə, təyinatı alqışlayıb. Vahid Milli Hərəkat Partiyasının (VMHP – Mixail Saakaşvili tərəfindən təsis edilib) sədri Qriqol Vaşadze cənab Saakaşvilinin Ukrayna siyasətinə qayıdışından məmnundur.

Vaşadze “Kommersant”-a bildirib: “Əgər Gürcüstanın üçüncü prezidentinin, Mişanın dəstəyi olarsa və dəstək ilk növbədə, siyasi olmalıdırsa, planlaşdırdığı hər şeyi alacaq və hətta daha çox şey olacaq. Onu Ukraynada intriqa, idarələrarası mübarizə və digər cəfəngiyatlarla məşğul olmaqdan yayındırsalar, inanıram ki, Mişanın Ukraynadakı fəaliyyətinin real nəticələrini çox tez görəcəyik”.

Mixail Saakaşvilinin özü Gürcüstan hakimiyyətinin hərəkətləri barədə şəxsən açıqlama verməkdən çəkinə bilməzdi. O bunu mayın 11-də VMHP-yə yaxın olan müxalif “Mtavari Arxi” telekanalıma müsahibəsində edib. Təyinatı ilə əlaqədar Ukrayna və Gürcüstan arasındakı münaqişəni şərh edən cənab Saakaşvili deyib ki, ölkələr arasında münasibətlər korlanarsa, Tiflis daha çox itirəcək.

“Gürcüstan Ukrayna üçün yox olarsa, bu, Ukraynadakı insanlara təsir etməyəcək. Ukrayna Gürcüstan üçün yoxa çıxsa, bu, mağazalardakı boş piştaxtalar, kütləvi aclıq, çətinliklər olacaq”, – deyən Mixail Saakaşvili qeyd edib ki, Gürcüstan mağazalarında insanların aldıqları şeylərin çoxu, məsələn, dənli bitkilər, qarabaşaq yarması, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.

Eyni müsahibədə Gürcüstan hakimiyyəti ilə uzun müddət münaqişə edən Mixail Saakaşvili iqtidara və hökumətin arxasında dayanan oliqarx Bidzina İvanişviliyə gürcü siyasətindən və VMHP-nin seçki kampaniyasından iraq qalmaq niyyətində olmadığını açıqlayıb: “Mən azad bir ölkədə, Ukraynada və sosial şəbəkələr və qacetlərin olduğu azad bir dünyada yaşayıram”.

Bu, Gürcüstanın baş naziri Georgi Qaxariyaya verilən cavab sayıla bilər. O, təyinat ərəfəsində Ukrayna hakimiyyətinə rəsmi Tiflisin Mixail Saakaşvilinin Gürcüstanın siyasi həyatına müdaxiləsinin qarşısını almaq üçün prosesi “yaxından izləyəcəkləri” barədə xəbərdarlıq edib.

Gürcüstan Strateji Təhlil Mərkəzinin regional proqramlarının direktoru Qela Vasadze əmindir ki, Mixail Saakaşvilinin Ukraynadakı təyinatı Gürcüstan və qarşıdakı seçki kampaniyası baxımından çox faydalı ola bilər. “O, Qərbdəki təmaslarını yeniləyir. Ən əhəmiyyətli beynəlxalq maliyyəçilər və digər əhəmiyyətli insanlarla görüşlər keçirəcək. Statusu onlarla görüşməyə imkan verir. Saakaşvili Ukraynaya pul axıdacaq, ancaq bu əlaqələrdən Gürcüstan hakimiyyətini qapazlamaq üçün də istifadə edə biləcək. Bu da partiyasına kömək deməkdir. Məncə, o Kiyevdəki hazırkı vəzifəyə razılıq verdikdə, ilk növbədə, bunu nəzərə alıb”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə