XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 18:04

“Qara ordunun gürcü generalı”:Kadırovu öldürənə 5 milyon vəd etmiş Şişani kimdir?

sisani

 

İzabel Mandro,

"Le Monde" (Fransa)

 

Çərşənbə günü ABŞ bildirdi ki, “qara ordunun generalı”, “xilafətin müharibə naziri” və İŞİD-in büt siması Ömər Çeçen, ola bilsin ki, martın 4-də Suriyanın şimalında  aradan götürülüb. Lakin insan haqları üzrə Surya Rəsədxanasının təmsilçiləri  xəbər verdilər ki, yaraqlıların lideri, həqiqətən, ağır yaralanıb, lakin sağ qalıb.

Əbu Ömər Əş-Şişanini qara papağı və uzun sarışın saqqalına görə tanımaq asandır. O, üç ildən az bir vaxtda İŞİD-in ən gözəçarpan hərbi liderlərindən biri ola bildi: onun ölümü haqda məlumatlar artıq yeddi dəfə kürd, İran və çeçen qaynaqlarından  səslənib.

Otuz yaşlı bu islamçının əsil adı Tarxan Batiraşvilidir. Pravoslav xristianın övladı doğma Gürcüstanda həbsdə olarkən İslama üz tutub. O, 1986-cı ldə Pankis dərəsindəki kəndlərdən birində dünyaya gəlib və Çeçenistanla qonşu, əhalisinin əksəriyyətini XIX əsr çeçen mühacirlərinin (anası onlardan biriydi) nəsli olan kistinlərin təşkil etdiyi bu bölgədə böyüyüb. 

Ömər Əş-Şişani orta məktəbi bitirdikdən sonra zabit karyerası əldə etmək arzusu ilə Gürcüstan ordusuna getdi. Bununla belə, onun yolu qəflətən kəsildi (o zaman silahla davranışı, döyüşü və 2008-ci ildə qısamüddətli Rusiya-Gücüstan müharibəsində kəşfyyatı öyrəndi). Onda vərəm aşkarlandı və serjant rütbəsində tərxis olundu. 2010-cu ildə qanunsuz silah gəzdirdiynə görə üç il həbs aldı, lakin 16 aydan sonra sağlamlıq durumuna görə azadlığa buraxıldı. O zaman radikal islamçılığa keçdi. “FiSyria” islamçı saytına verdiyi nadir müsahibələrdən birində nağıl etdiyi kimi, həbsxanadan sağ çıxarsa, yeni dinə üz tutacağına and içmişdi.

Azadlığa çıxan kimi Türkiyədə böyük hissəsi “Qafqaz əmirliyi”nə aid olan çeçen qiyamçılara (Çeçenistanda və Rusiyanın Dağıstan və İnquşetiya kimi digər iki respublikasında qiyamçı müharibə aparır)  qoşuldu.

RF FTX başçısı Aleksandr Bortnikovun məlumatına görə, 2016-cı ilin fevralında Suriyada rusca danışan yaraqlıların sayı, demək olar, 2 min nəfərə çatdı.

Hər necə olsa da, Suriya Ömər Əş-Şişaniyə o qədə də cazibədar görünmədi. Əvvəlcə Misir və Yəmən ərazisində özünü göstərməyə çalışdı, lakin xüsusi uğura nail olmadı. Son nəticədə yenə də Suriyaya döndü və “Əl-Qaidə”yə bağlı olan “Cəbhət ən-Nusra” ilə birlikdə Hələbə hücum edən ”“Qafqaz əmirliyi” yaraqlılarının batalyonuna başçılıq etməyə başldı.

 

Əcnəbi islamçlar arasında kim kimdir?

 

Onun “Ceyş-əl-Muhacirin vəl-Ənsar” qruplaşması (mühacir və ənsarlar ordusu) zərbə qoşunu rolunu oynadı və Suriya hökumət qoşunlarının mövqelərinə həmlədə ixtisaslaşdı, bununla da “Cəbhət ən-Nusra” yaraqlılarına yol açdı. Əş-Şişani və adamları 2013-cü ildə Hələbin şimalında  Manaq aviabazasının ələ keçirilməsində həlledici rol oynadılar. Bu da Əsəd rejimi üçün ağır zərbə oldu. Üsyançıların müxtəlif qruplaşmaları bazanı (ordu helikopteləri üçün dayaq məntəqəsini), demək olar, bir il uğursuz mühasirədə saxladı, lakin yalnız qafqazlı kommandos (onların önündə minalnamış maşınlarda iki ölümçü gedirdi) rejimin müdafiə xəttində çat yaratdıqdan sonra baza çökdü. Əməliyyat təbliğat videosuna həkk edildi: gülərüzlü Əş-Şişani öz adamlarının arasında islamçı mühitdə ucadan özünü bəyan etdi.

Necə oldusa, qruplaşmada parçalanma baş verdi: bəziləri İŞİD lideri Bəkr əl-Bağdadiyə biət etdi, qalanları imtina etdilər. Ömər Əş-Şişani İŞİD-i seçdi. O, 2014-cü ilin avqustunda meydana çıxmış üç saatlıq videoda Qafqaz əmiri Əliəshab  Kebekovun (2015-ci ilin aprelində Rusiya xüsusi təyinatlıları tərəfindən Dağıstanda öldürüldü) xilafətə qoşulmaq qərarını izah edir.

Ömər Əş-Şişani İŞİD sıralarında hərbi komandirlər içində özünü tez göstərdi. 2013-cü lin sonunda onu İŞİD-in şimal bölgəsinin əmiri təyin etdilər və Məclis əş-Şuraya – islamçı təşkilatın mərkəzi komitəsinə və rəhbər orqanına üzv seçdilər. 2014-cü ilin yayında Mosula hücum zamanı və İraqın şimalında  təşkilatın birinci sıralarına çıxdı və Suriuyas-İraq sərhədində postları partladan qoşuna başçılıq etdi. Həm də bu, təsadüfən  edilmədi: Əş-Şişani I dünya savaşından sonra Avropanın müstəmləkəçi dövlətlərinin Sayks-Piko gizli sövdələşməsi üzrə cızdığı sərhədləri simvolik şəkildə məhv etdi. Nəticədə o, transmilli islamçı utopiyanın bütü oldu. 

Bununla belə, o, öz kökünü heç cür unutmayıb. O, 2014-cü il sentyabrın 24-də islamçı saytlarda ortaya çıxmış müraciətində Vladimir Putinin 2007-ci ildə Çeçenistanın prezidenti təyin etdiyi Ramzan Kadırovu öldürənə beş milyon dollar vəd edib. “Кавказский узел” saytının xəbər verdiyi kimi, onun tərtib etdiyi siyahıda Çeçen respublikasının 11 rəsmisi var.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə