XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 14:57

“Qazprom”la Tifilsin “sabun operası”:Bakı Rusiya və İranı gürcü bazarından necə çıxartdı? –Təhlil

gurcu qaz

İrina Corbenadze

Rosbalt.ru, 09.03.2016

 

Azərbaycan Gürcstanın qaz bazarını əldən vermədi və bu ölkəyə tədarükü atırır. İran artıq dəqiq şəkildə oyundankənar durumda qaldı, Gürcüstan-Rusiya sövdələşməsi isə davam edir.

Təbii qazın Gürcüstana əsas tədarükçüsü və hələ bu yaxınlarda ona əlavə 500 milyon kubmetr yanacaq “atmaq”dan imtina edən Azərbaycan birdən qalxıb fikrini dəyişdi. Sadəcə, fikrini dəyişmədi, həm də “sosial” deyilən qazın qiymətini endirdi.

İki uyğun razılaşma bu günlərdə Tiflisdə rəsmən təsbit edildi. Yəni Azərbaycanın dövlət şirkəti SOCAR Gürcüstana kommersiya sektorunun ehtiyacları üçün nəzərdə tutulan əlavə 500 milyon kubmetr qaz tədarük edəcək. Bu qaz ölkəyə Cənubi Qafqaz qaz kəməri üzrə Azərbaycanın “Şahdəniz” yatağından çatdırılacaq. Eyni zamanda qazdoldurma məntəqələri üçün “sosial” qazın hər min kubmetrinin və yanacağın qiyməti 35-40% azaldılır.

Gürcüstanın energetika naziri Kaxi Kaladze Tiflisdə mətbuat konfransında dedi: “Azərbaycan tərəfi texniki məhdudiyyətlər üzündən yaranmış tədarüklə bağlı problemləri aradan qaldırmaq üçün hər şeyi etdi”.

O, Azərbaycan tərəfi ilə əldə edilmiş razılaşmaları “dostluğun, xeyirxah qonşuluq münasibətlərinin və şərikli strateji maraqların parlaq nümayişi” adlandırdı.

Qeyd edək ki, “dostluqda və xeyirxah qonşuluqda”ciddi çat yarana bilərdi, çünki gürcü rəsmilərinin məlumatına görə, Gürcüstan tərəfi şaxələnmə üzrə İran və Rusiya “Qazprom”u ilə danışıqlar aparmağa başlarkən Azərbaycan olduqca möhkəm inciyərək Tiflisə əlavə həcmdə qaz verməkdən imtina etdi.

Bakıda rəsmi səviyyədə bildirdilər ki, Azərbaycan Gürcüstan və bütün Avropanın qaz ehtiyacını yüz il qabaqcadan ödəyə bilər və Tiflis praktik olaraq “xəyanət”də ittiham olundu.

“Qazprom”la danışıqlar Gürcüstanın özündə də xəyanətə bərabər tutuldu – təkcə qardaş Azərbaycana qarşı yox, həm də vətənə. Buna görə də şayiələr şişirdilirdi ki, gürcü hökuməti Azərbaycan qazını “işğalçı ölkənin siyasi qazı”na dəyişmək qərarına gəlib. Hökumətin opponentləri hesab edirdi ki, bu cür “tələsik yerdəyişmə” Gürcüstanın energetika müstəqilliyi və suverenliyini təhlükə altında qoyur.

Ümumiyyətlə, İran qazının Gürcüstana tədarükü (iki marşrut nəzərdən keçirilirdi – Azərbaycan və Ermənistan vasitəsilə) tamamilə mənasını itirdi. Lakin, bax, “Qazprom”la durumun nə yerdə olduğu və tərəflərin hansı gerçək razılaşmanı müzakirə etdiyi hələ də tapmaca olaraq qalır: Gürcüstan Rusiyadan əlavə və xeyli böyük həcm xahiş edib, ya bunu ona Rusiya tərəfi zorla qəbul etdirib? Bəlkə rəsmi versiyaya uyğun olaraq Ermənistana tədarükə görə Gürcüstana tranzit ödənişi qismində 10% qaz verən “Qazprom” “natura” ilə ödəniş fikrini dəyişdirib bunu Gürcüstanın razılaşmadığı gerçək pulla əvəzləmək qərarına gəlib?

Məsələnin “Qazprom”la həll edilməməsi ondan xəbər verir ki, Gürcüstanın “qaz dastanı” başa çatmayıb. Yerli Energetika Nazirliyinin məlumatına görə, Rusiya qazının Ermənistana tranziti ilə bağlı ödənişin forması və kəmiyyəti haqda razılıq əldə edilməyincə danışıqlar davam edəcək. Yeri gəlmişkən, möhkəm ümid bəsləyirdi ki, İran qazının Gürcüstana tədarükündə tranzit ölkə olacaq. Lakin yenə də baş tutmadı. Danışırlar ki, İran öz qazına görə yüksək qiymət tələb edib. Başqa məlumatlara görə, qazın Ermənistandan tədarükünə bu respublikada qüdrətli olan Rusiya etiraz edib.

Yeni sövdələşmə Azərbaycan mətbuatında isə “Abdullayevin Gürcüstanın qaz bazarını əldə saxlamağı” kimi qiymətləndirilir. Ehtimal ki, bunda həqiqət payı var, çünki Azərbaycan qazı hazırda onun öz ehtiyacını ödəməyə qabil deyil və ixracata bəs etmir, qazı Rusiyadan alır. SOKAR rəhbərinin Tiflisdə açıqladığı kimi, bu şirkət on ildən çox işlədiyi Gürcüstanda hökumətə dəstəyi davam etdirir və onun fəaliyyəti təkcə yanacaq tədarükü ilə məhdudlaşmır. Bu fakt da Bakının karbohidrogen ixracatı uğrunda olduqca qızın şəkildə mübarizə apardığının göstəricisidir. Türkmənistan qazının Azərbaycan ərazisi üzrə tranzit haqda danışıqlar artıq iki onillikdir ki, aparılır və tamamilə nıəticəsizdir. Bir tərəfdən, Azərbaycan Türkmənistandan tranzit ödənişi almaqda maraqlıdır, lakin digər tərəfdən Avropa bazarında özünə qarşı rəqabət doğurmaq istəmir. Ona Rusiya da, indi isə artıq İran da kifayət edir.

“Xoşbəxt sonluğa” – ölkənin energetik təhlükəsizliyinin təmin etmək üçün Gürcüstan hökumətinin Azərbaycandan əlavə tədarüklər barədə razılaşmalara gəlincə, “Qazprom”la və İranla yalançı, uğurlu siyasi tamaşa elementli bütün bu “sabun operası”nın niyə başlandığı tam aydın deyil. İstisna olunmur ki, Gürcüstan Rusiya və İranın üzərinə atılmaqla Azərbaycanı bir qədər sıxışdırmaq istəyirdi ki, Bakıda Azərbaycan qazının yeganə olmadığını görüb qaz tarifini endirsinlər. Belədirsə, yayındırıcı hərəkət tamamilə baş tudu.

Ya da öz çevrəsinə, yəni Azərbaycan qazı orbitinə dönüş məcburi idi, çünki “Qazprom” Gürcstanın qarşısında hədsiz dərəcədə yüksək iqtisadi və tam ehtimal ki, siyasi şərtlər qoydu. İran isə oynadığı kimi oynadı: ya həqiqətən yüksək qiymət tələb etdi, ya da Rusiya amili işə düşdü.

İndiki anda bir məsələ yəqindir: Gürcüstan və Azərbaycan dil tapdı, lakin hər haldaTiflisi “Qazprom”la hansısa “roman” bağlayır. Siyasi və yaxud sırf iqtisadi –  sezmək çətindir. Hər halda, əlavə tədarüklər haqda Azərbaycanla razılaşmadan sonra da Tiflisdə daha fəal müxalif qanadın – eks-prezident Mixail Saakaşvilinin partiyasının “Qazprom”a qarşı təşkil etdiyi canlı zəncir” aksiyası baş tutdu. Etirazçılar “Qazprom”, çıx get!” “Qazprom”a yox!” və bu ruhda digər transparantlarla aksiyaya çıxdılar. Partiya liderlərindən biri Georgi Vaşadzenin qeyd etdiyi kimi, aksiyanın məqsədi Gürcüstanın yenidən Rusiya qazına qoşulmasına yol verməməkdir. O, izah etdi: “Qazprom” totalitar Rusiyanın digər ölkələrə basqı göstərmək üçün ən güclü silahıdır. Bütün sivil dünya və Avropa Birliyi bu şirkətdən uzaqlaşmağa cəhd edir. Rüsvayçılıqdır ki, gürcü hökuməti onunla hansısa danışıqlara gedir”.

Lakin eyni zamanda niyəsə yaddan çıxarılır ki, “Qazprom” AB-nin qaz tələbatının hələ də 40%-i ödəyir və Gücüstana 10% tranzit yanacaq buraxır. Yəni ya belə, ya da elə, o yenə də Gürcüstan bazarında mövcuddur.

 

Tərcümə Strateq.az-ındır

 

 




Yuxarı Əvvələ Ana Səhifə