XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 18:11

KREML ƏSƏDİ NİYƏ HƏDƏFƏ ALIB? –Suriyada dinc keçidə mane olan daxili güc mərkəzləri var - TƏHLİL

Mark Katz

“Atlantic Council, 12.05.2020

 

Rusiya mətbuatının son yazıları Moskvanın kuklası haqqında bədbinlik saçır: Bəşər Əsəd rejimi tənqid edilir. Bu, bəzi Qərb müşahidəçilərində Moskvanın Suriyanın yenidən qurulmasına gətirib çıxaracaq daxili münaqişənin həllini həyata keçirmək üçün Əsədin daha məsuliyyətli biri ilə əvəzləcəyi qənaəti doğurub. Şam rejimini tənqid edən bu məqalələrdə Kremlin onu əvəz etmək yox, əksinə, rejimin yollarını dəyişdirmək səyini göstərir.

Rusiya prezidenti Vladimir Putinin Əsədə əsəbləşməsi üçün əsaslı səbəbi var. Moskva, Əsəd rejiminin kifayət qədər çox daxili rəqiblə barışacağı həlli görmək istəyir: döyüşlər kəskin şəkildə azalsın və yenidənqurması davam etsin.

Nüfuzlu Rusiya Beynəlxalq Münasibətlər Şurasının sədr müavini, səfir Aleksandr Aksenenokun məqaləsində Əsəd rejiminə nəzarət etdiyi 65 faizlik ərazidə müharibədən sonrakı inkişafı davam etdirmək tövsiyə olunur.

Belə bir təşəbbüs çox vacibdir, Moskvanın nöqteyi-nəzərindən, Qərb və Körfəzin ərəb dövlətləri Suriyanın yenidən qurulması üçün vəsait təmin etməyə həvəslənəcək. Kreml bunu ya istəmir, ya da özü maliyyə çətinliyindən bacarmır. Moskva Əsəddən iqtidarını hakimiyyəti rəqibləri ilə bölüşməyə deyil, Qərb və Körfəz Ərəbistanının yenidənqurma pullarına ümid edərək, onları satın alma üçün əməkdaşlığa çağırır. Ancaq Əsəd və onun cəbhədaşları, görünür, hətta bunu etmək istəmirlər.

Aksenenokun qeyd etdiyi kimi: “Müharibə dinc inkişafa keçiddə maraqlı olmayan təsir mərkəzləri və kölgə təşkilatları meydana gətirib, baxmayaraq ki, Suriya cəmiyyəti, o cümlədən iş adamları və bəzi hökumət rəsmiləri siyasi islahatlar hazırlayıblar… Gizli xidmətlər tərəfindən yaradılan total qorxu və hökmranlıq şəraitində bu tələb açıq şəkildə ifadə edilə bilməz”.

Beləliklə, Rusiyanın məyusluğu təkcə Əsədlə deyil, “dinc inkişafa” maraq göstərməyən “təsir mərkəzləri və kölgə təşkilatları” ilə əlaqədardır, çünki müharibənin davamı onlara qazanc gətirir.

Ancaq Əsəd rejimini tənqid edən məqalələr Moskvanın onu əvəz etmək istəyi anlamına gəlmir.

Birincisi, belə bir hərəkətə yalnız Əsəd və yaxın adamları deyil, İran və müttəfiqləri, o cümlədən Livan “Hizbullah”ı da müqavimət göstərəcək. Tehran Əsədin getmə vaxtının yetişdiyini qəbul etsə də, prinsipcə, onun yerinə kimin gəlməsi barədə Rusiya ilə razılaşacağı müəmmalıdır.

Əvəzetmə məsələsində Moskva ilə Tehran arasındakı ciddi fikir ayrılıqları, İran və müttəfiqlərinin Rusiyaya nisbətən daha böyük hərbi iştirakına görə Suriyada güc mübarizəsi ilə nəticələnə bilər.

İkincisi, təkcə Əsədin əvəzlənməsi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməz, çünki “dinc inkişafa keçiddə maraqlı olmayan təsir mərkəzləri və kölgə təşkilatları”, şübhəsiz, yerində qalacaq. Suriyanın yeni lideri nəinki onları aradan qaldıra bilər, əksinə, onu devirə biləcəkləri qorxusu ilə buna heç cəhd etmyəcək.

Başqa sözlə, müharibənin davam etdirilməsindən bəhrələnən bu pozucu ünsürlər yalnız Əsəd icazə verdiyi üçün inkişaf etmir, o həm də onları sıxışdırmağı bacarmır. Xüsusilə ruslar tərəfindən hakimiyyətə gətiriləcək xələf yaramaz elementlərə Əsəddən daha zəif nəzarət edə bilər.

Nəhayət, Putin Əsədin devrilməsinə və onu müvəffəqiyyətlə Moskvanın ayağına gətirə biləcək birisi ilə əvəz etməyə qərar verərsə, şübhəsiz, Rusiya mətbuatına Şam rejiminin tənqidinə icazə verməklə, Əsəd və dünyanın qalan hissəsini öncədən xəbərdar etməz. 2008-ci ildə qəfildən Gürcüstana, 2014-cü ildə Krıma və Ukraynanın şərqinə, 2015-ci ildə Suriyaya müdaxilə edərkən, Putin sürpriz hücumlar edib.

Odur ki, Rusiya mətbuatında Əsəd rejimini tənqid edən yazılar Putinin Əsədi əvəzləyə çalışdığına dair siqnal deyil. Bunun əvəzinə, onlar Kremlin xəbərdarlığı sayıla bilər: Əsəd müəyyən dərəcədə islahatı qəbul etməsə, Putin onu uğurlu hakimiyyətini çətinləşdirə bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə